Month: May 2024

  • Möhtəşəm və nadir kosmik hadisə: Adi gözlə görmək mümkün olacaq

    Ulduzların və valehedici astronomik hadisələrin pərəstişkarlarını unudulmaz hadisə gözləyir.

    İyunun əvvəlində planetlərin böyük paradını görmək mümkün olacaq.

    İyunun 3-də Günəş sisteminin altı planeti bir sıraya düzüləcək. Bunlar Merkuri, Yupiter, Uran, Mars, Neptun və Saturn olacaqlar.

    Dünyanın müxtəlif yerlərindən olan sakinlər kosmik hadisəni izləyə biləcəklər. Yupiter, Merkuri, Mars və Saturn adi gözlə görünəcək. Güclü durbin və ya teleskopu olan insanlar Merkurinin yanında yerləşəcək Uranı və Saturnun yaxınlığında yerləşəcək Neptunu da görə biləcəklər.

    Qeyd edək ki, planetlərin kiçik paradları – üç və ya dörd planetin bir sırada düzülüşü olduqca tez-tez baş verir. Beş və ya daha çox planetin düzləndiyi hadisələr isə nadir sayılır.

  • Vəzifəli şəxs iş yerindən oğurluq edir? – İDDİA (VİDEO)

    Göyçay şəhərində 2 nömrəli körpələr-evi uşaq bağçasında özbaşınalığın hökm sürdüyü iddia olunub.

    Həmin bağçada çalışan sanitar-dayə Günel Əkbərova iddia edir ki, bağçanın müdiri Kəmalə Abbasova Nar bayramı ilə əlaqədar əl işlərinin hazırlanması üçün işçiləri hədələyərək 30 manat məbləğində pul yığır.

    Şikayətçi onu da vurğulayıb ki, Kəmalə Abbasova bağçaya müdir təyin olunduqdan sonra onun iş saatını da azaldıb və əvvəlki iş yerində qalması üçün rüşvət tələb edib. Bağça müdirinin qanunsuz hərəkətlərindən biri isə Günel Ələkbərova tərəfindən lentə alınan bağçadan ərzaq oğurluğu hadisəsidir.

    Məsələ ilə bağlı sözügedən körpələr-evi uşaq bağçasının müdiri Kəmalə Abbasova bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır:

    “61 yaşım var, 40 ildir bu sahədə çalışıram. Hər il eyni qaydada Nar bayramı keçiririk. Bir nəfər deyə bilməz ki, mən rüşvət alıram”

    Mərkəzi Aran Regional Təhsil İdarəsinin aparıcı-məsləhətçisi Rüstəm Aslanov bildirib ki, hazırda sözügedən bağçada baş vermiş neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılır.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Çoxmərtəbəli binalara zəlzələ ilə bağlı xüsusi cihazlar qoyulacaq – VİDEO

    Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək.

    Xezerxeber.az-ın məlumatına görə, bunu Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib.

    O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

    A.Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.

    Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olub.

    Layihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənləşdirmək mümkün olacaq.

    Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib.

    Ətraflı süjetdə:

  • В НАР задержаны лица, жестоко обращавшиеся с собаками на глазах у детей

    В социальных сетях распространилась видеозапись, на которой запечатлено жестокое обращение группы лиц с собаками. Подчеркивается, что данные действия происходили на глазах у детей.

    В ходе проверки выяснилось, что вышеуказанные кадры были сняты на территории Нахчыванской Автономной Республики (НАР).

    Сообщается, что жестоко обращавшиеся с животными лица были задержаны сотрудниками местной полиции.

    В их отношении были приняты соответствующие законодательные меры.

  • Naxçıvanda itlərə dəhşətli işgəncə verildi: Polis hərəkətə keçdi

    Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.

    Araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.

    Həssas görüntü ortaya çıxdığı üçün təqdim edə bilmədiyimiz kadrlar yayıldıqdan dərhal sonra polis hərəkətə keçib.

    Əldə etdiyimiz məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıblar.

    Onlar barəsində qanunauyğun tədbir görülüb.

  • Генштаб ВС Ирана опубликовал предварительные результаты расследования авиакатастрофы с Раиси

    Генштаб Вооруженных сил (ВС) Ирана опубликовал предварительные результаты расследования авиакатастрофы с президентом страны Ибрагимом Раиси.

    Об этом сообщает пресс-служба генштаба.

    “Никаких следов воздействия пуль на корпус разбившегося вертолета Раиси не обнаружено”, – говорится в заявлении.

    Как следует из отчета, вертолет с президентом на борту загорелся только после столкновения с горой. Пилот разбившегося летательного аппарата смог связаться с пилотами двух других вертолетов, сообщают в пресс-службе.

    Напомним, что 19 мая вертолет, перевозивший Раиси, потерпел крушение у города Верзеган. На борту, помимо президента, находились министр иностранных дел Хусейн Амир Абдоллахиан, губернатор провинции Восточный Азербайджан Малек Рахмати, пятничный имам города Тебриз Мохаммад Али Аль-Хашем, начальник президентской охраны генерал Корпуса стражей исламской революции Мехди Мусави, а также командир экипажа полковник Саид Тахир Мустафави, второй пилот полковник Мохсун Дарьянуш и техник Бахруз Хади.

    Источник: ТАСС

  • İbrahim Rəisinin ölümü ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlandı – RƏSMİ

    İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

    Qəzaya uğrayan helikopterin qalıqlarında güllə və ya zərbə izlərinə rast gəlinməyib.

    Bildirilib ki, nəqliyyat vasitəsi yalnız dağla toqquşduqdan sonra alovlanıb.

    Qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.

    Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib.

    Mənbə: TASS

  • Азербайджанские пограничники взяли под контроль 4 освобожденных села Газахского района

    Азербайджанские пограничники взяли под контроль четыре освобожденных села Газахского района.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в информации Службы заместителя премьер-министра Азербайджанской Республики Шахина Мустафаева.

  • Azərbaycana qaytarılan dörd kənd DSX tərəfindən nəzarətə götürüldü – RƏSMİ

    Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər.

    AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

    Bildirilib ki, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib:

    “15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

    Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

    Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb”.

  • В Баку пропала 17-летняя девушка

    В Баку без вести пропала девушка.

    Как сообщает АПА, проживающая в Сабунчинском районе Фидан Ахмедова (2007 г.р.) ушла из дома в неизвестном направлении и не вернулась.

    По данному факту ведется расследование.