Month: May 2024

  • Тело иранского президента доставили в его родной город для похорон – ВИДЕО

    Тело погибшего в авиакатастрофе президента Ирана Ибрагима Раиси доставили в его родной город Мешхед, где его похоронят.

    Об этом сообщает IRNA.

    Агентство опубликовало кадры из аэропорта города, куда прибыло большое количество людей. В аэропорт прибыли государственные и местные чиновники, а также жители города. Mehr публикует кадры, как они кидают лепестки цветов во время шествия. Церемонии прощания с Раиси ранее прошли в нескольких городах.

    Президента, а также главу МИД Хоссейна Амира Абдоллахиана, губернатора провинции Восточный Азербайджан Малика Рахмати и аятоллу провинции Тебриза Али аль-Хашема, которые также были на борту разбившегося вертолета, похоронят в мавзолее имама Резы вечером 23 мая.
    Источник: РБК (Россия)

  • Helikopter qəzasında həlak olan İbrahim Rəisinin nəşi dəfn olunacağı Məşhəd şəhərinə aparıldı – VİDEO

    Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin nəşi Cənubi Xorasan əyalətinin əhalisi ilə vida mərasimindən sonra doğulduğu Məşhəd şəhərinə aparılıb.

    Mərhum dövlət başçısı İmam Rza ziyarətgahında dəfn olunacaq.

    Bununla əlaqədar yerli mediada kadrlar yayılıb.

    Xatırladaq ki, İran prezidenti, eləcə də Xarici İşlər Nazirliyinin rəhbəri və digər rəsmi şəxslər mayın 19-da helikopter qəzasında həlak olublar. Onlarla vida mərasimləri əvvəllər Tehran, Qum və Təbriz şəhərlərində keçirilib.

  • Azərbaycanda müəllimlərə təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edildi

    Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”na öz əksini tapıb.

    Təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

    Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.

    Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

    Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

    Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

    Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

  • Rusiya ordusu Andreyevkaya nəzarəti ələ keçirib

    Rusiya qoşunlarının Cənub Qrupunun bölmələri Donetskdə Andreyevka qəsəbəsini ələ keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

    “Cənub Qrupu qoşunlarının bölmələri aktiv hərəkətlər nəticəsində Andreyevka yaşayış məntəqəsini ələ keçirib, həmçinin ön cəbhədə mövqelərini yaxşılaşdıraraq, Konstantinovka, Razdolovka və Çasov Yar yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 57-ci mexanikləşdirilmiş briqadasının, 105-ci və 118-ci territorial müdafiə briqadalarının canlı qüvvəsi və texnikasına zərər vurublar”, – deyə nazirlikdən bildirilib.

  • Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xüsusi xəstəxanaya köçürüldü

    İkisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov xüsusi tibb müəssisəsinə yerləşdirilib.

    “Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.

    Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.

    Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

    Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Ə.Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.

    Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.

  • Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

    “Xəzər” televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

    Median.Az Manşet.az-a istinadən xəbər verir ki, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

    Digər əmrlə televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib.

    Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla “M Group Production”da bir yerdə çalışıb.

    Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq-mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır.

  • Emoməli Rəhmon: “Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır”

    “Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.

    Tacikistan Prezidenti, həmçinin deyib:

    Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.

  • Əliyev: “Transxəzər dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir”

    “Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə – red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.

    “Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Dənizkənarı Bulvar İdarəsində yoxlama aparılıb: Ötənilki nöqsan açıqlanıb

    Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini həyata keçirib.

    Pravda.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

    Bildirilib ki, qeyri-büdcə gəlirlərinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətindən əldə olunmuş pul vəsaitlərinin məbləğinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artmasına baxmayaraq, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən (müvafiq hədlərdə) azaldılmasına nail olunmamaqla, asılılıq səviyyəsi artıb. Həmçinin, hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun qeyri-büdcə gəlirləri üzrə əlavə potensialın da mövcudluğu şəraitində əməyin ödənişi və mükafatlandırılması xərclərinin qeyri-büdcə mənbələri hesabına maliyyələşdirilməsində irəliləyişlər əldə olunmayıb. Bu isə “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın tələblərinin (3.1-ci bəndinin) pozulması deməkdir.

  • 3 İyun 2024-cü il üçün XƏBƏRDARLIQ (FOTO)

    Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun 3 iyun 2024-cü ildə tək bir xəttdə parlayacaq.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, nadir səma hadisəsi Şimal yarımkürəsində günəş doğumundan əvvəl görünəcək.

    İyunun 3-də səmada altı planetin düzülüşünə şahidlik etmək imkanımız olacaq.

    Yerin nöqteyi-nəzərindən bir planet paradı səmada bir neçə planetin bir-birinə yaxın göründüyü zaman baş verir.

    Planetlər düz xətt təşkil etməsələr də, heyrətamiz vizual mənzərə yaratmaq üçün kifayət qədər yaxın olacaqlar.

    Bu nadir hadisəni tutmaq üçün günəş doğmadan təxminən 20 dəqiqə əvvəl şərq üfüqünü seyr edə bilərsiniz.

    Düzəliş Yupiterin üfüqə ən yaxın olduğu aşağı şərq üfüqündən Merkuri, Uran, Mars, Neptun və Saturna qədər uzanacaq.

    İyunun 3-də düzülməni izləyə bilməsəniz, planetar paradı müşahidə etmək üçün başqa zaman dilimləri də olacaq.

    Qeyd edək ki, 28 avqust 2024-cü ildə altı planetin şəfəqdən əvvəl düzülməsini əhatə edən başqa bir hadisə də baş verəcək.
    //azxeber.com