Month: June 2024

  • Gömrükdə müsadirə olunan maşınlar 50 manatdan başlayan qiymətlə satışa çıxarılır – Siyahı

    29 iyul 2024-cü il tarixində saat 11:30-da gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vastələrinin siyahısı açıqlanıb.

    Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

    Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00). Əmlaklar “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.

    Sıra sayı Kateqoriya Əlaqəli şəxs Ümumi sayı (ədəd) Start qiyməti (manatla) 5% beh (manatla) İştirak haqqı 0,5% (manatla)
    1 Dövlət mülkiyyətinə keçirilmiş avtomobillər Əsədov İdrak 0552997673 18 10500 525.00 52.5
    Sıra sayı Kateqoriya Start qiyməti (manatla)
    1 Fiat Tempra  minik  Rəngi: Yaşıl , Sedan  İli:1995   Şassi: 603969 100.0
    2 Fiat Tempra  minik  Rəngi:Bardo metal, Sedan   İli:1996   Şassi: 06070399 100.0
    3 Fiat Tempra  minik Rəngi: Yaşıl ,Sedan   İli:1995   Şassi: 06065633 100.0
    4 Fiat Tempra  minik Rəngi: Gümüşü  ,Sedan   İli:1996   Şassi: 06070481 100.0
    5 Volkswagen Passat minik  Rəngi: Yaşıl/met ,Sedan   İli:1998   Şassi:WVWZZZ3BZXP210062  Dəmir kassasının iki parçası var 50.0
    6 Tofaş Kartal minik rəngi və tipi: Yaşıl, Sedan buraxılış ili:1996  mühərrik nömrəsi;6340525 Şassi nömrəsi: 01096508 100.0
    7 Fiat Tempra minik rəngi və tipi: Violet, Sedan buraxılış ili: 1995  mühərrik nömrəsi;  6244937   Şassi nömrəsi:  6066049 100.0
    8 Hyundai Gallopper minik rəngi və tipi: Universal  buraxılış ili: 1997 mühərrik nömrəsi; T158083   Şassi nömrəsi:  KMXKPL1JPVU 176866 150.0
    9 Volkswagen Passat minik RəngiYaşıl /met, Sedan   İli:1995  Şassi;WVWZZZ3BZXP203688 200
    10 Fiat Tempra  minik Rəngi: T. qırmızı , Sedan  İli:1996   Şassi:  6074237 100
    11 Jeep Grand Cherokee minik rəngi və tipi:Tünd yaşıl, perla cip buraxılış ili:1997  Şassi nömrəsi:1J4GZB8Y6-VY535816 200
    12 Mitsubishi Pajero minik rəngi və tipi: Yaşıl, Universal buraxılış ili:1996   mühərrik nömrəsi; 9041 Şassi nömrəsi: DHNV360TJ00319 500
    13 Fiat Tempra minik rəngi və tipi: Yaşıl, Sedan buraxılış ili: 1996  mühərrik nömrəsi; 6295890   Şassi nömrəsi:   6070183 100
    14 Daewoo Espero minik rəngi və tipi: T.qırmızı,  Sedan buraxılış ili:1996  mühərrik nömrəsi; C20LE25 183550   Şassi nömrəsi: KLAJF19W1TB458653 200
    15 Jeep Grand Cherokee minik rəngi və tipi: Yaşıl/met., Universal Buraxılış ili: 1998  ADR476598  Şassi nömrəsi: 1J4GZB842-WY102544 200
    16 Mitsubishi Pajero minik rəngi və tipi: Göy, Universal  Universal Buraxılış ili: 1995  94922  Şassi nömrəsi: DONV450SY00312 200
    17 Qoşqu, ili 2003, model 0-3-39 01, ban/şassi YB4A00S3390311955 7500
    18 Lada priora, Vaz 21703, ağ rəngli 500

    //banker.az

  • Azərbaycanda xırdabuynuzlu heyvanların dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

    Azərbaycanda xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı iyulun 2-4-də beynəlxalq tədbir keçiriləcək.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, beynəlxalq tədbirin məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHS) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə tərtib etdiyi strategiya əsasında Regional Məsləhət Qrupunun texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

    Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

    Tədbir çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulur. Assosiativ simulyasiya təlimlərinin keçirilməsi epizootik böhran vəziyyətlərinə Azərbaycanın hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin region ölkələrinə çatdırılması məqsədini daşıyır. Simulyasiyanın konsepsiyasına uyğun olaraq tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələrin və planlaşdırmanın aparılması, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinqin keçirilməsi və götürülmüş diaqnostik nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarda analiz olunması daxildir. Səyyar laboratoriyalar İnstitut tərəfindən simulyasiya keçiriləcək ərazidə quraşdırılacaq. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə ediləcək. Simulyasiya təlimlərində Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcək.

  • Еще два азербайджанских боксера вышли в полуфинал первенства Европы

    Еще два азербайджанских боксера вышли в полуфинал проходящего в столице Боснии и Герцеговины Сараево первенства Европы.

    Как сообщили Report в Федерации бокса Азербайджана, Нихат Гасымов (48 кг) в поединке с Майклом О’Рейли (Ирландия) одержал победу со счетом 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

    Сафтер Мамедзаде (80 кг) также вышел в полуфинал, победив Богдана Бажерти (Польша). Из-за полученной травмы, в третьем раунде врачи не позволили польскому боксеру продолжать матч, и победу присудили Мамедзаде.

    Оба азербайджанских боксера обеспечили себе бронзовые медали.

    Ранее в полуфинал вышли также Айлин Назарова (48 кг) и Амина Таги (52 кг). Полуфинальные поединки пройдут сегодня.

  • Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib

    Azərbaycanın daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

    Federasiyada “Report”a verilən məlumata görə, 48 kq çəki dərəcəsində Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb.

    O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

    Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.

    Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı təmin ediblər.

    Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.

  • В парламенте Грузии будет действовать желтый уровень безопасности

    В здании парламента Грузии сегодня будет введен желтый уровень безопасности – вход в здание парламента для посетителей будет ограничен.

    Об этом говорится в заявлении парламента в связи с дополнительными мерами безопасности.

    На запланированные парламентские мероприятия (в том числе комитетские и пленарные заседания) будут допущены только лица, приглашенные соответствующими структурными единицами.

    До окончания парламентских мероприятий в здании будет допущено не более трех аккредитованных групп телевещателей/телемедиа от каждой телекомпании.

    “Целью данного мероприятия является обеспечение рабочей и безопасной среды в здании парламента Грузии”, – говорится в заявлении законодательного органа.

  • Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçib

    Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçib.

    Bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

    Məlumata görə, sarı təhlükəsizlik səviyyəsi o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup binaya daxil ola biləcək.

    Qeyd edək ki, bu gün plenar iclasda baş nazir İrakli Kobaxidze illik hesabatı təqdim edəcək.
    //report

  • В Атлантическом океане задержали колумбийских контрабандистов

    Власти Испании заявили о задержании в Атлантике экипажа так называемой “нарко-субмарины”.

    Об этом сообщает Euronews.

    Сообщается, что в 450-ти километрах от Кадиса контрабандистов выследил корабль Службы таможенного надзора Налогового агентства Испании.

    Как только он приблизился к лодке, команда открыла донные клапаны и затопила судно вместе с грузом, говорится в сообщении.

    По данным местных властей, были задержаны четыре члена экипажа колумбийской субмарины.

    Операция по розыску и поимке предполагаемых преступников началась после того, как Управление по борьбе с наркотиками США предоставило информацию о возможной перевозке партии наркотиков.

  • Atlantik okeanında kustar sualtı qayıqdan istifadə edən kolumbiyalı qaçaqmalçılar saxlanılıb

    İspaniya Atlantik okeanında “narko-sualtı qayıq” adı verilən gəminin ekipajının saxlanıldığını elan edib.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Bildirilib ki, Kadisdən 450 kilometr aralıda qaçaqmalçılar İspaniya Vergilər Agentliyinin Gömrük Nəzarəti Xidmətinin gəmisi tərəfindən təqibə alınıb.

    Məlumata görə, o, qayığa yaxınlaşan kimi ekipaj alt klapanları açıb və gəmini yükü ilə birlikdə batırıb.

    Qeyd olunub ki, kolumbiyamənşəli sualtı qayığın dörd ekipaj üzvü saxlanılıb.

  • Завтра ЦИК начнет процесс внеочередных парламентских выборов

    Центральная избирательная комиссия (ЦИК) Азербайджана завтра начнет процесс внеочередных парламентских выборов.

    На завтрашнем заседании ЦИК будет утвержден “Календарный план основных действий и мероприятий по подготовке и проведению внеочередных выборов в Милли Меджлис Азербайджанской Республики”.

    На заседании также будут сформированы рабочие и экспертные группы.

    Напомним, VI созыв Милли Меджлиса Азербайджана сегодня завершил свою работу.

    Сегодня президент Азербайджана Ильхам Алиев подписал распоряжение о роспуске Милли Меджлиса VI созыва и назначении внеочередных парламентских выборов. Согласно распоряжению главы государства, выборы пройдут 1 сентября 2024 года.
    //report

  • MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək

    Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri prosesinə start verəcək.

    Bununla bağlı MSK-nın iyunun 29-da iclası keçiriləcək.

    İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək.

    Toplantıda həmçinin işçi və ekspert qrupları yaradılacaq.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

    Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

    Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

    İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

    Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
    //report