Month: May 2024

  • Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

    Avropa İttifaqına daxil olan 27 ölkənin xarici işlər nazirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyiblər.

    Məhdudiyyətlər adları insan hüquqlarının pozulması faktlarında hallanan fiziki və hüquqi şəxsləri əhatə edir.

    Yeni qərara əsasən siyahıya daxil 20 nəfərə yaxın şəxsə ittifaq ölkələrinə giriş qadağan edilib, onların Avrozonadakı aktivləri isə dondurulub.
    //APA

  • Rusiya “Taliban”ı terror təşkilatları siyahısından çıxara bilər

    “Taliban” Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər.

    Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib

    Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə məruzə edib ki, “Taliban” Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər.
    Kabulov Rusiyanın “Taliban”a Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak üçün dəvət göndərdiyini də söyləyib.
    //apa.az

  • Sumqayıtda qanunsuz tikili sökülüb

    Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Nazirliyin saytından verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

  • Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb

    Sumqayıtda mayın 24-də maşın vuran uşaq bu gün xəstəxanada ölüb.

    Hadisə üç gün öncə şəhərin Sülh prospektində qeydə alınıb.

    “Nissan” markalı avtomobil dörd yaşlı Sərxan Kamil oğlu Bayramlını vurub.

    Sərxan Bayramlı Sumqayıt şəhər Uşaq Xəstəanasına çatdırılsa da, o, bu gün müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Беларусь и Россия проведут совместные летно-тактические учения

    Беларусь и Россия проведут совместные летно-тактические учения белорусских ВВС и войск ПВО и российских воздушно-космических сил (ВКС).

    Об этом сообщают белорусские СМИ со ссылкой на в Минобороны Беларуси.

    “Основные усилия в ходе учений направлены на решение задач по прикрытию государственных и военных объектов от ударов средств воздушного нападения”, – сообщили в ведомстве.

    В ходе учений будут отработаны вопросы управления разнородными силами авиации, а также организации взаимодействия при выполнении ими учебно-боевых задач. На авиационных полигонах экипажам также предстоит практически отработать ряд вопросов в интересах прикрытия подразделений сухопутных войск.

    Маневры пройдут с 27 по 31 мая.

  • Belarus və Rusiya birgə təlimlər keçirəcək

    Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.

    Bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    “Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib”, – məlumatda bildirib.

    Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

    Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.

  • В ближайшие три дня в районах Азербайджана ожидаются ливни, грозы и град

    28, 29 и 30 мая в основном в дневное время в некоторых горных и предгорных районах Азербайджана ожидаются осадки.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Не исключаются кратковременные ливни, грозы и град.

    Ожидается повышение уровня водности в реках, в частности в Куре, Аразе, Ганыхе и Габырры, в некоторых реках Большого и Малого Кавказа возможны кратковременные паводки и сели.

  • Növbəti üç gündə leysan olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

    Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Арабские страны и страны Африки могут подключиться к проекту Север – Юг

    Арабские страны и страны Африки могут подключиться к проекту транспортного коридора Север – Юг.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, об этом генеральный секретарь Ассамблеи народов Евразии Андрей Бельянинов заявил, выступая на Международном финансово-экономическом форуме БРИКС.

    “На мой взгляд, этот проект [транспортного коридора Север – Юг] имеет возможность расшириться и на страны арабского мира, и на Африку. Это, так или иначе, все связано с расширением логистических возможностей, несмотря на определенные сложности, те, что связаны с этим каналом”, – указал Бельянинов.

    Международный финансово-экономический форум БРИКС проходит с 27 по 28 мая. Представители более 10 стран обсудят создание независимых финансовых инструментов в рамках объединения и развитие бизнеса в условиях глобальной трансформации.

  • Ərəb və Afrika ölkələri Şimal-Cənub layihəsinə qoşula bilər

    Ərəb və Afrika ölkələri Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşula bilər.

    Bunu Avrasiya Xalqları Assambleyasının Baş katibi Andrey Belyaninov BRİCS-in Beynəlxalq maliyyə-iqtisadi forumunda çıxışı zamanı deyib.

    “Fikrimcə, bu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi həm ərəb dünyasına, həm də Afrikaya genişlənmək imkanına malikdir. Bu, kanalla bağlı müəyyən çətinliklərə baxmayaraq, logistik imkanların genişləndirilməsi ilə bağlıdır”, – o bildirib.

    Qeyd edək ki, mayın 27-dən 28-dək BRICS Beynəlxalq maliyyə-iqtisadi forumu keçiriləcək. 10-dan çox ölkədən olan nümayəndələr qlobal transformasiya kontekstində birləşmənin tərkib hissəsi kimi müstəqil maliyyə alətlərinin yaradılması və biznesin inkişafı məsələlərini müzakirə edəcəklər.