Month: May 2024

  • Yuxuda yıxılma hissinin müalicəsi varmı? – VİDEO

    Yuxuda büdrəmə, yıxılma təhlükəsi ilə çox adam qarşılaşır. İnsanlar qorxub oyanırlar.

    Belə hallar yuxu pozğunluğu da sayılır. Bəs yuxuda yıxılma hissinə səbəb nədir?

    Psixoloq Ruhiyyə Rüstəmova bildirib ki, yuxunun mərhələsi kifayət qədər yüngül olduqda beyin əzələlərə nəzarət üçün mesaj ötürür:

    “Əzələlər oyanır və müdafiə üçün fəal qalırlar. Panik atak yaşayan insanlar yuxuya getdiklərində nəfəs darlığı və ya yıxılacaqmış kimi hisslər yaşayaraq yuxudan oyanırlar. Bəzən gec yuxuya getmə, erkən oyanma və ya oyanmaqda çətinlik kimi bir çox əlamətləri yuxu pozuntusuna aid etmək olar”.

    R.Rüstəmova onu da vurğulayıb ki, bu kimi halların qarşısını almaq üçün gündəlik rutini düzgün qurmalı, yuxu öncəsi idmanla məşğul olmalı və açıq havada gəzmək önəmlidir.

    Yuxuda yıxılma hissinə əsas səbəblərdən isə stress, kofein və yuxusuzluğu misal göstərmək olar.

    Daha ətraflı APA TV-nin süjetində:

  • Bakıda iki yeniyetmə binanın damına çıxaraq həyatlarını təhlükəyə atdı – VİDEO

    Bakıda 7-ci mikrorayon adlanan ərazidə iki yeniyetmə yaşayış binasının dam örtüyünə çıxaraq həyatlarını təhlükəyə atıblar.

    Sakinlərin sözlərinə görə, buranın giriş qapısı bağlı olmadığı üçün belə hadisələr tez-tez baş verir.

    Məsələ ilə bağlı Binəqədi rayonu 1 saylı Mənzil-Komunnal İstismar sahəsinin rəisi Səyyad Quliyev bildirib ki, binanın dam örtüyündə və fasadında təmir işləri aparılır, ustalar mütəmadi çıxıb-düşdüyünə görə qapı açıq qalıb.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Найдена пропавшая без вести 11-летняя школьница в Абшеронском районе – ВИДЕО

    11-летняя школьница, пропавшая без вести в селе Хекмали Абшеронского района, была найдена ночью сотрудниками правоохранительных органов.

    Об этом было сказано в эфире передачи Bizimləsən на телеканале ATV.

    Также стали известны некоторые детали в связи с пропажей Бюшры.

    В средней школе №299, где девочка получает образование, отметили низкую посещаемость занятий со стороны школьницы.

    А по словам родных девочки, Бюшра не пропала, а сбежала.

    Напомним, что несовершеннолетняя вышла из дома 29 мая, чтобы пойти в школу.

    Подробнее – в видео.

  • Abşeronda itkin düşən məktəbli tapıldı: “Özü qaçıbmış” – VİDEO

    Abşeron rayonunun Hökməli kəndində itkin düşən 11 yaşlı məktəbli gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

    Bu barədə ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində məlumat verilib.

    Belə ki, Büşranın itkin düşməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.

    Onun təhsil aldığı 299 nömrəli məktəbdən verilən məlumata görə, Büşranın dərsə davamiyyəti də zəif olub.

    Yaxınları bildiriblər ki, Büşra itkin düşməyib, özü qaçıb.

    Qeyd edək ki, o, ötən gün məktəbə getmək adı ilə evdən çıxıbmış.

    Ətraflı videoda:

  • Bakı bulvarından Qız qalasına gedən gizli yol – VİDEO

    Səbail qalası Şirvanşah III Fəribürz tərəfindən müdafiə məqsədilə inşa olunub. Qalanın içərisində olan qəsrdə isə dustaqlar saxlanılıblar. Bəzi mənbələrdə Karvasaray da adlanan qala ticarət gəmiləri üçün liman kimi də istifadə olunub.

    Tikilinin Abşerondakı digər qalalarla gizli, yeraltı yollarla əlaqəsi var.

    1939 – 1969-cu illərdə qala ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində dənizdən 700-dən artıq daş lövhə çıxarılıb. Bu tapıntılar sayəsində qalanın tarixi barədə ətraflı məlumat əldə etmək mümkün olub. Daş lövhələrdə Quran ayələrindən başqa, Bakının rəmzi sayılan öküz və ticarəti simvolizə edən dəvə təsvirləri yer alıb. Bəzilərində isə insan təsvirini də görmək mümkündür. Lakin onun kimliyi müəmmalıdır. Ehtimallara görə o, III Fəribürzün gürcü mənşəli xanımıdır.

    Xəyalə Günəş bildirib ki, Abşeron yarımadasının cənub sahillərində, elə hazırki bulvar yaxınlığında da dənizin altında qalan tarixi şəhərlər yatır:

    “Buradan Qız qalasına kimi uzanan gizli tunellər var idi. Bu şəhərlərin qalıqlarının aşkarlanması üçün ciddi tədqiqatların aparılmasına ehtiyac var”.

    Xatırladaq ki, bir neçə il öncə qalanın 3d modeli hazırlanmışdı və yenidən bərpa olunaraq turistik məqsədlə istifadəsi təklif olunurdu.

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sorğumuza cavab olaraq bildirildi ki, Bayıl qəsrinin bərpası nəzərdə tutulur. Bu məqsədlə tarixi abidə bərpa olunması üçün investisiya planına salınıb. Bərpa üzrə hansı işlərin həyata keçiriləcəyi bərpa layihəsində öz əksini tapacaq.

    Daha ətraflı APA TV-nin süjetində:

  • Бывшие министры посетили город Шуша – ВИДЕО

    Экс-глава внешнеполитического ведомства Азербайджана Эльмар Мамедъяров и бывший министр культуры Абульфас Гараев посетили Шушу.

    Соответствующая видеозапись распространилась в социальных сетях.

    На кадрах запечатлен разговор экс-министров с турецкой делегацией из Анкары и Бурсы.

    Представляем данную видеозапись:

  • Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət – VİDEO

    Sabiq xarici işlər naziri Elmar Məmmədyarov və keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Şuşaya səfər ediblər.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda sabiq nazirlərin Ankara və Bursa şəhərindən gələn Türkiyə nümayəndə heyəti ilə səmimi söhbəti yer alıb.

    Qeyd edək ki, Elmar Məmmədyarovla Əbülfəs Qarayev həm də ailəvi dostdurlar.

    Həmin görüntüləri təqdim edirik:

  • СМИ: КНДР третий день пытается глушить сигналы GPS в Южной Корее

    КНДР третий день подряд пытается создавать помехи для приема GPS-сигналов в Южной Корее в районе островов в Желтом море.

    Об этом сообщило агентство Yonhap со ссылкой на южнокорейских военных.

    Вооруженные силы Республики Корея зафиксировали такие попытки около 08:00 по местному времени (03:00 по Баку – ред.). Как отмечает агентство, народная республика пыталась блокировать прием сигналов на островах рядом с северной разграничительной линией, которую в Сеуле считают фактической морской границей. Эти действия не нарушили функционирование армии, но в четверг помехи повлияли на работу навигационных приборов рыболовных и пассажирских судов в этом районе Желтого моря, сообщает Yonhap.

    В четверг КНДР запустила по меньшей мере 18 снарядов из реактивных систем залпового огня (РСЗО) “сверхкрупного калибра 600 мм” – по одной ракете из каждого комплекса. Об этом свидетельствуют опубликованные Центральным телеграфным агентством Кореи (ЦТАК) фотографии. Южнокорейские военные до этого сообщали о примерно 10 баллистических ракетах малой дальности, которые пролетели, по данным Сеула, около 350 км. В сообщении ЦТАК указывалось, что РСЗО точно поразили цели на расстоянии 365 км.

    Лидер КНДР Ким Чен Ын лично руководил демонстрацией потенциала этих орудий, организованной в ответ на “провокационные акты” со стороны Республики Корея.

    Источник: ТАСС

  • Şimali Koreya növbəti addımını atır: GPS siqnallarına müdaxilə

    Artıq üçüncü gündür ki, Şimali Koreya Sarı dənizdəki adalar ərazisində Cənubi Koreyada GPS siqnallarının qəbuluna mane olmağa çalışır.

    Bu barədə Cənubi Koreya ordusundan bildirilib.

    Koreya Respublikasının Silahlı Qüvvələri yerli vaxtla saat 8 radələrində (Bakı vaxtı ilə saat 03:00) belə cəhdləri qeydə alıb.

    Bildirilir ki, Şimali Koreya Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinə yaxın adalarda siqnalların qəbulunu əngəlləməyə çalışıb. Bu hərəkətlər ordunun əməliyyatlarını pozmasa da, Sarı dənizin bu bölgəsində balıqçı gəmilərinin və sərnişin gəmilərinin naviqasiya alətlərinə təsir edib.

    Qeyd edək ki, cümə axşamı Şimali Koreya super iriçaplı 600 mm çoxlu buraxılış raket sistemlərindən azı 18 sursat atıb. Bunu Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillər sübut edir.

    Mənbə: Yonhap

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Şair Balaşərif oğlu Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.