Month: May 2024

  • Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

    Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.

    İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.

    Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.

    Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Qonşusunu öldürən şəxsə hökm oxundu

    Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rövşən Rüstəmlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Rüstəmli 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2023-cü il dekabrın 7-də saat bir radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Azərbaycanda fiziki şəxslərə kredit verilməsi ilə bağlı YENİ QƏRAR

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

    Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək.

    Bundan başqa, kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi, habelə həyat sığorta müqaviləsi üzrə münasibətlər Mülki Məcəllə və İH-nin “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” ilə tənzimlənəcək.

    Həmçinin qərarla kreditlərin verilməsi prosesinə poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları və elektron pul təşkilatları cəlb edilə bilər. Bu halda həmin təşkilatlar tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:

    – kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu;

    – borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;

    – kreditlərlə bağlı təqdim edilməli olan sənədlərin, o cümlədən müştərinin fiziki imzası tələb olunan sənədlərin, ödəniş alətlərinin müvafiq olaraq banka və (və ya) müştərilərə çatdırılması.

    AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Naxçıvanda mərkəzə direktor TƏYİN OLUNDU

    Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinə yeni direktor təyin edilib.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, bu posta Fəxri Firudin oğlu Mehbalıyev gətirilib.

  • Qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərlə bağlı QƏRAR

    Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov 18 il, Sadıq Dadaşov 18 il, Pərviz Əsədov 17 il, Mətləb Muradov 17 il, Zabit Yolçiyev 16 il və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum ediliblər. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

    İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.

    Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarəti yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.

    Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.

    25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

    Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Жители Газахского и Имишлинского районов найдены мертвыми в своих домах

    В двух районах Азербайджана обнаружены тела местных жителей.

    Как сообщает АПА, житель села Орта Салахлы Газахского района Ахлиман Омаров (1997 г.р.) был найден повешенным на чердаке своего дома.

    Кроме того, житель села Гызылкенд Имишлинского района Акиф Гюльмалыев (1995 г.р.) был найден повешенным в хлеву во дворе своего дома.

    Предположительно, оба совершили самоубийство.

    По данным фактам в районных прокуратурах ведется расследование.

  • Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar

    Qazax və İmişli sakinləri evlərində ölü aşkarlanıblar.

    APA xəbər verir ki, Qazaxın Orta Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhliman Omarov yaşadığı evin çardağında asılmış vəziyyətdə aşkar edilib.

    Bundan başqa İmişli rayonu Qızılkənd sakini, 1975-ci il təvəllüdlü Akif Gülmalıyev yaşadığı evin tövləsindən asılı vəziyyətdə tapılıb.

    Hər iki şəxsin intihar etdiyi ehtimal edilir.

    Faktlarla bağlı rayon prokurorluqlarında araşdırmalar aparılır.

  • В Баку автомобиль сбил пятилетнюю девочку

    В Хатаинском районе Баку произошло дорожно-транспортное происшествие с наездом на ребенка.

    Как передает Report, автомобиль сбил переходившую дорогу Марьям Сулейманлы (2019 г.р.).

    Девочка была госпитализирована.

    Обстоятельства инцидента выясняются.

  • Bakıda avtomobil 5 yaşlı uşağı vurub

    Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Məryəm Mehdi qızı Süleymanlını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Кельбаджарском районе автомобиль сбил 29-летнего пешехода

    В Кельбаджарском районе произошло дорожно-транспортное происшествие, в котором пострадал пешеход.

    Как сообщает Report, автомобиль сбил переходившего дорогу Вугара Аббаслы (1995 г.р.).

    Пострадавший был госпитализирован в одну из больниц в Баку. При обследовании у него диагностировали открытую черепно-мозговую травму.

    По данному факту ведется расследование.