Month: May 2024

  • Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış edirlər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycan-Tacikistan sənədləri imzalanıb

    Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Göyçay kollecindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

    Kollecdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

    Göyçay rayon prokrurorluğundan verilən məlumata görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecinin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Sabah 26° isti olacaq

    Mayın 24-də paytaxt Bakıda havanın əsasən yağmursuz keçəcəyi, bölgələrdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

  • Ərdoğan Sərvəri mükafatlandırdı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.

    AZƏRTAC xəbər verir ki, Prezident Köşkündə baş tutan mükafatlandırma mərasimində çıxış edən ölkə başçısı bildirib ki, ədalətsizlik və münaqişələrlə dolu müasir dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan insanların hesabına mövcudluğunu davam etdirir.

    Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyədə “Vəfa Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub. Digər mükafat Qəzza sakini Halid Nabyanda verilib.

  • Tovuz sakini Kürdə batdı

    Tovuz rayon sakini Kürdə batıb.

    APA-nın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Məlumata görə, çayda batan şəxs rayonun Aşağı Öysüzlü kənd sakinidir.

  • Bakıda güclü geomaqnit qasırğası: Tarixlər açıqlandı

    Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.

    Baku.ws xəbər verir ki, zəifsəviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası mayın 24-də saat 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və mayın 25-də saat 15:00-dək davam edəcək.

    Qasırğa mayın 26-da da saat 18:00-dan 21:00-dək davam edəcək.

    Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir.

    Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

    Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

  • Началась встреча президентов Азербайджана и Таджикистана в расширенном составе – ФОТО

    23 мая началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Республики Таджикистан Эмомали Рахмоном в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.





  • Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb – FOTO

    Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.





  • Sabah Susa növbəti köç baş tutacaq

    Sabah Laçın rayonunun Sus kəndinə növbəti köç baş tutacaq.

    “Report”un məlumatına görə, daha 39 ailədən ibarət 140 nəfər sabah doğma yurda qayıdacaq.

    Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.