Month: June 2024

  • 70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı – VİDEO

    Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb.

    Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia ediblər.

    Belə ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə açılmır.

    Zərərçəkmişlər bildiriblər ki, şikayətçi olduqları “Vork time travel 2” turizm şirkətinin sonradan adı dəyişdirilərək “Nextstation” MMC adlandırılıb.

    Aldadılan vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarılıb.

    Qeyd edək ki, vətəndaşlardan pul alan şəxsin xaricə qaçdığı iddia edilib.

    Ətraflı süjetdə:

  • 50 illik razılaşma sona çatdı: Dollar ucuzlaşacaq?

    Səudiyyə Ərəbistanının ABŞ ilə 50 illik neft dolları müqaviləsinin müddəti başa çatıb. Yeni saziş isə imzalanmayıb.

    Müqavilə 70-ci illərdə, ABŞ qızıl standartından imtina etdikdən qısa müddət sonra ortaya çıxıb. Sənədə əsasən, Səudiyyə Ərəbistanı öz neftini 50 il ərzində yalnız dollar müqabilində satmağı öhdəsinə götürüb.

    İndi səudiyyəlilər qara qızılı sərbəst şəkildə bir neçə valyutada sata bilərlər: Yuan, avro, yen və sairə.

    Bir çox ekspert bu hadisəni dolların çöküşünün başlanğıcı hesab edir.

    Mənbə: Brics News

  • В Ордубаде мужчина убил односельчанина на почве мести

    В Ордубадском районе Нахчыванской Автономной Республики совершено убийство на почве мести.

    Об этом говорится в сообщении районной прокуратуры.

    Отмечается, что 13 июня поступила информация о смерти жителя ордубадского села Унус Ибрагима Тагиева (1974 г.р) от полученного ножевого ранения.

    В ходе расследования возникли обоснованные подозрения в том, что ​​Бахтияр Расулов (1976 г.р.) из мести нанес удар ножом своему односельчанину И.Тагиеву, в результате чего последний скончался.

    По данному факту в Ордубадской районной прокуратуре возбуждено уголовное дело по статье 120.1 УК АР (Умышленное убийство), Б.Расулов задержан в качестве подозреваемого и привлечен к следствию.

  • Qisas üçün həmkəndlisinin canını aldı

    Ordubad sakini həmkəndlisini qətlə yetirib.

    Bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, iyunun 13-də Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulovun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü İbrahim Əsədullah oğlu Tağıyevə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bəxtiyar Sərdar oğlu Rəsulov şübhəli şəxs qismində tutulub.

    Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Страны НАТО уже поставили Киеву оружия на 98 млрд долларов

    Страны НАТО с 2022 года поставили Украине оружия на 98 млрд долларов.

    Об этом заявил глава Пентагона Ллойд Остин, открывая заседание контактной группы по военному содействию Киеву в рамках встречи министров обороны НАТО в Брюсселе.

    Он выразив надежду, что объемы военной помощи для Киева будут возрастать.

    Источник: ТАСС

  • Pentaqonun rəhbəri NATO ölkələrinin Ukraynaya etdiyi yardımın məbləğini AÇIQLADI

    “NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük ediblər”.

    Bunu Pentaqonun rəhbəri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasını açarkən deyib.

    O, Kiyevə hərbi yardımın həcminin artacağına ümid etdiyini bildirib.

    Mənbə: TASS

  • Житель Ширвана пострадал из-за использования бензина для розжига костра

    Житель Ширвана получил ожоги при розжиге костра.

    Как сообщает Report, случай произошел минувшим вечером по адресу: улица Нефтяника,17.

    Согласно информации, местный житель Джафаргулу Гезалов (1982 г.р.) получил ожоги в результате мгновенного воспламенения костра, который он пытался разжечь с помощью бензина во дворе своего дома.

    Пострадавший был доставлен в Ширванскую городскую центральную больницу, где ему была оказана первая медицинская помощь. После этого с учетом состояния пациент был направлен в одну из больниц Баку.

    По данному факту проводится расследование.

  • Şirvanda ocaq qalayan kişi özünü yandırıb

    Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

    “Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17 ünvanında qeydə alınıb.

    Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Cəfərqulu Ağacəfər oğlu Gözəlov həyətdə qaladığı ocağa benzin tökərkən alov anidən alışıb.

    Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Mobil oyun məktəblini “dəli” etdi

    Rusiyanın Tümen vilayətindən olan bir məktəbli yeni “Hamster Kombat” oyunu ilə maraqlandıqdan sonra psixiatrların köməyinə ehtiyac duyub.

    14 yaşlı yeniyetmə oyunda maksimum xal toplamaq üçün hər üç saatdan bir həyəcan siqnalını quraşdırıb. Bu isə onun yuxu rejiminin pozulmasına səbəb olub.

    Uzun müddət davam edən yuxusuzluq nəticəsində səkkizinci sinif şagirdində hallüsinasiya ilə müşayiət edilən psixotik vəziyyət yaranıb.

    O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir.

    Mənbə: news.ru

  • Dələduzluğa görə axtarışda olan şəxs ƏLƏ KEÇDİ

    Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.

    S.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.