Month: June 2024

  • Милли Меджлис адресовал поздравительное письмо Ильхаму Алиеву и Мехрибан Алиевой

    Милли Меджлис адресовал поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву и Первому вице-президенту Мехрибан Алиевой по случаю 15 Июня – Дня национального спасения и Гурбан байрамы.

    Как сообщает Report, спикер парламента Сахиба Гафарова выступила с данным предложением на сегодняшнем заседании внеочередной сессии парламента.

    Депутаты поддержали предложение аплодисментами.

  • Milli Məclisin adından İlham Əliyevə və Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb

    Milli Məclis 15 iyun – Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    “Report” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxış edib.

    Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

  • TƏBİB о состоянии пострадавших в результате поломки лифта в Баку

    Семеро пострадавших в результате поломки лифта в жилом комплексе Şərur MTK, расположенном недалеко от станции метро “Ази Асланов” на улице Худу Мамедова в Баку, были госпитализированы в Сабунчинский медицинский центр, и еще один – в Клинический медцентр (КМЦ).

    Об этом в ответ на запрос oxu.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “13 июня в 22:00 в жилом здании в Хатаинском районе в результате поломки лифта пострадали 8 человек (5 женщин и 3 мужчины). Семи пострадавшим, госпитализированным в Сабунчинский медцентр с диагнозом “ушибы различных частей тела”, была оказана необходимая медпомощь.

    Граждане, состояние которых оценивалось как стабильное, по собственному желанию были выписаны на амбулаторное лечение. Пострадавшему, госпитализированному в КМЦ, также была оказана первая медпомощь и проведены необходимые обследования. Пациент был госпитализирован в другое медицинское учреждение для проведения дополнительных обследований”.

  • Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI

    Bakıda metronun “Həsi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur” MTK yaşayış kompleksində liftin qırılması nəticəsində xəsarət alanlardan yeddi nəfəri Sabunçu Tibb Mərkəzinə, bir nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    Qeyd edilib ki, 13.06.2024-cü il tarixində saat 22:00-da Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. “Sabunçu Tibb Mərkəzinə yerləşdirilən, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin edilən 7 nəfərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə isə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Vətəndaş əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub.

  • В Баку обнаружено тело сына турецкого бизнесмена (Обновлено)

    В квартире в Баку обнаружено тело гражданина Турции Серкана Сокмена (1984 г.р.), сообщает Qafqazinfo.

    По информации, следов насилия на теле обнаружено не было. Согласно предварительной версии, мужчина скончался от сердечного приступа.

    Сообщается, что С.Сокмен занимался ресторанным бизнесом. Его отец, Харун Сокмен, является одним из известных бизнесменов в Кыркларели, Турция.

    * * * * *

    В Хатаинском районе Баку обнаружено тело гражданина Турции Сокмена Серкана (1984 г.р.), сообщает АПА.

    Согласно данным, труп был найден в съемной квартире, расположенной в доме на улице Рамиза Гулиева.

    По данному факту проводится расследование.

  • Türkiyəli biznesmenin oğlunun Bakıda meyiti tapıldı (Yenilənib)

    Bakıda mənzildən meyit tapılıb.

    “Qafqazinfo” xəbər verir ki, meyitin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyələnşib.

    S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.

    Meyit üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, S.Sökmen ürəktutmasından dünyasını dəyişib.

    Bildirilir ki, vəfat edən şəxs restoran biznesi ilə məşğul olub.

    Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.

    * * * * *

    Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.

    APA xəbər verir ki, 1984-cü il təvəllüdlü Sökmen Serkanın meyiti kirayə yaşadığı Xətai rayonu, Ramiz Quliyev 69, mənzil 20 ünvanında aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Суд смягчил наказание мужчине, убившему своего тестя

    В Ширванском апелляционном суде завершилось судебное разбирательство по апелляционной жалобе на приговор в отношении Эльшана Шабиева (1991 г.р.), жестоко убившего своего тестя на территории села Насими Билясуварского района.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Габиля Бахманова было зачитано решение, согласно которому апелляционная жалоба была частично удовлетворена, и приговор Лянкяранского суда по тяжким преступлениям о лишении свободы сроком на 18 лет 9 месяцев изменен.

    Положения о назначении наказания обвиняемому по статье 133.1 (истязание) Уголовного кодекса Азербайджанской Республики (УК АР) были исключены, и срок наказания сокращен до 17 лет 9 месяцев.

    Напомним, что Э.Шабиев обвинялся по статьям 120.2.2, 120.2.4 (умышленное убийство, совершенное из хулиганских побуждений; совершенное с особой жестокостью или общеопасным способом), 133.1, 134 (угроза убийством или причинением тяжкого вреда здоровью) и 221.2.2 (хулиганство, связанное с сопротивлением представителю власти) УК АР за убийство Азада Алмасова (1969 г.р.).

    В ходе расследования выяснилось, что в 2016 году Э.Шабиев женился на дочери А.Алмасова. С 2017 года он регулярно жестоко истязал женщину по разным предлогам в их доме. Эльшан неоднократно вонзал в тело супруги режущие предметы, ударял ее головой о бетон, связывал руки шнурками от ботинок и беспощадно мучил ее.

    Наконец, в 2023 году после одного из таких инцидентов жена подсудимого ушла из дома и обратилась в полицию. Билясуварский районный суд признал Э.Шабиева виновным по статье 128 (умышленное причинение легкого вреда здоровью) УК АР и приговорил к наказанию в виде ограничения свободы с обязательным ношением электронного устройства слежения. Разозлившись на это, Эльшан Шабиев обвинил своего тестя Азада Алмасова во вмешательстве в семейные дела.

    8 июня около 16:35 А.Алмасов, работавший таксистом, по просьбе Эльшана встретился с ним на 12-м километре дороги Билясувар – Бахрамтепе. Там же обвиняемый напал на мужчину и нанес множественные ножевые ранения. Тяжело раненный А.Алмасов был госпитализирован и скончался через три дня в медучреждении.

    На суде члены семьи погибшего требовали для Эльшана Шабиева самого сурового наказания – пожизненного лишения свободы. Лянкяранский суд по тяжким преступлениям приговорил обвиняемого к 18 годам и 9 месяцам лишения свободы.

  • Qayınatasını öldürən kürəkənin cəzası azaldıldı

    Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində qayınatasını amansızlıqla qətlə yetirən 1991-ci il təvəllüdlü Elşən Şəbiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 18 il 9 ay müddətinə azadlıqdan məhrumetmə hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric olunub və onun cəzası 17 il 9 aya endirilib.

    Qeyd edək ki, 1969-cu il təvəllüdlü Azad Almasovu qətlə yetirmiş Elşən Şəbiyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə, əzab vermə, xuliqanlıq) maddələri ilə ittiham edilib.

    Araşdırmalar zamanı məlum olub ki, E.Şəbiyev 2016-cı ildə A.Almasovun qızı ilə ailə həyatı qurub. O, 2017-ci ildən mütəmadi olaraq yaşadığı evdə həyat yoldaşına müxtəlif bəhanələrlə dəhşətli işgəncələr verib. Elşən həyat yoldaşının bədəninə dəfələrlə kəsici alət batırıb, onun başını betona çırpıb, əllərini arxadan ayaqqabı ipi ilə bağlayaraq ağlasığmaz formada əzab verib.

    Nəhayət, 2023-cü ildə E.Şəbiyevin həyat yoldaşı növbəti belə hadisələrin birindən sonra evdən gedib və polisə müraciət edib. Biləsuvar Rayon Məhkəməsi E.Şəbiyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib və onun azadlığını məhdudlaşdıraraq üzərinə elektron nəzarət cihazı yerləşdirib. Bundan əsəbiləşən E.Şəbiyev qayınatası A.Almasovu ailə işlərinə qarışmaqda günahlandırıb.

    Taksi sürücüsü kimi çalışan A.Almasov 8 iyun saat 16:35 radələrində Elşənin istəyi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrində, yol kənarında onunla görüşüb. Bu zaman Elşən hücum edərək özü ilə gətirdiyi bıçaqla qayınatasına çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 3 gün sonra ölüb.

    Məhkəmədə A.Almasovun ailə üzvləri Elşənə ən ağır cəza olan ömürlük həbs cəzası tələb ediblər.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxsə 18 il 9 ay həbs cəzası verilib.

  • Задержан подозреваемый в присвоении 228 000 манатов под предлогом инвестиций

    Сотрудники Исмайыллинского районного отдела полиции задержали 24-летнего Джавида Мустафаева, который присвоил деньги граждан под предлогом заработка в Instagram.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, он создал в указанной соцсети страницу под названием investa_emine_gazanc, на которой давал ложные обещания о большой прибыли при небольших вложениях.

    Под предлогом увеличения суммы на балансе и оплаты комиссий Дж.Мустафаев присваивал деньги граждан.

    Аналогичным способом он завладел денежными средствами в размере 228 000 манатов, а также ювелирными изделиями на 50 000 манатов. Чтобы его не могли опознать, он просил потерпевших положить драгоценности в заранее определенные им места.

    Решением суда в отношении Дж.Мустафаева избрана мера пресечения в виде ареста, расследование продолжается.

  • Sosial şəbəkələrdə 278 minlik dələduzluq edən şəxs TUTULDU

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, o, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, heç bir iqtisadi əsasları olmayan vədlər verib.

    C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.

    Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib.

    Məhkəmənin qərarı ilə C.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.