Month: May 2024

  • Azərbaycanda hotellərdə xidmətlər bahalaşdı

    Yay mövsümünün yaxınlaşması ilə turizm sektorunda canlanma yaranıb. Havaların isinməsi ilə istirahət üçün bölgələrə də üz tutanların sayında artım müşahidə olunur. Bəs bu axın ölkədə fəaliyyət göstərən hotellərin qiymətinə necə təsir göstərəcək?

    Turizm üzrə ekspert Rəhman Quliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanın regionlarında fəaliyyət göstərən hotellər və turizm kompleksləri tam şəkildə yay mövsümünə hazırdır.

    Onun sözlərinə görə, ölkəyə gələn turistlər regionlara səfər etməkdə maraqlıdırlar:

    “Təbii ki, hər kəs səyahət planladığı zaman hava proqnozlarını da öncədən izləyir. İkinci məqam isə qiymət və yerləşmədir. Qiymətlər hotellərin yerləşməsinə, kateqoriyasına görə dəyişir. Hər il olduğu kimi bu il də müvafiq olaraq Azərbaycanın ən ucqar regionlarında belə fəaliyyət göstərən hotel kompleksləri həftəsonları doluluq səviyyəsini 80-100%-ə qədər yerinə yetirir. Həftəiçi isə bu göstəricilər 50-60% civarında dəyişir. Bu gün yerləşmədə heç bir çətinlik, problem yoxdur. Regionlarda yol infrastrukturunun da ən yüksək səviyyədə, beynəlxalq standartlara uyğun düzəlməsi turistlərin regionlara axın etməsinə, mütəmadi gedib-gəlməsinə şərait yaradır”.

    Hotellərdə mövcud qiymətlərdən söz açan ekspert bildirib ki, ötən illərə nisbətən bu sahə üzrə cüzi artım müşahidə olunur. O bu artımın birbaşa olaraq servis və göstərilən xidmətlərə uyğun olaraq formalaşdığını söyləyib:

    “Ümumiyyətlə, artıq insanlar keyfiyyətə daha çox üstünlük verirlər. Əlbəttə ki, turistlər ucuza deyil, keyfiyyətə qaçırlarsa, bu, insanların güzəranının yaxşı olmasından xəbər verir. Təbii ki, hotellər də bu uyğunluğu qiymətləndirərək həmin ərəfədə düzgün rəqabət seçirlər. Yəni keyfiyyəti önə çəkib rəqabət aparırlar. Keyfiyyətin artırılması üçün hotelin əməkdaş sayının və qida çeşidlərinin çoxaldılması lazımdır”.

    Hazırda xidmət keyfiyyətinin hansı səviyyədə olması ilə bağlı sualı cavablandıran R.Quliyev vurğulayıb ki, ötən il əgər hotelin iaşə müəssisəsində bir neçə masaya bir ofisiant xidmət edirdisə, bu il hər masaya bir ofisiant cəlb edilib:

    “Eyni zamanda, ötən illərdə hotelin bir neçə mərtəbəsinə bir xidmətçi qulluq edirdisə, indi hər mərtəbəyə bir xidmətçi təyin olunub. Bütün bunlar da yekunda hotelin qiymətlərinə əlavə olunur. Bu, təbii haldır. Biz sahibkarlardan keyfiyyəti qaldırıb, qiyməti endirməsini tələb edə bilmərik. Bu, mümkünsüz bir şeydir”.

    Ekspert söyləyib ki, bu gün Azərbaycanda qiymətlərin çox yüksək, xaricə getməyin isə bundan daha sərfəli olması ilə bağlı insanlarda yanlış fikir formalaşıb:

    “Hotel kateqoriyasına fikir verməsək, qiymət baxımından Gürcüstanda üçulduzlu hotelə getmək, təbii ki, Azərbaycanda beşulduzlu hotelə getməkdən yaxşıdır. Amma Gürcüstan və yaxud da digər ölkələrdəki üçulduzlu hotellər o keyfiyyəti verə biləcəkmi? Təbii ki, yox. Həmçinin sosial şəbəkələrdə də hər hansı bir şəxsin paylaşımına inanan fikir bildirənlərə rast gəlinir. Məsələn, bir nəfər sosial şəbəkədə yazır ki, 700 manata Gürcüstana birhəftəlik səfər edərək geri dönüb, lakin hotelin bir gecəsi 350 manatdır. Bu, yanlış bir fikirdir. Gəlin belə müqayisə edək. Məsələn, Azərbaycanda bir gecəsi 250 manata olan hotellə Gürcüstanda eyni kateqoriyadan olan hoteli götürək. Belə olan halda şəxsin Gürcüstanda xərci 700 yox, 7 minə başa gələcək. Yəni Azərbaycanın ümumi iş sektoruna kölgə salan insanları qınayıram və hesab edirəm ki, biz özümüzü, öz fəaliyyətimizi qiymətləndirməliyik”.

  • В ФСБ раскрыли одну из целей теракта в “Крокусе”

    Одной из целей теракта в подмосковном концертном зале “Крокус Сити Холл” было желание нанести ущерб отношениям России со странами Содружества Независимых Государств (СНГ).

    Об этом заявил директор Федеральной службы безопасности (ФСБ) Российской Федерации Александр Бортников.

    По его словам, заказчики этого теракта хотели нанести ущерб взаимоотношениям, используя религиозные и национальные факторы. А.Бортников рассказал, что расследование данного дела проводилось при участии спецслужб и правоохранительных органов Казахстана, Кыргызстана, Таджикистана и Узбекистана.

    Источник: “Интерфакс” (Россия)

  • Rusiya FTX “Crocus”da terror aktının hədəflərindən birini müəyyən edib

    “Rusiyanın paytaxtı Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktının məqsədlərindən biri də Rusiyanın MDB ölkələri ilə münasibətlərinə xələl gətirmək istəyi olub”.

    Bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

    Bortnikovun sözlərinə görə, bu terror aktını sifariş edənlər dini və milli amillərdən istifadə edərək münasibətləri korlamaq istəyiblər. O bildirib ki, bu iş üzrə istintaq Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılıb.
    //interfax.ru

  • Cinayət törədən qadınların sayı ARTIB: Zərif cinsin nümayəndələrini buna nə vadar edir?

    Azərbaycanda cinayət törədən qadınların sayı artıb. Bu, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

    Bildirilib ki, ötən il 25 006 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1299-u qadın olub. 2022‐ci ildə isə 24 432 cinayət törətmiş şəxsdən isə 1227‐si qadın olub. Yəni qadınların törətdiyi cinayətlər ümumi cinayətlərin az qismini təşkil etsə də, bu, cinayətə meyilli qadınlarının sayının artdığı həqiqətini dəyişmir.

    Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

    Daha çox fiziki zorakılığa məruz qaldığını bildiyimiz zərif cinsin nümayəndələrini cinayətə əl atmağa nə vadar edir?

    Mövzu barədə Bizim.media-ya danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, cinayətlərin artmasına qanunauyğunluq kimi baxmaq lazımdır:

    “Qadın da, kişi də canlıdır, insandır. Qadınlar nəcib, zərif cinsin nümayəndəsidirlər, onlar kişilərə nisbətən daha az cinayət törədirlər. Bu say kişilərdə daha çoxdur. Cinayəti uşaq da, yeniyetmə də, ahıl yaşında kişi də, qadın da törədə bilər. Bunu dırnaqarası olsa da, qanunauyğunluq kimi qəbul eləmək lazımdır”.

    Qadınların əsasən hansı cinayət törətdikləri məsələsinə gəldikdə isə o bunun Daxili İşlər Nazirliyinin (DİN) müvafiq şöbəsində təhlil edildiyini, qeyd olunduğunu bildirib.

    Qeyd edək ki, 2023-cü ildə qadınların əsasən hansı cinayətləri törətdikləri haqqında məlumat olmasa da, əvvəlki illərin statistikasında qadınlar ən çox dələduzluqda ittiham olunublar.

  • Əhmədlidə hərbi sursat aşkarlanıb – VİDEO

    Əhmədli qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 30 mm-lik zenit artilleriya yivli top mərmisi, bir ədəd 14,5 mm-lik mərmi, beş ədəd 7,62 mm-lik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 mm-lik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 mm-lik atıcı silah mərmisi, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd AK-74 güllə darağı olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Премьер-министр Японии приглашен на COP29

    Премьер-министр Японии Фумио Кисида приглашен на 29-ю сессию Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Об этом говорится в информации, распространенной Министерством иностранных дел Азербайджана.

    Сообщается, что заместитель министра иностранных дел Азербайджана Эльнур Мамедов в ходе визита в Японию проинформировал японскую сторону о деятельности Азербайджана в рамках председательства на COP29. Заместителю министра иностранных дел Японии Ёити Фукадзаве было представлено письмо президента Ильхама Алиева с приглашением премьер-министра Японии Фумио Кисида принять участие в Саммите мировых лидеров по климатическим действиям, который пройдет в рамках COP29 12-13 ноября этого года.

    29-я сессия Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP 29) пройдет в столице Азербайджана Баку в ноябре этого года. Решение об этом было принято на пленарном заседании COP28, состоявшемся в Дубае 11 декабря 2023 года. В рамках мероприятия Баку примет около 70 000 – 80 000 иностранных гостей.

  • Yaponiya baş naziri COP29-a dəvət olundu

    Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, mayın 20-24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib. Səfər çərçivəsində iki ölkənin XİN rəhbərlərinin siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Masaki İkeqami rəhbərlik edib.

    Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. İki ölkə arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib. Yapon şirkətləri “ağıllı şəhər”, “ağıllı kənd”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub.

    Bundan başqa, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri, xüsusən də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi barədə müzakirələr aparılıb.

    Bundan başqa, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov ilə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hideki Muray, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) Prezidenti səfir Keniçiro Sasae və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rəhbəri, ITOCHU şirkətinin xarici əlaqələr üzrə vitse-nümayəndəsi Masahiro İmai, həmçinin Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Akira Amari və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazava arasında görüşlər keçirilib, ikitərəfli münasibətlərin gedişatı və gələcək tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.

    Qarşı tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb. Həmçinin, nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

  • Bakıda “qoçu” sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi – FOTO / VİDEO

    Bakıda taksi sürücü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar xanım sürücünün nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.

    Bu barədə videogörüntülər oxu.az-ın redaksiyasına göndərilib. Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

    Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi “Opel” markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.


  • Azərbaycanda üç nazirlik məktəblərdə monitorinqlərə başlayıb

    “Elm və Təhsil, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri məktəblərdə monitorinqlərə başlayıb”.

    “Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.

    Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birgə ilboyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri də aparılır:

    “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib. Bu müddətdə 3100 dəfə təcili tibbi yardım çağırılma hadisəsi qeydə alınıb. Eyni zamanda bu illər ərzində şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb”.

  • В Гёйчайском районе задержан подозреваемый в умышленном убийстве

    23 мая около 21:00 в Гёйчайскую районную прокуратуру поступила информация о смерти Рзы Ахмедова (1979 г.р.) на территории района от колото-резаных ран.

    Об этом сообщили в надзорном органе.

    В ходе расследования возникли обоснованные подозрения в том, что мужчину умышленно убил Мехди Мамедов (1999 г.р.), нанеся тому ножевые ранения в ходе возникшего между ними конфликта.

    По данному факту начато расследование по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджана.

    М.Мамедов задержан в качестве подозреваемого по делу.