Month: June 2024

  • МОК не допустит власти Афганистана на Олимпиаду в Париже

    Международный олимпийский комитет (МОК) не допустит представителей временного правительства Афганистана, сформированного движением “Талибан” на Олимпийские игры 2024 года в Париже.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил официальный представитель МОК Марк Адамс.

    “Властям Афганистана, “Талибану”, не будет места на Олимпиаде в Париже”, – сказал Адамс.

    Напомним, что Олимпийские игры в Париже пройдут с 26 июля по 11 августа.

  • “Taliban”ın nümayəndələri Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılmayacaq

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) Əfqanıstanın “Taliban” hərəkatının yaratdığı müvəqqəti hökumətin nümayəndələrini 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxmayacaq.

    Bunu BOK-un rəsmi nümayəndəsi Mark Adams bildirib.

    “Əfqan hökumətinin, “Taliban”ın Paris Olimpiadasında yeri olmayacaq”, – Adams deyib.

    Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

  • На вооружение румынской армии поступила первая партия турецких БПЛА Bayraktar TB2

    На вооружение сухопутных сил румынской армии поступили первые БПЛА Bayraktar TB2 турецкого производства.

    Об этом сообщила пресс-служба Минобороны Румынии.

    “В начале августа 2022 года Минобороны запросило одобрение парламента на закупку для румынских сухопутных сил трех систем БПЛА Bayraktar TB2 по шесть беспилотников в каждой системе на общую сумму примерно $321 млн, включая боеприпасы, первоначальную логистическую поддержку и оборудование для обучения и тренировок”, – указывается в сообщении.

    В конце этого или начале будущего месяца румынские военные смогут провести первые пробные полеты.

    Контракт о закупке со сроком поставок в июне 2024 года, сентябре 2024 и январе 2025 года был подписан в апреле 2023 года. В феврале – июне этого года первая группа румынского навигационного персонала прошла подготовку в Турции одновременно с испытаниями и приемкой технического оборудования на заводе-изготовителе.

  • “Bayraktar TB2” PUA-ları Rumıniya ordusunun arsenalına daxil edilib

    Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları Rumıniya Quru Qoşunlarının arsenalına daxil edilib.

    “Report” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, ümumi dəyəri təxminən 321 milyon ABŞ dolları olan üç sistemin hər birində altı PUA olacaq. Bu ayın sonu və ya gələn ayın əvvəlində Rumıniya hərbçiləri ilk sınaq uçuşları həyata keçirə biləcəklər.

    Müqavilə ötən il imzalansa da, PUA-lar 2024-cü ilin iyunu, 2024-cü ilin sentyabrı və 2025-ci ilin yanvarında Rumıniyaya çatdırılacaq.

    Bu ilin fevral-iyun aylarında Rumıniya naviqasiya personalının birinci qrupu istehsalat zavodunda texniki avadanlıqların idarə edilməsi üçün Türkiyədə təlim keçib.

  • Azərbaycanda tələbə HƏBS EDİLDİ

    Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.

    Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.

    Bildirilib ki, Kamil Cəfərov kafe sahibi olub və hadisə də kafedə baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.

    Məhkəmənin hökmü ilə S.Hüseynova 17 il həbs cəzası verilib.

  • Министр назначил ученого на высокую должность – ФОТО

    В медицинском центре МЧС произведено назначение.

    Как сообщает Qaynarinfo, соответствующим приказом министра по чрезвычайным ситуациям генерал-полковника Кямаледдина Гейдарова Ульви Мирзоев назначен начальником медцентра.

    Отметим, что У.Мирзоев родился 11 августа 1976 года в Баку. С 2017 года являлся начальником кардиологического отделения Центрального таможенного госпиталя, с 2018 года – генеральным директором Центральной больницы Нефтчиляр. Его супругой является азербайджанская ученая, дерматолог Лейла Мирзоева.

    Ульви Мирзоев – азербайджанский ученый, инвазивный кардиолог, председатель Азербайджанского кардиологического общества, сопредседатель I тюркского Государственного кардиологического съезда.

    Напомним, что после увольнения в сентябре прошлого года начальника Медицинского центра МЧС полковника Ханым Софиевой ее обязанности исполняла полковник-лейтенант Вафа Дадашова, которая в настоящее время является начальником медицинской службы МЧС.

  • Nazir azərbaycanlı alimin həyat yoldaşına yüksək vəzifə verdi – FOTO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə rəis təyin edilib.

    “Qaynarinfo”nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ülvi Əhəd oğlu Mirzoyev təyin edilib.

    Qeyd edək ki, Ülvi Mirzoyev 11 avqust 1976-cı ildə Bakıda anadan olub. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisi, 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olub. Azərbaycan alimi, dermatoloq Leyla Mirzoyevanın həyat yoldaşıdır.

    Ülvi Mirzoyev Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədridir.

    Xatırladaq ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra bu vəzifəni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi olan polkovnik-leytenant Vəfa Dadaşova icra edirdi.

  • Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalırlar – DİN xəbərdarlıq edir

    Vətəndaşlara yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı kütləvi zənglər edilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbərdarlıq yayıb.

    Qeyd olunur ki, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən, əsasən, ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.

    Bunları nəzərə alaraq, DİN-dən diqqətə çatdırılıb ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.

  • “Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

    Median.Az-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurum 15-19 iyun tarixlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

    Əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

    Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər.

    Əlavə olaraq qeyd edilibki, “ASAN Kommunal” mərkəzləri iyunun 18-də tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə zəng edərək və ya 077 3 104 104 “Whatsapp” nömrəsinə yazaraq məlumat versinlər.

  • I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35966 abituriyentdən (I qrup üzrə 30058 nəfər, IV qrup üzrə 5908 nəfər) 1871 nəfər (I qrup üzrə 1707 nəfər, IV qrup üzrə 164_ nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 11 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
    Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

    Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

    • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
    Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

    Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.