Month: June 2024

  • Çimərliyə bu vaxtlar gedin – Həkim açıqladı

    Çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır.

    Bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

    Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq ziyandır:
    “Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır.
    Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir: “Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir”.

    Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var:

    “Bunları yaradan onun tərkibində olan şüalardan asılıdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır”.

  • Seçkilərə iki gün qalmış Le Penin partiyasına dəstək rekord səviyyəyə çatdı

    Fransada parlament seçkilərinə iki gün qalmış Cordan Bardella və parlamentdə fraksiyanın rəhbəri Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı “Milli birlik” partiyası seçici dəstəyi rekordunu yeniləyib.

    Qaynarinfo “Les Echos”a istinadən xəbər verir ki, seçicilərin 37%-i partiyaya səs verməyə hazırdır.

    Nəşrin qeyd etdiyi kimi, Marin Le Penin partiyasına dəstək bir həftə ərzində 2%, respublikaçılarla ittifaq elan edildikdən sonra üç həftə ərzində isə partiyanın tərəfdarları 4 faiz bəndi artıb. Bu arada, “Respublika naminə birlikdə” prezident koalisiyası sorğuya əsasən cəmi 20% səs toplayıb. Respondentlərin daha 28%-i solçu partiyaların “Yeni xalq cəbhəsi” koalisiyasını dəstəkləyib.

    Xatırladaq ki, iyunun əvvəlində Avropa Parlamentinə keçirilən seçkilərdə “Milli birlik” 31,5% səs toplayıb. Bu, Fransa prezidenti Emmanuel Makronun koalisiyasının nəticələrindən (14,5%) təxminən iki dəfə yüksəkdir. Bunun ardınca Makron parlamentin aşağı palatasının (Milli Assambleya) buraxıldığını və 30 iyun və 7 iyulda növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.   

    Emmanuel Makron seçkilər ərəfəsində bildirib ki, ifrat sağçı və ifrat solçu siyasi blokların planları vətəndaş müharibəsinə səbəb ola bilər. Marin Le Pen bildirib ki, bu cür ittihamlar prezidentin siyasi blokunun zəifliyinin göstəricisidir.

  • Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək

    Bu ilin sonunadək Cəbrayılda 712 mənzillik 33 binadan ibarət kompleks istismara veriləcək.

    Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

    O, bu il Cəbrayıl şəhərinə köçün planlaşdırıldığını qeyd edib.

    “Hazırda 712 mənzilli 33 binadan ibarət kompleksin tikintisi demək olar ki, başa çatıb və artıq köçürülmə planlaşdırılıb. Təmir işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, köçürülmənin nəzərdə tutulduğu Xorovlu kəndində də aktiv iş aparılır. Cəbrayılın Şükürbəyli kəndində də fəal tikinti gedir. Zəngilanda həm şəhərin özündə, həm də Cahangirbəyli kəndində mənzillərin və məktəbin tikintisi davam edir. Qubadlıda, Zilanlı və Mahruzlu kəndlərində də aktiv tikinti işləri görülür və keçmiş məcburi köçkünlərin köçürülməsi planlaşdırılır”, – o deyib.

  • Bakının bu ərazisində sotu bir milyona torpaq, kvadratı on iki minə mənzillər satılır

    Bakının mərkəzi hissəsində daşınmaz əmlak bazarında bahalaşma müşahidə olunur.

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında deyib ki, şəhərin mərkəzinə doğru torpağın dəyəri kifayət qədər artıb.

    O, Səbail rayonu ərazisində bahalaşmanın daha çox qeydə alındığını söyləyib. Təşkilat sədri bildirib ki, ölkədə hər bir ərazinin özünəməxsus prestij səviyyəsi, infrastruktur ölçüsü və nəqliyyat əlçatanlığı var:

    “Bu baxımdan qiymətlər zonalar və onların daxilində olan küçələr üzrə dəyişir. Məsələn, paytaxtın Nizami küçəsinə – “Tarqovu” adlanan ərazilərə yaxın yerlərdə torpaq sahələrinin bir sotu 1-1,2 milyon manat civarında dəyişir. Burada əksər obyektlərin 1 kvadrat metri 40-45 min manat civarında dəyişir. Bu, hazırda çox yüksək qiymətdir. Həmin obyektlərin sahəsi kiçik olsa da, yüksək qiymətə təklif olunur. Onlar olduqca gəlirli obyektlər olduğundan sahibləri belə düşünürlər ki, kim onları əldə edərsə, həm yüksək qiymətə icarəyə vermək imkanlarına malik olar, həm də yüksək qiymətə satmaq imkanı əldə etmiş olarlar”.

    İqtisadçı əmlak bazarında bahalı mənzillərin qiymətindən də danışıb. Onun sözlərinə görə, “Neftçilər” prospektinə yaxın olan yeni tikililərin, dənizə mənzərəsi olan sahələrdə ən bahalı mənzillərin 1 kvadrat metrinin qiyməti 10-12 min manat civarında dəyişir.

    Sədr bildirib ki, inkişafın baş verməsi, ölkə büdcəsinin böyüməsi, manatın alıcılıq qabiliyyətinin dəyişməsi, enerji resurslarının qiymətində artımın baş verməsi, o cümlədən minimum və orta əməkhaqqının səviyyəsinin artması müəyyən inflyasiyaya səbəb olur: “İnflyasiyanın nəticəsi də qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu baxımdan hər il biz qiymətlərdə bu artımı hiss edir və görürük. Məsələn, sosial layihələr zamanı ipoteka krediti almaq istəyənlər bu kreditin təzə verildiyi zamanlarda şəhərin mərkəzindən müəyyən mənzillərə sahib ola bilirdilər. Bir müddət keçdikdən sonra yavaş-yavaş bu məsafə və istiqamət mərkəzə yaxın ərazilərə, daha sonra isə mərkəzdən ucqarlara, yəni şəhərətrafı ərazilərə doğru irəlilədi. Bu gün Masazır, Xırdalan, Hövsan və Zığda daşınmaz əmlak bazarına tələbatın artdığını qeyd edə bilərik. Yəni əlçatanlılıq şəhərin müəyyən ucqar yerlərinə doğru istiqamətlənir. Bu da qiymətlərin getdikcə bahalaşmasının nəticəsidir. Hazırda həmin ərazilər və onlara yaxın yerlərdə ipoteka kreditləri üçün daha çox müraciətlər edilir. Şəhərin digər əraziləri isə, həqiqətən də, qiymətlərin bahalaşdığı yerlərdir”.

    V.Oruc vurğulayıb ki, son üç ildə mənzillərin bir kvadrat metrinin təklif qiyməti təqribən 50-55% yüksəlib: “Yəni bu, o deməkdir ki, əvvəllər, məsələn, şəhərin mərkəzinə yaxın rayonlarda, ərazilərdə maya dəyəri 1500 manata olan mənzil təklif olunurdusa, indi bu qiymət təqribən 2200-2300 civarında dəyişir. Ona görə də belə hesab edirəm ki, bahalaşma getdikcə davam edəcək. Çünki qeyd etdiyim şərtlərə uyğun olaraq ölkə büdcəsinin böyüməsi, iqtisadi inkişaf və manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər onu diqtə edir ki, daşınmaz əmlaka olan qiymətlər yüksəlsin. Digər tərəfdən, daşınmaz əmlaka olan qiymətlərin yüksəlməsinə təkan verən amillərdən biri də ondan ibarətdir ki, ölkədə daşınmaz əmlak hazırda ən çox investisiya cəlbediciliyi olan bir istiqamətdir. Yəni vətəndaşlar belə düşünür ki, banklara depozit yatırmaqla mənfəət əldə etməkdənsə, bir mənzil alıb onun növbəti illərdə bahalaşmasını gözləmək daha məqsədə müvafiqdir. Yəni hazırda daşınmaz əmlak banklardan daha çox dividend və depozitlərdəki artımı ortaya qoymaq imkanlarını verir”.

  • Avropa çempionatı: Azərbaycan cüdoçusu erməni rəqibini məğlub etdi


    Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

    “Report”un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib.

    O, Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

    Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

    Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

    Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

  • Laçında hind filmi çəkiləcək

    Laçında hind filminin çəkilişləri başlayacaq.

    Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

    “Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına sənədli filmlərlə başlayıb və 40-45 dəqiqəlik filmlər çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif mükafatlara namizəd olub.

    Bundan başqa, Amal yeni film çəkmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qrant və maliyyə əldə edib. Filmin bir hissəsi artıq çəkilib və hazırda Amal işi davam etdirməyə hazırlaşır. Ümid edirik ki, daha çox prodüser evləri bu layihəyə diqqət yetirəcək”, – o deyib.

    M.Məmmədov, həmçinin, Laçının özlüyündə unikal olduğunu və müxtəlif istiqamətlərdən rəssamları cəlb etdiyini qeyd edib.

    “Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir”, – deyə o əlavə edib.

  • “Taksi defisitdir, avtobusların sayı artırılmalıdır” – Ekspert

    “Taksilərlə bağlı qərardan sonra vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkirlər. Taksi olmadığına görə onlar ictimai nəqliyyata – avtobus və metroya üstünlük verirlər”.

    Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

    Onun sözlərinə görə, taksilərlə bağlı qaydaları nəzərə alaraq, avtobuslarda yay rejiminə keçidi dayandırmaq olar:

    “Yəni hazırda biz görürük ki, yay rejimi olsa, universitetlər çalışmasa belə, sıxlıq var və vətəndaşlarımız dayanacaqlarda avtobus gözləyirlər. Çünki taksi defsitdi və vətəndaşlar daha çox avtobuslara üstünlük verirlər. Yaxşı olardı ki, avtobus marşurutlarında intervalları uzatmaq əvəzinə, xəttə yeni avtobuslar buraxılsın və bununla bağlı özəl daşıyıcılar qarşısında tələblər qoyulsun. Amma təəssüf ki, bu gün özəl daşıyıcı şirkətlər bir çox hallarda müvafiq qurumların tövsiyələrini nəzərə almırlar”.

  • Azərbaycan və Macarıstan müdafiə nazirlərinin Budapeştdə görüşü olub

    Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Əvvəlcə Budapeşt şəhərində yerləşən “Qəhrəmanlar meydanı” ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.

    Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.

    Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

  • Шмыгаль: Украина ежегодно будет получать военную поддержку на 60 млрд долларов

    Украина уже заключила 20 соглашений о безопасности со странами-партнерами. В рамках этих соглашений ежегодно страна будет получать 60 млрд долларов в качестве военной поддержки.

    Как передает Median.Az со ссылкой на РБК-Украина, об этом заявил премьер-министр Денис Шмыгаль в ходе заседания правительства.

    “Параллельно с нашими мирными инициативами мы усиливаем сотрудничество с партнерами, потому что только сильная коалиция способна обеспечить нашу победу. Украина подписала уже 20 соглашений о безопасности с союзниками, в том числе с ЕС и США”, – отметил он.

    Шмыгаль добавил, что заключение соглашений о безопасности – это уникальная история, которая открывает для Украины новые возможности для сотрудничества в оборонной сфере и дает основу для будущей безопасности в мирное время.

    “Согласно этим соглашениям, в следующие четыре года наши партнеры планируют оказывать Украине общую военную поддержку на 60 млрд долларов ежегодно”, – сказал премьер-министр.

  • Ukrayna hər il 60 milyard dollar hərbi dəstək alacaq

    Ukrayna artıq tərəfdaş ölkələrlə 20 təhlükəsizlik sazişi imzalayıb. Bu müqavilələrə əsasən, ölkə hər il hərbi dəstək olaraq 60 milyard ABŞ dolları alacaq.

    Median.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal hökumətin iclasında deyib.

    “Sülh təşəbbüslərimizlə paralel olaraq biz tərəfdaşlarla əməkdaşlığı möhkəmləndiririk, çünki qələbəmizi yalnız güclü koalisiya təmin edə bilər. Ukrayna artıq Avropa İttifaqı və ABŞ də daxil olmaqla müttəfiqləri ilə 20 təhlükəsizlik sazişi imzalayıb”, – o bildirib.

    D.Şmıqal əlavə edib ki, təhlükəsizlik sazişlərinin imzalanması Ukrayna üçün müdafiə sektorunda əməkdaşlıq üçün yeni imkanlar açan və sülh dövründə gələcək təhlükəsizliyin əsasını təşkil edən unikal hekayədir: “Bu razılaşmalara əsasən, növbəti dörd il ərzində tərəfdaşlarımız Ukraynaya hər il 60 milyard dollarlıq ümumi hərbi dəstək verməyi planlaşdırırlar”.