Month: June 2024

  • Bir sıra rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

    İyunun 15-16-sı gündüz saatlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Ermənistan hərbçisinin meyiti aşkarlandı

    Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Qurqeniç Qasparyanın güllə yarası almış meyiti aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

    Məlumata görə, hadisənin səbəb və şəraiti araşdırılır.

  • Tofiq Yaqublu və Elnur Məmmədovun məhkəməsi başlayıb

    Milli Şuranın üzvü Tofiq Yaqublu və Elnur Məmmədovun məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında onların anket məlumatları dəqiqləşdirilib.

    Müdafiə tərəfi onun şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturması və növbəti iclasın böyük zalda keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatət qismən təmin edilib.

    T.Yaqublunun digər vəkili Aqil Layıc Tofiq Yaqublu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, təmin edilmədikdə isə onun barəsindəki həbs qətimkan təbirinin həbslə olmayan alternativ qətimkan tədbiri ilə əvəzedilməsini istəyib.

    Daha sonra prokuror Tural Yaqubov prosesin məhkəmə baxışına verilməsini təklif edib.

    Məhkəmə heyəti prosesin baxışa verilməsi barədə qərar qəbul edib.

    Məhkəmənin ilk baxış iclası iyunun 21-nə toyin olunub.

    Qeyd edək ki, T.Yaqublu ötən ilin dekabr ayının 14-ü saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.
    //report

  • Ermənistan XİN Belarusa nota VERDİ

    Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarusa etiraz notası göndərib.
     
    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

  • Bakı metrosunda hərəkət qrafiki dəyişir

    Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

    “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.

    Hər iş günü qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.

    İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

    Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.

    Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

    Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
    Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.

    Xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər.

    İyunun 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.

    Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.

  • Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

    Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda – Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

  • İrandan Azərbaycana 28 kq narkotik keçirilməsinin qarşısı alındı

    Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Məlumata görə, iyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bilgəhdə dənizdə uşaq batıb: FHN axtarışa başladı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə bir nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Детали ареста сына полковника Салеха Кялянтарова

    Появились подробности уголовного дела, возбужденного в отношении сына начальника инспекционного управления Сухопутных войск Министерства обороны, полковника Салеха Кялянтарова Рашида.

    Как передает Qafqazinfo, следствием было установлено, что Р.Кялянтаров, будучи в звании капитана, злоупотребляя своим авторитетом и связями, за определение места службы военнослужащих и решение других вопросов получил взятку в размере 11 000 манатов. 5 000 манатов из этой суммы он присвоил путем мошенничества.

    Р.Кялянтаров был привлечен к следствию несколько месяцев назад. Недавно ему предъявили повторное обвинение по статьям о взяточничестве и мошенничестве, а вчера в его отношении была избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

    Расследование по делу продолжается.

    По другой информации, отношение арестованного к службе было негативным. Его несколько раз наказывали за неподобающее поведение на службе. В настоящее время ему также объявлено дисциплинарное взыскание.

    Кроме того, ранее появилась информация об освобождении от должности отца Р.Кялянтарова, однако стало известно, что он продолжает свою службу.

  • Kələntərovun zabit oğlunun həbsinin DETALLARI

    Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun hərbçi oğlu Rəşid Kələntərov həbs edilib.

    “Qafqazinfo” R.Kələntərovun cinayət işinin detallarını əldə edib.

    İstintaqla ilkin olaraq müəyyən edilib ki, “kapitan” rütbəsi ilə xidmət etmiş Rəşid Kələntərov nüfuzundan və yaxşı əlaqələrindən sui-istifadə edərək hərbi qulluqçuların birdəfəlik xidmət yerinin müəyyən edilməsi və digər məsələlərin həlli üçün ümumilikdə 11 min manat rüşvət alıb. Həmin məbləğin 5 min manatını isə dələduzluq yolu ilə ələ keçirib.

    Kələntərov bir neçə ay əvvəl istintaqa cəlb edilib. Bu yaxınlarda ona rüşvət alma və dələduzluq maddələri ilə təkrar ittiham elan edilib, ötən gün isə Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    İş üzrə istintaq davam edir. İstintaq müddətində ilkin ittihamın həcmi azaldıla və ya genişləndirilə bilər.

    R.Kələntərov haqda əldə etdiyimiz başqa bir məlumata görə, onun xidmətə qarşı münasibəti mənfi olub. Xidmətdə yol verdiyi intizamsızlığa görə bir neçə dəfə cəzalandırılıb. Hazırda da üzərində intizam cəzası var.

    Onu da qeyd edək ki, ilkin məlumatda R.Kələntərovun atası Saleh Kələntərovun vəzifəsindən azad edildiyi bildirilsə də, onun hazırda xidmətini davam etdirdiyi məlum olub.