Month: June 2024

  • Xidmətlərin göstərilməsinə görə ƏDV-dən azad olunan qurumların siyahısında dəyişiklik edildi

    “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Regional Su Meliorasiya Xidməti və Dövlət İmtahan Mərkəzi siyahıya daxil edilib.

  • Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub

    Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 25-ə təyin edilib.

    Qeyd edək ki, Əhməd Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib.

    İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Президент Ильхам Алиев поздравил азербайджанский народ с Гурбан байрамы

    Президент Азербайджана Ильхам Алиев поздравил азербайджанский народ с праздником Гурбан.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемые соотечественники!

    Сердечно поздравляю вас и всех наших соотечественников, проживающих в разных уголках мира, со священным Гурбан байрамы, передаю вам наилучшие пожелания.

    В Гурбан байрамы, который является олицетворением духовной солидарности мусульман мира, верующие получают возможность продемонстрировать свою готовность на любую самоотверженность во имя Аллаха и религии, испытывают радость близости ко Всевышнему.

    Ислам является важным этапом в формировании мировоззрения и национально-культурном развитии азербайджанского народа, внесшего неоценимый вклад в человеческую культуру и сокровищницу научно-философской мысли. Неоспорима роль прогрессивных исламских ценностей в формировании основанной на взаимном уважении и доверии образцовой среды сосуществования и сохранении до наших дней этнокультурного разнообразия в нашей стране, где дружной семьей живут представители разных народов и религий.

    Религиозные праздники, в том числе церемонии жертвоприношения, становятся торжеством национально-духовного единства, добра и милосердия в нашем обществе. В эти благословенные праздничные дни во всех уголках нашей страны проводятся широкие благотворительные акции и мероприятия по оказанию социальной помощи, с уважением почитается бессмертная память наших шехидов.

    Дорогие сестры и братья!

    С пожеланиями того, чтобы Всевышний принял ваши молитвы и жертвоприношения во имя процветания и спокойствия нашего народа, еще раз передаю каждому из вас искренние поздравления, желаю вашим семьям благополучия, вашим домам – достатка.

    С Гурбан байрамы!”.

  • İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

    Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

    Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

    Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.

    Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

    Əziz bacı və qardaşlarım!

    Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

    Qurban bayramınız mübarək olsun!”

  • Naxçıvanda əsgər ölümü ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb – RƏSMİ

    Naxçıvanda hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    “Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq”, – məlumatda bildirilib.

  • İlham Əliyev iki ölkə ilə vacib sənədləri təsdiqlədi

    “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Sənəd 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanıb.

    Həmçinin, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiqlənib.

    Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.

    Dövlət başçısının digər fərmanı ilə, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilib.

    Eyni zamanda, Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərmanı da imzalayıb.

    “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” də təsdiqlənib. Dövlət başçısı bununla bağlı müvafiq fərmanı imzalayıb.

    Qırğız Respublikası ilə sənədlər 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.

  • Vilyam Hacıyevin cəzası azaldılıb

    İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayətinə baxılıb.

    “Report” xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası azaldılaraq 8 il 6 ay təyin edilib.

    Xatırladaq ki, V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.

    Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

  • Bakıda iki yaşlı körpə xəstəxanada ölüb

    Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

    TƏBİB-dən cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

    Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

    “Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30 radələrində posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb”, – məlumatda vurğulanıb.

  • Sabahdan bayram tətili başlayır

    Sabahdan Azərbaycanda bayram tətili başlayır.

    15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləridir.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

    Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

    Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

  • Mingəçevirdə silahlı şəxs saxlanılıb – FOTO

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

    Ü.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.