Month: May 2024

  • Sumqayıtda intihara cəhd olub

    Sumqayıtda intihara cəhd olub.

    İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərin birində qeydə alınıb.

    Şəhər sakini, 2006-cı il təvəllüdlü N.M. ailə münaqişəsi zəminində yaşadığı evdə dərman həbləri qəbul edərək intihara cəhd edib.

    O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,9 доллара (0,8%) и составила 82,64 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları, yaxud 0,08% azalaraq 82,64 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Раскрыта протяженность границы между Азербайджаном и Арменией в Газахском районе

    В результате работ по делимитации между Азербайджанской Республикой (АР) и Республикой Армения (РА) была определена линия границы длиной 12,7 км, таким образом обеспечено возвращение АР территории четырех сел Газахского района: Баганис Айрым, Ашагы Аскипара, Хейримли и Кызыл Гаджилы (6,5 кв.км).

    Об этом говорится в сообщении Службы заместителя премьер-министра Азербайджана Шахина Мустафаева.

  • Qazaxda Azərbaycanla Ermənistan arasında yaradılan sərhəd xəttinin uzunluğu AÇIQLANDI

    Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin olunub.

    Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.

  • Xətaidə eyvandan yıxılan şəxs öldü

    Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.

    “Report”un məlumatına görə, Rasim Abutalıb oğlu İsmayılov yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.

    O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

  • В Центре Гейдара Алиева открылась выставка “Линии невидимого” – ФОТО

    С сегодняшнего дня в Центре Гейдара Алиева в рамках еще одного проекта началась грандиозная экспозиция скульптур.

    23 мая здесь открылась персональная выставка произведений итальянского скульптора Джанфранко Меджато.

    Как сообщает АЗЕРТАДЖ, на выставке “Линии невидимого”, которая продлится до 26 октября, представлены до 40 работ скульптора.

    В интервью, которое Джанфранко Меджато дал журналистам до начала церемонии открытия, он выразил чувство удовлетворения от того, что его произведения представлены в Центре Гейдара Алиева. Скульптор отметил, что это пространство олицетворяет для него бесконечность. Он сказал, что некоторые произведения созданы им благодаря вдохновению, полученному от здания Центра.

    “Экспозиция моих произведений именно в этом пространстве является стимулом для меня. Хотел бы также отметить, что 19 из работ впервые представлены общественности”,- сказал скульптор.

    Он отметил, что в отличие от Европы, Азербайджан сохраняет свои национально-духовные ценности и так будет всегда.

    Некоторые из произведений скульптор создал специально для выставки в Баку. Среди них – “Прорастание” (Germination), “Квантовое дыхание” (Quantum Breath), “Мистраль” (Mistral), “Наука и знание” (Science and Knowledge), “Пробуждение” (Awakening), “Сотворение” (Creation).

    Экспозиция будет развернута в парковой зоне Центра, фойе и выставочном зале. Скульптура под названием “Прорастание” (Germination) высотой 6 метров расположена перед Центром и имеет особое значение. Она передает идею того, что “все мы – листья одного дерева, клетки одного организма, части одного существа. Пока человечество не примет эти концепции единства и братства для устранения двойственного подхода, не будет ни мира, ни уважения к окружающей среде, которой мы принадлежим”.

    Открывший мероприятие помощник Президента Азербайджанской Республики, директор Центра Гейдара Алиева Анар Алакбаров довел до внимания, что на протяжении многих лет в Центре экспонировались произведения многих скульпторов. Он выразил уверенность в том, что нынешняя выставка вызовет большой интерес посетителей. Он выразил признательность всем, кто вложил труд в создание выставки, в частности за чуткое отношение к этому господина Меджато.

    Народный художник Фархад Халилов отметил, что выставка создала уникальное единство со зданием Центра. “Произнося слово Италия, возникает теплое чувство прекрасного. Считаю, что нас объединяют общие чувства”, – сказал он.

    Член Совета директоров Археологического парка Колизея в столице Италии Риме Альберто Самона отметил, что при знакомстве с произведениями словно налаживается связь с невидимым.

    “Появляется возможность, преодолев все границы, ощутить саму материю. Если учесть, что материя сама по себе является понятием, заключающим в себе энергию, то мы приходим от многосторонности к единому. Естественно, что это происходит именно в Баку. Если обратить внимание на историю города, посмотреть на его название, то можно увидеть, что это – понятие, связывающее нас со Вселенной. Все это ощущается в ветре, который здесь дует, в каждом дыхании. А это, по сути, особенность идеи Творца. В работе Джанфранко невидимое превращается в видимое. Энергия, дух принимают форму материи. Таким образом, перед нами открываются новые возможности. Все мы получаем возможность собраться в одном месте”, – сказал А.Самона.

    Итальянский скульптор Джанфранко Меджато в свою очередь отметил: “Считаю, что любой скульптор, побывавший в столь значимом Центре, должен выступать с позиции человеколюбия. Посещая те или иные пространства для организации выставки, я размышляю над тем, в каком месте данного пространства будут представлены мои работы и в какой форме наблюдатели установят с ними связь. Размещение всех этих произведений в соответствующих местах грандиозного Центра было для нас важнейшей задачей. Думаю, что мы успешно справились с этим”.

    Джанфранко Меджато родился в 1963 году в Венеции, на родине Международной художественной выставки – Биеннале, которая считается мировой платформой в области современного искусства. Здесь же он учился скульптуре в Государственном институте искусств. Дж. Меджато начал выставлять свои работы с 16 лет. Он придает своим скульптурам такую структуру, что эти произведения олицетворяют извилистый путь человека, стремящегося постичь себя и свой богатый внутренний мир.

    Помимо родной Италии, работы скульптора выставлялись в США, Германии, Австралии, Австрии, Бельгии, Объединенных Арабских Эмиратах, Великобритании, Китае, Дании, Франции, Индии, Швейцарии, Испании, Кувейте, Монако, Нидерландах, Португалии, России, Сингапуре, Украине и в других странах. Его скульптуры украшают знаковые места разных стран.

    Произведения Джанфранко Меджато также используются в сценических постановках. Декорации к опере Бизе “Кармен”, некогда поставленной в археологическом парке Сколациум в Италии, были созданы из скульптур, автором которых выступил Джанфранко Меджато. Скульптор был удостоен премии ICOMOS/ЮНЕСКО за умелое сочетание в своих скульптурных инсталляциях древности и современности, обладающих великолепной исполнительской силой и эстетической ценностью.














  • Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb – FOTO

    Heydər Əliyev Mərkəzində bu gündən daha bir layihə çərçivəsində möhtəşəm heykəltəraşlıq nümunələri sərgilənməyə başlayır. Mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.

    Açılış mərasimindən əvvəl heykəltəraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.

    “Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur”, – deyə Canfranko Megiato əlavə edib.

    Heykəltəraşın sözlərinə görə, Azərbaycan öz milli-mənəvi dəyərlərini Avropadan fərqli olaraq qoruyur və gələcəkdə də qoruyub saxlayacaq.

    Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə” (“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral” (“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış” (“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicilərdə böyük maraq yaradacaq.

    Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlükdə olan “Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna daşıyır. Əsər “biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə, nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq”, – ideyasını çatdırır.

    Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltəraşların əsərləri təqdim edilib. O, bugünkü sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən cənab Megiatonun bu işə həssasla yanaşdığına görə təşəkkürünü bildirib.

    Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. “İtaliya sözü səslənəndə bir çox insanın qəlbində gözəl, isti hisslər yaranır. Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var”, – deyə Xalq rəssamı qeyd edib.

    İtaliyanın Roma şəhərində Kolizey Arxeoloji Parkı Direktorlar Şurasının üzvü Alberto Samona bildirib ki, əsərləri seyr edəndə sanki gözə görünməyən hissə ilə əlaqə qurulur: “Bütün sərhədləri aşaraq materiyanın özlüyündə hiss etmək imkanı yaranır. Nəzərə alsaq ki, materiya öz-özündə enerjini ehtiva edən bir məfhumdur, çoxtərəflikdən gəlib vahid bir məfhuma çıxırıq. Təbii bir haldır ki, bu məhz Bakıda baş verir. Əgər şəhərin tarixinə baxsaq, onun adına nəzər salsaq, bunun bizi kainata bağlayan bir məfhum olduğunu görə bilərik. Bütün bunlar burada əsən küləkdə, hər bir nəfəsdə duyulur. Canfrankonun əsərində görünməyən görünənə çevrilir. Enerji, ruh materiya formasını alır. Beləliklə, bizim hamımızın qarşısında yeni fürsətlər açılır. Biz hamımız vahid bir yerə toplaşmaq imkanı əldə edirik”, – deyə A.Samona əlavə edib.

    İtaliyalı heykəltəraş Canfranko Megiato öz növbəsində deyib: “Hesab edirəm ki, belə bir xüsusi əhəmiyyətə malik olan Mərkəzə təşrif buyurmuş hər hansı bir heykəltəraş insanpərvərlik mövqeyindən çıxış etməlidir. Mən bu və ya digər məkanlara sərgi məqsədilə getdiyim zaman düşünürəm ki, həmin mərkəzin hansı yerində əsərlərim sərgilənəcək və müşahidələr hansı şəkildə onlarla əlaqə yaradacaq. Bu möhtəşəm Mərkəzdə bütün bu əsərləri müvafiq yerlərə yerləşdirmək bizim qarşımıza duran böyük bir vəzifə idi. Düşünürəm ki, biz bunun öhdəsindən uğurla gəldik”.

    Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi – Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam heykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.

    Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin “Karmen” operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.














  • Aİ-nin vahid hava hücumundan müdafiə sistemi yaradıla bilər

    Polşa və Yunanıstanın baş nazirləri Donald Tusk və Kiriakos Mitsotakis Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktub göndəriblər.

    Onlar Avropa İttifaqı (Aİ) üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına başlamağı təklif ediblər.

    Bildirilir ki, sistem Aİ-nin ümumi hava məkanını raketlərdən, təyyarələrdən və pilotsuz uçuş aparatlarından müdafiə etməlidir.

    Qeyd edək ki, Polşa Ukraynada gedən hərbi əməliyyatlara, Yunanıstan isə NATO üzvü Türkiyə ilə mümkün münaqişədən narahatdır. Afina NATO deyil, Aİ daxilində hava hücumundan müdafiə sisteminin yaradılmasında maraqlıdır, çünki bu halda Türkiyə vahid məkana daxil olmayacaq.

    Mənbə: TASS

  • Oğurladıqları qoyunları icarəyə götürdükləri avtomobillə satdılar – VİDEO

    Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

    Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb.

    Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.

    Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.