Month: June 2024

  • Donetskdə Rusiyanın NTV kanalının əməkdaşı ölüb: Ağır yaralananlar var

    Rusiyanın NTV kanalının üç əməkdaşı Donetskdə yaralanıb.

    Bu barədə şəhərin meri İvan Prixodko öz “Telegram” kanalında məlumat verib.

    “Qolmovski kəndində (Qorlovkanın Nikitovski rayonu) peşə vəzifələrini yerinə yetirərkən, Aleksey İvliev və digər iki NTV əməkdaşı ağır yaralanıblar”, – deyə o bildirib.

    Aldığı yaralardan operator Valeri Kojin vəfat edib. İvliev və digər NTV əməkdaşının sonrakı vəziyyəti barədə məlumat verilmir.

    Mənbə: Life.ru

  • Azərbaycanda general İŞDƏN ÇIXARILDI

    Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

    Bakıvaxtı.az-ın məlumatına görə, nazirliyin kadr idarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub.

    Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

    Xatırladaq ki, ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

  • Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

    İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

  • “WhatsApp”a yeni qadağa: Profilləri skrinşot etmək olmayacaq

    “WhatsApp” messencerinin “iPhone” versiyası istifadəçi profillərinin skrinşot edilməsinin qarşısını alan yeni funksiyanı təqdim edib.

    Lent.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, hazırda funksiya “WhatsApp”ın yalnız “iPhone” üçün 24.10.10.70 nömrəsi altında beta versiyasında mövcuddur.

    Bu versiyanın istifadəçiləri başqasının profilini skrinşot etməyə cəhd edərkən qadağa xəbərdarlığı alırlar.

    “Skrinşot bloklanıb. “WhatsApp” istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb”, – bildirişdə deyilir.

    Yenilik kontaktlarını aldatmaq üçün başqalarının profil fotolarından istifadə edən fırıldaqçılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu funksiya skrinşot çəkmə imkanını bloklasa da, kiminsə başqa cihazdan ekran şəklini çəkməsinə heç bir maneə törətmir.

    Bu funksiyanın tətbiqin bütün versiyalarına yayılacağı gözlənilir. Lakin yerləşdirmənin dəqiq vaxtı hələlik açıqlanmayıb.

  • Bir kiloqram albalı 10 min dollara SATILDI

    Yaponiyada hərracda bir kiloqram albalı təxminən 10 min dollara satılıb.

    Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamaqata prefekturasından bir kiloqram “Higashine Cherry” markalı albalı Tokioda keçirilən hərracda rekord qiymətə – 1,45 milyon yenə (demək olar ki, 10 min dollar, 17 min manata) satılıb.

    Bütün Yaponiyada albalı ilə məşhur olan Hiqaşine şəhəri bu giləmeyvələrin ən çoxunu istehsal edir. Şəhər ölçü, rəng və dad baxımından ciddi standartlara cavab verən öz albalı brendini yaradıb. 2023-cü ildə bu çeşidin kiloqramı 50 min yen (320 dollar, təxminən 550 manat) ucuz olub.

    Yamaqata prefekturası ənənəvi olaraq Yaponiyanın ən dadlı albalı tədarükçüsü hesab olunur və ölkədə istehsal olunan ümumi giləmeyvə istehsalının 75 faizini təmin edir. Adətən ilk meyvələr yazın sonunda və yayda görünür, lakin çəlləklərdə yetişdirilən və ilin ilk günlərində satışa çıxarılan yeni il çeşidi də var.

  • Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

    Birləşmiş Millətlər Təşkilatının Meteorologiya Agentliyi 2023-cü ildə rekord qıran isti ildən sonra planetdə havanın bir qədər soyuyacağını proqnozlaşdırır.

    Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu, “El-Nino” təbiət hadisəsinin “La-Nina” ilə əvəzlənməsi ilə bağlıdır.

    Təfərrüatlar

    İqlimşünaslar bildirirlər ki, “El-Nino”da sona çatma əlamətləri göründüyü üçün istilər yaxın bir neçə ay ərzində azalmalıdır. Bununla belə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur uzun müddət ərzində yüksəlməyə davam edəcək.

    Okeanlar iqlim dəyişikliyindən əhəmiyyətli miqdarda istilik saxladıqları üçün “El-Nino”dan “La-Nina”ya dəyişmək daha güclü qasırğalara səbəb ola bilər. ABŞ-da Milli Okean və Atmosfer İdarəsi iyun-noyabr ayları arasında Atlantik okeanında dörd-yeddi böyük qasırğa gözlədiyini bildirib.

    Qeyd edilir ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinə qədər davam edən “La-Nina”nın soyuducu effekti nəzərə alınmaqla belə, son doqquz il tarixdə ən isti il olub. Dekabr ayında zirvəyə çatan ən son “El-Nino” rekordların ən güclü beşliyindən biri idi.

  • Bakının məşhur çimərliklərinə giriş qiymətləri necə olacaq? – YENİ RƏQƏMLƏR

    Bildiyimiz kimi, iyunun 15-dən çimərlik mövsümü başlayır. İnsanların əksəriyyəti də aşağı və sərfəli qiymətlə səmərəli vaxt keçirmək istəyirlər.

    Sfera.az qiyməti 50 manatdan aşağı olan çimərlikləri araşdırıb:

    “Dream Bech Baku” çimərliyinə giriş ödənişsizdir və yemək gətirmək mümkündür.

    “Bilgah Beach Hotel”də isə giriş ödənişlidir. Qiymətlər həftəiçi böyüklər üçün 35, uşaqlar üçün 20 manatdır. Həftəsonu isə böyüklər üçün 45, uşaqlar üçün 25 manatdır.

    “Amburan Beach Club”da isə ara günlər 25 manat, həftəsonu və bayram güləri 35 manatdır.

    “Buz Bar Buzovna”ya isə giriş ödənişsizdir.

    “Glam Beach Baku”ya giriş yalnız öncədən rezervasiya ilə mümkündür. Qiymətlər 10 manatdan başlayır.

  • Sumqayıtda ticarət mərkəzində kişi meyiti tapılıb

    Sumqayıtda kişi meyiti aşkarlanıb.

    Meyit şəhərin 10-cu mikrorayonunda yerləşən ticarət mərkəzlərinin birinin daxilində aşkar olunub.

    Araşdırma zamanı meyitin 1954-cü il təvəllüdlü Nazim Əvəz oğlu Baxşəliyevə aid olduğu məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • МИД РФ: Армении надо думать о создании безопасности и стабильности в регионе – ВИДЕО

    Еревану надо преодолевать существующие проблемы и работать на привнесение стабильности в регион.

    Об этом официальный представитель МИД России Мария Захарова заявила на брифинге, отвечая на вопрос News.ru.

    “Для того, чтобы он не остался на обочине у мирового прогресса и развития, сейчас все говорят о многополярности уж кому кому, а именно Южному Кавказу нужно становиться одним из центров этого полицентричного мира”, – cказала Захарова.

    “Не так давно те же самые армянские нынешние политические деятели говорили о том, что ОДКБ вышло из Армении, просто хочется уточнить, а ОДКБ уже вернулось в Армению, чтобы ей можно было оттуда выйти? Можно сколько угодно заниматься этой словесной эквилибристикой. Это прямо вот совсем недостойно и дешево. Есть стратегические интересы государства, проблемы, с которыми региону, к сожалению, пока еще не удалось распрощаться. Вот о чем нужно думать о безопасности, о стратегическом сотрудничестве, о гражданской инфраструктуре, которая должна создаваться в том числе с опорой на безопасность в этом регионе и стабильность во имя буду будущих поколений”, – заявила официальный представитель МИД РФ.

  • Rusiya XİN: Ermənistan regionda təhlükəsizlik və sabitlik yaratmaq barədə düşünməlidir – VİDEO

    İrəvan mövcud problemləri aradan qaldırmalı və regiona sabitlik gətirmək üçün çalışmalıdır.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

    “Dünyada tərəqqi və inkişafdan kənarda qalmamaq üçün indi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqazın bu çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməsi lazımdır”, – o bildirib.