Month: June 2024

  • Bu ölkələr müharibə xəbərdarlığı etdi – Livana səfər etməyin

    İsrailin Qəzzaya hücumları davam edərkən, bölgədə ikinci cəbhə açılmaq üzrədir.

    İsrail və “Hizbullah” təşkilatı arasında gərginlik artdıqca, Qərb ölkələrindən “Livanı tərk edin” çağırışları artır.

    Artıq Kanada, ABŞ, Rusiya, Almaniya, Hollandiya və İrlandiya hökumətləri öz vətəndaşlarına Livana səyahət etməməyi və bu ölkədə olanlardan isə dərhal tərk etmələrini istəyib.

    Rusiyanın Beyrutdakı səfiri Aleksandr Rudakov “Rossiya 24” televiziyasına açıqlamada Rusiya vətəndaşlarının mümkün olduğu təqdirdə Livana səfərlərini təxirə salmalarını istəyib. Şimali Makedoniya və Küveyt müraiətlər edib.
    BMT-dən də yeni müharibə ilə bağlı xəbərdarlıq gəlib. BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths xəbərdarlıq edib ki, İsrail və Hizbullah arasında müharibə yayılarsa, bu, bölgədə “fitilli bomba” effekti yarada bilər.

  • Qarpızı soyuducuda belə saxlamayın – Xəbərdarlıq

    Bir çoxumuz qarpızı soyuducuda saxlayırıq.

    Lakin, mütəxəssislər bunun yanlış olduğunu bildirir, xəbərdarlıq edirlər.

    Median.Az təqdim edir:

    Qarpız bostanda qoparıldıqdan sonra sürətlə yetişmə prosesini davam etdirir, eyni zamanda bu prosesdə antioksidanlarını artırır.

    Ancaq qarpızın birdən soyuq bir mühitə qoyulması bu inkişaf prosesinə mənfi təsir göstərə bilər. Soyuducu temperaturu qarpızın tərkibindəki qida maddələrinin azalmasına və təravətini itirməsinə səbəb olur.


    Bəs qarpız necə saxlanmalıdır?

    Əgər qarpızı dərhal yeməyi planlaşdırmırsınızsa, mütəxəssislər onu kəsilməmiş halda soyuducuya qoymamağınızı tövsiyə edir.

    Mütəxəssislər qarpızı soyuducuya qoymazdan əvvəl onun xarici səthinin yaxşıca yuyulmasının vacibliyini vurğulayırlar.

    Bu addım qarpızın qabığındakı kir, mikrob və bakteriyaları təmizləyərək daha sağlam qidanı təmin edir.

    //bakupost.az

  • Geomaqnit qasırğası gözlənilir – Bu tarixdə

     Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
    Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub: “Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır”.

    Vurğulanıb ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq: “Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək”.

  • ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

    “ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O”Brayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

    Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.

    Qeyd edək ki, NATO-nun Vaşinqton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.

  • Bölgələrdə əhaliyə XƏBƏRDARLIQ edildi

    İyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

    Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

    “Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.

  • Albaniya ilə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi TƏSDİQLƏNDİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

    Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının energetika naziri

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

    Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

    Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

  • Ceyms O’Brayn: Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır

    Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.

    Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

    “Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, – o vurğulayıb.

  • Prezident xüsusi təhsillə bağlı qanunda dəyişiklik etdi

    “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi ilə bağlı yarımbənd ləğv edilib.

    Bundan başqa, dövlət başçısı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

  • Bakının iki rayonunda işıq olmayacaq

    Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir. Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

  • Агдамский центр мугама будет сдан в эксплуатацию в октябре

    Агдамский центр мугама будет сдан в эксплуатацию во второй половине октября этого года.

    Об этом Report заявил специальный представитель Президента в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов.

    Он подчеркнул, что крупномасштабные работы проводятся быстрыми темпами в городе и в близлежащих селах, как в рамках внутренних инфраструктурных проектов, так и в направлении строительства социальных объектов, сохранения нашего культурного наследия.