Month: June 2024

  • В Азербайджане более 10 тыс. водителей получили разрешение на деятельность такси

    В Азербайджане число водителей, получивших разрешение на деятельность такси (“пропускное удостоверение” и “пропускную карту”), составило 10 040.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    “Число прошедших тренинги водителей составило 24 482 человека”, – говорится в сообщении.

    Напомним, что 28 марта текущего года Кабинет министров утвердил “Требования к техническим параметрам, внутреннему и внешнему виду транспортных средств, используемых в регулярных и таксомоторных пассажирских перевозках”, согласно которым в Азербайджане с первого июля запрещено предоставлять услуги такси на автомобилях старше 15 лет. Помимо этого, автомобили такси должны быть белого или красного цвета, а водители должны получить разрешение на деятельность такси.

  • Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 10 mini keçib

    Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 10 040-a çatıb.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

    “Təlim keçən sürücülərin sayı isə 24 482 olub”, – deyə agentlik bəyan edib.

    Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

  • Şəhid qardaşı: Vətən uğrunda canından keçdiyinə görə onunla fəxr edirəm

    Vətən və xalq uğrunda canından keçən qardaşımla fəxr edirəm.

    Bunu “Report”un Qərb bürosuna açıqlamasında Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, bu gün Şəmkirin Mehrili kənd qəbiristanlığında dəfn edilən şəhid Əhliman Vahid oğlu Əsgərovun qardaşı İsmixan Əsgərov deyib.

    O, vətən və xalq uğrunda canından keçən qardaşı ilə qürur duyduğunu, məzarının yerinin məlum olması ilə 32 illik həsrətin də sona çatdığını vurğulayıb.

    “Müharibə zamanı onun Ağdərədə Çıldıran uğrunda gedən döyüşlərdə şəhid olduğunu bilirdik. Həmin vaxtlarda rəhmətlik atam o istiqamətdə şəhid olanların nəşlərinə baxmağa getmişdi. Lakin tanınmaz olan nəşrlərin içərisində qardaşımı da tanıya bilməmişdi. Sonradan o, naməlum şəhid kimi dəfn olunub. Biz illərlə onun məzarının yerini öyrənə bilmədik. Bir müddət əvvəl dövlətimiz tərəfindən naməlum şəhidlərimizin kimliyinin tapılması üçün analizlər götürüldü. Şükür, bu günlərdə məlum oldu ki, qardaşım Bakıda, Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərimizdən biridir. Bu gün onun nəşinin qalıqlarını gətirib öz kəndimizdə dəfn etdik. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu gün dəfndə iştirak edən rayon rəhbərinə, camaata da çox sağolun deyirəm”, – şəhid qardaşı bildirib.

    Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

  • Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb

    İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.

    Median.Az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi “Bakı Beton Konstruksiyaları” MMC-nin ilkin satış qiyməti 7 milyon 609 min 376 manat təşkil edir. Müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

    Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.

    Dövlət Xidməti iyulun 9-da keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.

    Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

    İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

  • Xorvatiya millisinin baş məşqçisi Səudiyyə Ərəbistanı klubundan 20 milyonluq təklif alıb

    Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan təklif alıb.

    “Report” “Večernji list”ə istinadən xəbər verir ki, mütəxəssisə illik 20 milyon avro təklif olunub.

    Ancaq tərəflər hələlik danışıqlara başlamayıb. “Əl-İttihad” klubu mövsüm ərzində 24 milyon dollar qazanan hazırkı baş məşqçi Marselo Qalyardo ilə müqaviləni ləğv edəcək.

    Qeyd edək ki, Z.Daliçin rəhbərlik etdiyi Xorvatiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəni dayandırıb. Buna baxmayaraq, məşqçi 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər vəzifəsində qalmaqda qərarlıdır. Xorvatiya Futbol Federasiyasının prezidenti Maryan Kustiç də Z.Daliçlə razılığa gəldiklərini təsdiqləyib.

  • Abşeronda qətl törətməkdə şübhəli bilinən Pakistan vətəndaşının cinayət işinin istintaqı tamamlanıb

    Abşeron rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən Pakistan vətəndaşının cinayət işinin istintaqı tamamlanıb.

    Bu barədə “Report”a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, istintaqla Pakistan vətəndaşı 2001-ci il təvəllüdlü Shabbir Asad Ahmad Shabbirin Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək həmvətənliləri Mehmood Shawaiz Ahmad Mehmoodu qəsdən öldürməsi, Raza Muhammad Ahmad Khan Muhammad Amir Qadeeri isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Shabbir Asad Ahmad Shabbirə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İstintaqı tamamlanan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Rusiya millisinin baş məşqçisinin müqavilə müddəti uzadılıb

    Rusiya millisinin baş məşqçisi Valeri Karpinin müqavilə müddəti uzadılıb.

    55 yaşlı mütəxəssislə 4 illik sözləşmə imzalanıb.

    Qeyd edək ki, V.Karpin 2021-ci ildən Rusiya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 18 oyunun 11-də qələbə qazanıb, 6-da heç-heçə edib, 1 dəfə isə məğlub olub.

  • В Азербайджане воздух прогреется до 32 градусов

    29 июня в Баку и на Абшеронском полуострове пройдет преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В первой половине дня в некоторых частях полуострова возможны кратковременные дожди. Будет преобладать северо-западный ветер, который днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 20-24°, днем – 26-30° тепла. Атмосферное давление – 757 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 65-75%, днем – 40-45%.

    В районах Азербайджана местами ожидаются дожди, в горных и предгорных районах ливневого характера, не исключаются грозы, град и туман. Будет преобладать временами усиливающийся восточный ветер.

    Температура воздуха ночью составит 19-23°, днем – 27-32° тепла, в горах ночью 8-13°, днем – 13-17° тепла.

  • Şənbə günü 32 dərəcə isti olacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.

  • Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

    Baş Prokurorluq əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallarla bağlı məlumat yayıb.

    Məlumatda deyilir ki, qanunvericiliyə əsasən, işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsi ilə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) müəyyən edilmiş əsaslarla bu şəxslərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır:

    – hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

    – yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

    – əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

    – işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

    – həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

    – öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;

    – məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin .

    Sadalananlar əmək müqaviləsinin müəssisənin ləğv edilməsi və müddətli əmək müqaviləsinə xitam verilməsinə dair qanunla müəyyən edilən hallara aid edilmir.

    Bundan başqa, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

    Qeyd olunub ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

    a) müəssisə ləğv edildikdə;

    b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

    c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

    ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

    d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

    e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.