Month: May 2024

  • Ərdoğan Azərbaycanla vacib sənədi TƏSDİQLƏDİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.

    Bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.

    Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Həmin ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.

  • ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA: “İnsan ömrü azalıb”

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.

    Bu barədə ÜST-nin saytında açıqlama verilib.

    Bildirilib ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən dünya üzrə orta ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.

    “COVID-19 epidemiyası cəmi iki il ərzində gözlənilən orta ömür uzunluğundakı 10 illik artımı əks istiqamətə çevirdi”, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı qeyd edib.

    Qebreyesus həmçinin gələcək nəsillərin qorunması üçün ölkələrin qlobal epidemiya sazişi ilə bağlı razılığa gəlmələrinin zəruriliyini vurğulayıb.

    Mənbə: NTV.com.tr

  • Кадры из освобожденного от оккупации газахского села Гызылгаджилы – Видео

    Наша страна вновь переживает радостный момент.

    Как сообщалось ранее, четыре села Газахского района – территория площадью 6,5 кв. км – взяты под контроль Государственной пограничной службой Азербайджана.

    Команда телеканала AzTV подготовила репортаж из освобожденного от оккупации газахского села Гызылгаджилы.

    Представляем данное видео:

  • Qazaxın azad edilən Qızılhacılı kəndindən GÖRÜNTÜLƏR – VİDEO

    Bütöv Azərbaycanımız növbəti dəfə fərəhli, sevincli günlərindən birini yaşayır.

    Qazax rayonunun dörd kəndi – 6,5 kvadratkilometrlik ərazisi Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

    AzTV komandası Qazaxın işğaldan azad olunan Qızılhacılı kəndindən reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • Суд вынес приговор мужчине, угнавшему попавшую в ДТП фуру

    В Азербайджане был угнан грузовик марки Scania, попавший в дорожно-транспортное происшествие и загоревшийся на участке автомагистрали Баку – Газах, проходящем по территории Шамкирского района.

    Как передает publika.az, принадлежащая грузинской компании фура исчезла по неизвестным причинам вскоре после аварии. В ходе расследования выяснилось, что житель города Гянджа Вугар Мамедов (1978 г.р.) угнал грузовик, оставшийся после ДТП на обочине дороги, и позже сдал его на металлолом своему другу по имени Садиг, работающему на объекте под названием “Гараж Мусаева” (Musayevin qarajı) в Гяндже, за 3 000 манатов.

    Сообщается, что через некоторое время грузинский водитель и компания, в которой он работал, прибыли в нашу страну с целью забрать фуру, однако не смогли найти транспортное средство. В связи с этим посредством консульства была направлена жалоба в полицию.

    По данному факту в Шамкирском РОП было возбуждено уголовное дело по статье 177.2.4 (Кража с причинением значительного ущерба) УК АР. В.Мамедов был задержан сотрудниками полиции.

    Постановлением Шамкирского районного суда В.Мамедову было назначено наказание в виде двух лет лишения свободы.

  • Azərbaycanda inanılmaz hadisə: Yolda yanan TIR-ı oğurlayıb satdılar

    Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qəzaya uğrayaraq yanan “Scania” markalı TIR-ın oğurlandığı məlum olub.

    Publika.az-ın məlumatına görə, Gürcüstana məxsus olan TIR qəzaya uğradıqdan bir qədər sonra naməlum şəkildə yoxa çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini olan 1978-ci il təvəllüdlü Vüqar Məmmədov yol kənarında yanmış halda qalmış TIR-ı oğurlayaraq aparıb. O, daha sonra Gəncədə “Musayevin qarajı” adlanan ərazidə işləyən Sadiq adlı tanışına həmin TIR-ı metal qırıntısı kimi üç min manata satıb.

    Bir müddət sonra gürcüstanlı sürücü və çalışdığı şirkət TIR-ın ardınca Azərbaycana gəlib və nəqliyyat vasitəsinin qalıqlarını qoyduqları yerdə tapa bilməyib. Onlar konsulluq vasitəsilə polisə şikayət ediblər.

    Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə cinayət işi açılıb. Vüqar Məmmədov polis tərəfindən saxlanılıb.

    Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmü ilə Vüqara iki il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.

  • Названы имена истязавших собак жителей Нахчыванской АР – ФОТО





    В Нахчыванской Автономной Республике установлены лица, истязавшие собак.

    Как сообщает Report, в отношении жителей села Демирчи Садаракского района Камиля Халилова, Умида Халилова и Эльчина Гурбанова применена мера административного взыскания за бесчеловечное обращение с животными.

    Кроме того, в связи с обоснованными подозрениями в употреблении У.Халиловым наркотиков собранные в его отношении материалы были направлены в суд для дачи правовой оценки.

  • İtlərə dəhşətli işgəncə verənlərin ADLARI AÇIQLANDI – FOTO

    Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər müəyyən ediliblər.

    “Report”un məlumatına görə, polis əməkdaşları tərəfindən heyvanlarla rəhmsiz rəftar etdiklərinə görə Sədərək rayonunun Dəmirçi kənd sakinləri Kamil Xəlilov, Ümid Xəlilov və Elçin Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

    Həmçinin Ümid Xəlilovun narkotik vasitə istifadə etməsinə də əsaslı şübhələr müəyyən edildiyindən barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.




  • В Масаллинском районе школьницу выдают замуж за 30-летнего мужчину?

    В селе Махмудавар Масаллинского района ученицу 9-го класса средней школы выдают замуж за 30-летнего мужчину.

    Соответствующая информация распространилась в социальных сетях.

    В публикациях подчеркивается, что дата проведения свадьбы несовершеннолетней девочки уже определена. По имеющимся данным, она показала высокие результаты на экзаменах.

    В региональной группе пресс-службы Министерства внутренних дел Азербайджана сообщили, что этот вопрос взят под контроль.

    “Достигшая 16-летнего возраста девочка в настоящее время продолжает обучение, посещаемость ею занятий находится под контролем”, – говорится в сообщении.

    Отмечается, что родители несовершеннолетней были предупреждены о недопустимости проведения свадьбы или помолвки до достижения их дочерью брачного возраста.

  • Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir – RƏSMİ AÇIQLAMA

    Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

    Bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

    Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

    Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. 16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

    Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.