Month: May 2024

  • Bazar gününün hava proqnozu

    Ölkə ərazisində mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

  • İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTO

    İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

    Qeyd edilib ki, may ayının 24-də saat 01:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqram 748 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Məlumata görə, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən Türkiyə və İtaliya respublikalarından ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

    Belə ki, aparılan sınaq nəticələrinə əsasən, Türkiyə Respublikasından “Lilit” MMC-nin idxal etdiyi “İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited” müəssisəsinin istehsalı olan ümumi sayı 5250 ədəd olmaqla “Aminopanten” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink” və “Maqnezium qlisinat”, “Healthy Life” MMC-nin idxal etdiyi “Pharmanor İlaç San. Tic. LTD” müəssisəsinin istehsalı olan ümumi sayı 4500 ədəd olmaqla “Depovit New” əmtəə nişanlı və “Pharma Standart İlaç Medikal LTD ŞTİ” müəssisəsinin istehsalı olan “Desol-D3” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Vitamin D3” miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib.

    Eyni zamanda, “El Kompaniya” MMC-nin İtaliya Respublikasından idxal etdiyi “PNK Farmaceutici S.P.A.” müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla “İmmunovis” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink qlükonat” miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və “Vitamin D3” miqdarının isə aşağı olduğu müəyyən edilib.

    Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirən Lənkəran sakini saxlanılıb

    Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirən Lənkəran sakini saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Nihad Rəhimlinin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə Lənkəran sakininin 355 min manat pulunu ələ keçirməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

    Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən olunub. O, Dubayda hotel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.

    N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

  • Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb: 21 min manat zərər

    Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

    Qurum rəsmisi bildirib ki, bir fakt üzrə zərər 21 000 manat təşkil edib.

    “Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət, “razılaşır” və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Evi satan adamı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar”.

  • İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

    Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.

    Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.

    İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım”.

    * * * * *

    Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

    Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

    Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

    Həmçinin, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dövlətimizin başçısına təbrik məktubu göndərib:

    “Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

    Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

    Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

    * * * * *

    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.

    ICESCO üzv ölkələrlə qəti birlik nümayiş etdirərək xalqınızın bu əlamətdar günündə sevincinizə şərik olduğunu xüsusi vurğulayır.
    Biz Sizinlə və xalqınızla birlikdə bu əziz bayramı qeyd edirik.

    Bu gün olduğu kimi, gələcək illərdə də ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

    Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

    Həmçinin, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da dövlətimizin başçısına təbrik məktubu göndərib:

    “Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

    Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük qürur duyuruq.

    BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edir.

    Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi rifah və inkişaf arzulayıram”.

    * * * * *

    Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

    Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

    Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm”.

    Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha də dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzu edirəm.

    İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək dəyərləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.

    Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.

    Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    * * * * *

    Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Həmçinin, Ukraynanın Prezidenti Volodimir Zelenski də dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

    Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Rusiya Federasiyası ilə müharibə məcburiyyətində qalan Ukrayna da buna can atır.

    Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

    Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid edirəm.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

    * * * * *

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sizi və bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

    Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.

    Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.

    Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi.

    Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

    Həmçinin, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi də dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

    Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

    Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm”.

    * * * * *

    Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

    Mən, eyni zamanda, fürsətdən istifadə edərək 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edir və bununla əlaqədar intensiv hazırlıq işlərində Sizə uğurlar diləyirəm.

    Cənubi Qafqazda sülh, sabitlik və rifah Avstriya üçün xüsusi önəm kəsb edir. Bununla yanaşı, 2023-cü ildə ölkələrimiz arasında iqtisadi əlaqələr sevindirici şəkildə intensivləşmişdir.

    Bu xoş fürsətdən istifadə edərək Sizə şəxsi rifah, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram”.

    * * * * *

    Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

    Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

    Həmçinin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

    Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.

    Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.

    Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

    * * * * *

    İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

    Bundan başqa, Belçikalıların Kralı Filip da dövlətimizin başçısına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram”.

    Eyni zamanda, Niderlandın Kralı Villem-Aleksandr da Prezident İlham Əliyevi təbrik edib.

    Məktubda deyilir:

    “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

    Çex Respublikasının Prezidenti Petr Pavel də dövlətimizin başçısına təbrik məktubu göndərib:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

    * * * * *

    İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.

    Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk”.

    Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da dövlətimizin başçısına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.

    Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk”.

  • Из Новой Каледонии начали эвакуацию туристов, застрявших там из-за беспорядков

    Из Новой Каледонии начали эвакуировать туристов, застрявших там из-за общественных беспорядков и протестов.

    Об этом сообщает агентство France-Presse.

    В сообщении указано, что французские туристы “улетели на борту военных самолетов Австралии и Новой Зеландии”. Из этих стран они смогут добраться домой обычными коммерческими рейсами.

    Источник: gazeta.ru

  • Yeni Kaledoniyadakı turistlərin təxliyəsi başlayıb

    Yeni Kaledoniyada vətəndaş iğtişaşları və etirazlar səbəbindən çıxa bilməyən turistlər adadan təxliyə olunmağa başlayıblar.

    Bildirilib ki, fransalı turistlər Avstraliya və Yeni Zelandiyadan hərbi təyyarələrin göyərtəsindən uçublar.

    Bu ölkələrdən onlar evlərinə müntəzəm kommersiya reysləri ilə gedə biləcəklər.

    Mənbə: France-Presse

  • СМИ: Пашинян в последний момент изменил текст своего обращения к народу

    Премьер-министр Армении Никол Пашинян подготовил текст для обращения к народу, однако в последний момент передумал и прочитал совершенно другое послание.

    Об этом сообщает газета “Жоховурд” со ссылкой на свои источники.

    Издание отмечает, что вечером 24 мая Пашинян обратился к народу с посланием, говорил о процессе делимитации границы, о “реальной” и “исторической” Армении, обо всем, за исключением того важного, к чему он на самом деле готовился.

    По имеющимся у газеты сведениям, глава правительства собирался выступить с жестким заявлением о сопротивлении силам, препятствующим делимитации границы, вплоть до объявления чрезвычайного положения в стране.

    Как пишет газета, рассматривая изложенные Пашиняном тезисы, можно констатировать, что он дал четкий сигнал внешнему миру: сколько бы людей ни собралось на митинг в воскресенье, все равно власти любой ценой доведут начатый процесс делимитации границы до конца.

    “Послание Пашиняна состояло в следующем: каким бы трудным и тернистым ни был путь, делимитация будет проведена”, – утверждается в публикации.

    Согласно источникам газеты, премьер изначально намеревался посвятить большую часть своего послания архиепископу-реваншисту Баграту Галстаняну и возглавляемому им движению, но в последний момент передумал и убрал эту часть из текста обращения.

    Правительственные источники сообщили газете, что Пашинян консультировался по этому вопросу с руководителями силовых структур, однако те призвали его отказаться от идеи введения ЧП.

  • “Joxovurd”: Paşinyan xalqa müraciətinin mətnini son anda dəyişdi

    Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət üçün mətn hazırlasa da, son anda fikrini dəyişərək tamam başqa bir mesaj oxuyub.

    Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

    Nəşr qeyd edib ki, mayın 24-də axşam saatlarında Paşinyan xalqa müraciət ünvanlayıb, sərhədlərin delimitasiyası prosesindən, real və “tarixi” Ermənistandan danışıb, bir sözlə, əslində hazırlaşdığı mühüm şey istisna olmaqla, hər şey haqqında danışıb.

    Qəzetə daxil olan məlumata görə hökumət başçısı sərhədlərin delimitasiyasına mane olan qüvvələrə müqavimətlə bağlı sərt bəyanatla çıxış etmək, həmçinin fövqəladə vəziyyətin tətbiqi barədə danışmaq niyyətində olub.

    Bildirilib ki, Paşinyanın təqdim etdiyi tezisləri nəzərə alsaq, onun xarici aləmə açıq siqnal verdiyini söyləmək olar – bazar günü mitinq üçün nə qədər insan toplaşsa da, hakimiyyət nəyin bahasına olursa olsun, davam edən sərhədin delimitasiyası prosesini başa çatdıracaq.

    “Paşinyanın mesajı bu idi: Yol nə qədər çətin və tikanlı olsa da, delimitasiya aparılacaq”, – deyə qəzetdə vurğulanıb.

    Qəzetin mənbələrinə görə, baş nazir əvvəlcə mesajının böyük hissəsini revanşist arxiyepiskop Baqrat Qalstanyana və onun rəhbərlik etdiyi hərəkata həsr etmək niyyətində olsa da, son anda fikrini dəyişərək müraciətin mətnindən bu hissəni çıxarıb.

    Hökumət mənbələri qəzetə bildiriblər ki, Paşinyan bu məsələ ilə bağlı təhlükəsizlik orqanlarının rəhbərləri ilə məsləhətləşib, lakin onlar onu fövqəladə vəziyyətin tətbiqi ideyasından əl çəkməyə çağırıblar.