Month: June 2024

  • Обнародована численность населения Азербайджана

    Численность населения Азербайджана увеличилась на 12 801 человека или 0,1% с начала года и по состоянию на 1 мая достигла 10 193 571 человек.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    Согласно данным, 54,5% населения составляют городские, 45,5% – сельские жители, 49,8% – мужчины и 50,2% – женщины.

  • Azərbaycanda əhalinin sayı ARTIB

    Azərbaycanda əhalinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 12 801 nəfər və ya 0,13 faiz artıb.

    Beləliklə, 2024-cü il may ayının 1-nə olan göstəriciyə əsasən, Azərbaycan əhalisinin sayı 10 193 571 nəfərə çatıb.

    Ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir.

    10 193 571 nəfərin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlardır.

  • Bakıda 14 yaşlı qız altı gündür yoxa çıxıb

    ​​​​​Bakıda yeniyetmə qız itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

    15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

    Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.

  • Sumqayıt sakini 44 gündür itkin düşüb

    Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.

    Bu barədə “Report”a Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.

    Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    O, evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

    Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02, (018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.

    İtən şəxsin axtarışları davam etdirilir.

  • Dörd bürcün bütün arzuları iyunun sonuna qədər gerçəkləşəcək

    İyunun sonuna qədər dörd bürcün nümayəndələrinin həyatında xoşbəxt bir zaman başlayacaq.

    Median.Az Lent.az-a istinadən məlumat verir ki, bütün arzuları gerçəkləşəcək, çoxlu xoş xəbərlər olacaq.

    İyun ayında hansı bürclərin xoşbəxtlik şansı olacaq?

    Oğlaq

    Çiçək açın, iyun ayında səmadan ulduzlar qoparacaqsan. Ciddi daxili dəyişikliklərə hazır olun, şəxsi inkişaf asan deyil, lakin inanılmaz nəticələr gətirəcək.

    Dolça

    İyun ayında nadir şansınız olacaq. Mütlər istifadə edin, bütün arzularınızı gerçəkləşdirə bilərsiniz. Ancaq bunun üçün səy tələb olunacaq, unutmayın ki, günəş altındakı yeriniz üçün mübarizə aparmalısınız.

    Xərçəng

    Yayın ilk ayından maksimum yararlanın. Özünüzü əks etdirin və prioritetlərinizi yenidən nəzərdən keçirin. Dəyişikliyə hazır olduğunuzu anladığınız zaman o, mütləq həyatınıza girəcək və əziz arzunuzu gerçəkləşdirəcək.

    Qız bürcü

    Özünüz olun və başqasının təzyiqi altında əyilməyin. Şəxsiyyətinizi qəbul etsəniz və keçmişdəki səhvlərə görə dirsəklərinizi dişləməyi dayandırsanız, şans sizə “doğru” yerə dönəcək. Hisslərinizə dəyər verməyə və hörmət etməyə başlasanız, hər şey yaxşılığa doğru dəyişməyə başlayacaq.

  • Gəncədə üç ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

    Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

    “Report”un Qərb bürosunun məlumatına görə, yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

    Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb.

    Yanğının səbəbləri araşdırılır.


  • Cəlilabadda ilk dəfə xörək çuğunduru əkilib

    Cəlilabad rayonunda ilk dəfə olaraq bu il xörək çuğunduru əkini aparılıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, məhsul rayonun Maşlıq kəndində əkilib.

    Cari ilin aprel ayında ayında əkini aparılan çuğundur növü 2,5 hektar sahədə becərilir.

    Qeyd edək ki, bir neçə il əvvəl rayonda şəkər çuğundurunun da əkilməsinə başlanılıb.

  • “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb

    Bu gün “Şamaxı”nın baş məşqçisi təyin olunan Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb.

    “Report” klubu mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalanıb.

    O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

    Qeyd edək ki, Ayxan Abbasov son olaraq “Turan Tovuz”da işləyib.

  • Bəzi bölgələrə leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

    İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.

    Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.

  • Скончался один из раненных в Украине сотрудников НТВ

    Скончался оператор российского телеканал НТВ Валерий Кожин, раненный сегодня в Горловке Донецкой области Украины.

    Согласно информации, врачи спасали его несколько часов, но ранения оказались не совместимы с жизнью.

    Отмечается, что В.Кожину было 46 лет, он неоднократно работал в горячих точках. Был награжден медалью “За Отвагу” (2014 г.), медалями ордена “За заслуги перед Отечеством” I и II степени (2016 и 2018 г.), медалью Министерства обороны РФ “Участнику военной операции в Сирии” (2018 г.).

    Как сообщалось ранее, в Горловке тяжелые ранения получили трое сотрудников НТВ.

    Источник: НТВ

    15:39

    Тяжелые ранения получили трое сотрудников НТВ, которые работали в Горловке Донецкой области Украины.

    Сообщается, что во время выполнения профессиональных обязанностей в поселке Гольмовский (Никитовский район Горловки) тяжелые ранения получили корреспондент Алексей Ивлиев и еще двое сотрудников НТВ.

    Пострадавшие доставлены в городскую больницу. Врачи также сообщили, что раненые находятся в коме.

    Источник: ТАСС