Month: May 2024

  • Azərbaycanda 14 yaşlı qız anasından xəbərsiz ərə verilib

    Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

    Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki “Yunus” şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb.

    Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.

    Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.

  • Задержан замначальника Генштаба ВС России

    Начальник Главного управления связи Вооруженных сил Российской Федерации и заместитель начальника Генштаба генерал-лейтенант Вадим Шамарин задержан, сообщает “Коммерсантъ” со ссылкой на источники.

    Собеседник газеты в правоохранительных органах уточнил, что по уголовному делу о предполагаемых махинациях у генерала прошел обыск. По его результатам Шамарина доставили на допрос в Главное военное следственное управление Следственного комитета России (СКР). Дело рассматривается в 235-м гарнизонном военном суде.

    Позже в пресс-службе военного суда подтвердили РБК задержание генерала.

    За последний месяц в России были арестованы несколько высокопоставленных военных, среди них заместитель министра обороны России Тимур Иванов, начальник кадрового управления военного ведомства Юрий Кузнецов и бывший командующий 58-й армией Южного военного округа Иван Попов.

  • Rusiya Baş Qərargah rəisinin daha bir müavini SAXLANILDI

    Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin saxlanılıb.

    Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

    Mənbənin sözlərinə görə, Şamarin 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılan dələduzluq cinayəti ilə bağlı axtarışa verilib. Axtarışın nəticələrinə əsasən, general dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

    2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xalil Arslanov silahlı qüvvələrə texnikanın verilməsi zamanı dələduzluqda və rüşvət almaqda ittiham olunaraq, həbs edilib.

    Xatırladaq ki, bu yaxınlarda müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər.

    Mənbə: kommersant.ru

  • 53 minlik rüşvətdə ittiham olunan sabiq müdir barəsində ardıcıl iki qərar

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.

    “Qafqazinfo”nun məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

    Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, R.Hacıyevin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

    Bundan sonra sabiq müdirin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

    Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

    Onun işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

  • В Азербайджане закрывается компания с уставным капиталом в полмиллиона манатов

    Открытое акционерное общество (ОАО) Gəncə Toxunulmamış Parça (производитель нетканых материалов – ред.) ликвидируется.

    Как сообщает iqtisadiyyat.az, соответствующее решение принял глава компании Мехрадж Алиев.

    Он созвал внеочередное собрание акционеров в связи с ликвидацией ОАО.

    Заседание в связи с этим планируется провести 27 июня в 10:00. В его повестку включены вопросы ликвидации ОАО, назначения ликвидационной комиссии и принятия решения о проведении соответствующих законодательных мер в связи с ликвидацией компании.

    Отметим, что ОАО Gəncə Toxunulmamış Parça было зарегистрировано в 1998 году. Уставный капитал компании составляет 513 966 манатов.

  • Azərbaycanda nizamnamə kapitalı yarım milyon manat olan şirkət bağlanır

    “Gəncə Toxunulmamış Parça” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkətin rəhbəri Mehrac Əliyev qərar imzalayıb.

    O, ASC-nin ləğvi ilə əlaqədar olaraq səhmdarların növbədənkənar iclasını çağırıb.

    Yığıncağın iyunun 27-də saat 10:00-da keçirilməsi planlaşdırılıb.

    İclasın gündəliyinə ASC-nin ləğvi, ləğvetmə komissiyasının təyin edilməsi, şirkətin ləğvi ilə əlaqədar qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi məsələləri daxil edilib.

    Qeyd edək ki, “Gəncə Toxunulmamış Parça” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır.

  • Bakıda qəza: Sürücü hadisə yerində öldü

    Suraxanıda ölümlə nəticələnən qəza baş verib.

    “Trend” xəbər verir ki, Seymur Ağa Əhməd oğlu Əliquliyevin idarə etdiyi “Hovo” markalı avtomobillə Hövsan – Türkan yolu ilə onun əks yolu istiqamətində hərəkət edən “Opel” markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində “Opel” sürücüsü Baxşəli Əziz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

    Fakt bağlı cinayət işi başlanıb, istintaq aparılır.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Июльские фьючерсы на марку WTI подешевели на 0,68% – до 77,04 доллара за баррель, а на Brent – на 0,55%, до 81,45 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin iyul füçersləri 0,68% ucuzlaşaraq bir barelinin qiyməti 77,04 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 0,55% ucuzlaşaraq bir barelinin qiyməti 81,45 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Состоялась встреча президентов Азербайджана и Таджикистана один на один – ФОТО

    23 мая состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Республики Таджикистан Эмомали Рахмоном один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

    * * * * *

    23 мая началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Республики Таджикистан Эмомали Рахмоном один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.