Month: June 2024

  • Azərbaycan ilə Estoniya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

    Mayın 12-də Tallin şəhərində Azərbaycan və Estoniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

    İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin siyasi məsələlər üzrə müavini xanım Kaylike Sillaste-Ellinq rəhbərlik ediblər.

    İclas zamanı, iki ölkə arasında münasibətlərin hazırkı durumu, habelə siyasi, iqtisadi, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

    Bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

    İki ölkənin Parlamentləri arasında mövcud intensiv əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və onun davam etdirilməsinin vacibliyi qeyd edilib.

    Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub.

    2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

    Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

    Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

    Səfər zamanı F.Rzayev, həmçinin Estoniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.

  • Naxçıvanda istifadə müddəti bitmiş kolbasa və sosiska satışı ilə məşğul olan şəxs saxlanılıb

    Babək RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.

    Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

    Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.

    Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

  • Захарова: Немало сделано, чтобы навредить отношениям между Россией и Арменией – ВИДЕО

    Многие хотят разрушить двухсторонние отношения между Россией и Арменией.

    Об этом заявила официальный представитель МИД РФ Мария Захарова на брифинге, отвечая на вопрос News.ru.

    “Многие хотят их обрушить, и многие сделали немало, чтобы им навредить”, – сказала М.Захарова.

    Однако, добавила она, Россия сделала все, чтобы эти попытки оказались тщетными, вопреки порой даже очень неадекватным оскорбительным заявлениям в свой адрес.

    “Отношения с Арменией во всех сферах для России являлись всегда приоритетом по целому ряду причин: исторических, экономических, в том числе и геополитических. Они всегда строились на равноправии, на взаимном учете интересов, на понимании сложности ситуации в регионе”, – отметила Захарова.

  • Zaxarova: Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub – VİDEO

    Çoxları Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətləri pozmaq istəyir.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    “Çoxları onları yıxmaq istəyir. Bir çoxları onlara zərər vermək üçün çox şey edib”, – o bildirib.

    M.Zaxarova əlavə edib ki, Rusiya bəzən ona ünvanlanan təhqiredici bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib.

  • Masallıda spirtli içki və ya narkotik vasitənin təsiri ilə avtomobil idarə edən 72 sürücü müəyyən olunub

    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda tədbir həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

    Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər də aşkarlanıb və barələrində protokol tərtib edilib.

    Ümumilikdə isə ilin əvvəlindən Masallı rayonunda yol polisləri nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edən 72 sürücü müəyyən ediblər.

  • Завтра в Азербайджане прозвучит “последний звонок” для 102 120 выпускников

    В 2023-2024 учебном году количество учащихся в общеобразовательных учреждениях составило 1 706 935 человек.

    В текущем учебном году 102 120 человек заканчивают XI класс, 150 445 человек – IX класс.

    В этом учебном году 137 862 ученика по всей стране оканчивают первый класс.

    В подготовительных группах общеобразовательных учреждений обучалось 87 569 детей.
    //report

  • Sabah Azərbaycanda 102 120 məzun üçün “Son zəng” çalınacaq

    2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

    Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir.

    Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir.

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.
    //report

  • Bakıda velosipedlər üçün parklanma məntəqələri müəyyən edilib

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.

    Median.Az AYNA-ya istinadən xəbər verır ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.

    Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.

  • Армия Израиля заявила о запуске около 40 снарядов из Ливана

    Израильские военные зафиксировали запуск порядка 40 снарядов и 5 “подозрительных воздушных целей” из Ливана по северным районам еврейского государства.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-служба Армии обороны Израиля (ЦАХАЛ).

    “За последние несколько часов по районам Галилеи и Голанских высот было выпущено около 40 снарядов. Большое число снарядов было успешно перехвачено системой ПВО ЦАХАЛа. Было обнаружено несколько попаданий, которые привели к возгоранию в этом районе”, – говорится в заявлении.

  • Livandan İsrailə 40-a yaxın mərmi atılıb

    Livandan İsrailin şimal regionlarına 40-a yaxın mərmi atılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, İsrail ərazisinə 5 şübhəli hava hədəfi buraxılıb.

    “Son bir neçə saat ərzində Qaliley və Qolan yüksəkliklərinin ərazilərinə 40-a yaxın mərmi atılıb. Çoxlu sayda mərmi hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. Amma bir neçə əraziyə zərbə endirilib. Bu, nəticədə yanğına səbəb olur”, – məlumatda qeyd edilib.