Month: May 2024

  • İki uşaq atası 10 dəqiqə içində öldü – TƏFƏRRÜAT (VİDEO)

    Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

    Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər:

    “Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib”.

    R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:

    “Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar”.

    Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.

    “Aşağı ətrafların flebiti və dərin drombo filipiti diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Джейхун Байрамов обсудил с главой МИД ФРГ процесс делимитации границы с Арменией

    Глава МИД Азербайджана Джейхун Байрамов обсудил с германской коллегой Анналеной Бербок процесс делимитации границы с Арменией.

    Об этом говорится в заявлении МИД Азербайджана по итогам телефонного разговора Байрамова с Бербок.

    В частности министры обсудили текущее состояние и перспективы азербайджано-германских двусторонних отношений. Затем главы ведомств коснулись ситуации в регионе, обсудили мирный процесс между Азербайджаном и Арменией.

    Байрамов подробно проинформировал Бербок о прошедших 10-11 мая в Алматы переговорах с министром иностранных дел Армении Араратом Мирзояном.

    Была подчеркнута важность достигнутых за недавний период договоренностей между Баку и Ереваном, и предпринятых мер по укреплению доверия, в частности возвращения Азербайджану 4 сел Газахского района и делимитации участка границы.

  • Ceyhun Bayramov Berboku Ermənistanla sülh prosesində fikir ayrılıqları barədə məlumatlandırıb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

    Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

    Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.

    Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.

    Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Məşhur reper növbəti dəfə zorlamada ittiham olunur

    Daha bir qadın reper Diddini (“P Diddy” – əsl adı Sean Kombs) zorakılıqda, o cümlədən cinsi zorakılıqda ittiham edib.

    Qaynarinfo xəbər verir ki, bu iddia ilə 51 yaşlı April Lampros çıxış edib. Onun iddiasını “The Sun” yayıb.

    Lampros Nyu York Ali Məhkəməsində iddia qaldıraraq bildirib ki, Kombs 1994-cü ildə Moda Texnologiya İnstitutunda oxuyarkən ona moda sahəsində yüksəlməsinə kömək edəcəyinə söz verib. Lamprosun dediyinə görə, bir görüşdə Kombs onu sərxoş edib və taksiyə mindirərək otelə aparıb, burada dayanmaq xahişinə baxmayaraq, onu zorlayıb. Bu zaman qadın huşunu itirdiyini bildirib.

    İddiaçı qeyd edir ki, Kombs bir müddət sonra ünsiyyəti yeniləməyi təklif edərək onu hədiyyəməyə başlatyıb. Xüsusən də o, məhkəməyə reperin Sevgililər Günü üçün göndərdiyi bir kart təqdim edib. Karyerası ilə bağlı verdiyi kömək vədlərinə inanmağa qərar verən Lampros yeni görüşə razılaşıb. Bu görüş zamanı reper onu moda “qara siyahılarına” daxil edilməklə şantaj edib, əlaqə qurmağa məcbur edib. Daha sonra üçüncü görüş baş tutub. İddiaçı əlavə edib, bu görüş zamanı Kombs ona narkotik verib və onu qarşısında başqa bir şəxslə cinsi əlaqədə olmağa məcbur edib.

    Bu yaxınlarda internetdə reperin keçmiş sevgilisi Kessini vəhşicəsinə döydüyü 2016-cı ilə aid bir video peyda olub. Sonra müğənni musiqiçini məişət zorakılığında günahlandırıb. Kombs isə ittihamları rədd edib. İndi başqa insanlar Kombsa qarşı sui-istifadə və insan alveri iddiaları qaldırdıqlarına görə, reper ictimaiyyətdən üzr istəyib və özündən iyrəndiyini bildirib.

  • Qənirə Paşayevanı bu deputat əvəzlədi

    Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, deputat Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif olunub. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.

  • Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Kot-d’İvuar Respublikasının Komoe, Abican rayonlarında, Türkiyə Respublikasının Dənizli vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Vaşinqton, Nyu-York, Florida ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

    Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • В Армении поместили под домашний арест т.н. “экс-мэра” бывших сепаратистов в Карабахе

    В Армении поместили под домашний арест одного из функционеров бывшего сепаратистского режима в Карабахе Айка Шамиряна.

    Об этом сообщает Sputnik Армения со ссылкой на заявление его адвоката Рубена Меликяна.

    По его словам, Шамирян задержан в связи с участием в митингах оппозиционного движения “Тавуш во имя родины”.

    Ранее следователи провели обыск в квартире Айка Шамиряна, после чего он был задержан. Официальных заявлений касательно обвинений в адрес Шамиряна нет.

    Айк Шамирян в годы оккупации Карабаха был назначен руководством бывшего сепаратистского режима т.н. “мэром” поселка Аскеран.

  • Ermənistanda separatçıların qondarma sabiq meri ev dustaqlığına məhkum edilib

    Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.

    Bu barədə “Sputnik Ermənistan” onun vəkili Ruben Məlikyanın açıqlamasına istinadən məlumat yayıb.

    Vəlilin sözlərinə görə, Şamiryan “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqlərində iştirak etdiyinə görə saxlanılıb.

    Saxlanılmazdan əvvəl müstəntiqlər Ayk Şamiryanın mənzilində axtarış aparıblar. Ona qarşı irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama yoxdur.

    Qeyd edək ki, Qarabağın işğalı illərində A.Şamiryan qondarma keçmiş separatçı rejimin rəhbərliyi tərəfindən Əsgəran qəsəbəsinin “meri” təyin edilmişdi.

  • Siqaretin idxalı sahəsində yeni tələb qoyulub

    Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir. Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Mərkəzi Hərbi hospitalın keçmiş rəisi vəfat edib

    Azərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi, Birinci Qarabağ müharibəsi veteranı, AR Silahlı Qüvvələrində hərbi tibb sahəsinin qurucularından biri olmuş, habelə uzun illər Mərkəzi Hərbi hospitalın rəisi vəzifəsində qulluq keçmiş tibb xidməti polkovniki İbrahimov Vaqif Şirəli oğlu vəfat edib.

    Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

    Qeyd edək ki, Vaqif həkim ədliyyə polkovnik-leytenantı Azər İbrahimovun atasıdır.