Month: June 2024

  • Sumqayıt sakini 44 gündür itkin düşüb – FOTO

    Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.

    Bu barədə Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.

    Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    O evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

    Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02,(018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.

    İtən şəxsin axtarışları davam etdirilir.

  • Rəisinin ölüm xəbərinə təhqiramiz münasibət bildirən 200 nəfərə cinayət işi açılıb

    İranda Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması xəbərinə kədərli münasibət göstərməyən İsfahan əyalətinin 200-dən çox sakini barəsində cinayət işi başlanıb.

    “Report” “Iran International”a istinadən xəbər verir ki, bunu İsfahan əyalətinin prokuroru Məhəmməd Musəvian bildirib.

    Onun sözlərinə görə, əyalətin 200-dən çox sakini yalan xəbər yaymaq, İbrahim Rəisiyə və onun silahdaşlarına təhqiramiz münasibət göstərməkdə ittiham olunur.

    Qeyd edək ki, İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər mayın 19-da Güney Azərbaycanın Qaradağ bölgəsində helikopter qəzasında həlak olublar.

  • Форрест: Новая Каледония переживает кризис из-за ремилитаризации Францией

    Новая Каледония переживает очень критический период на политическом уровне в связи с тем, что Франция ремилитаризует страну, что оказывает негативное влияние на общество в психологическом и социальном аспектах.

    Об этом министр иностранных дел Новой Каледонии Микаэль Форрест заявил в ходе круглого стола и пресс-конференции на тему “Деколонизация, международная дипломатия и роль коммуникации в современном мире”.

    “Для нас, малых народов, народов с колониальным прошлым, всегда важно иметь возможность рассказать о себе, сказать, кто мы такие и каково наше положение. В целом, мы являемся территорией, колонизированной Францией”, сказал он.

    Форрест подчеркнул, что народ канаков требует уважения “врожденного и активного права на самоопределение”.
    //report

  • Mikael Forrest: Yeni Kaledoniya Fransanın remilitarizasiyası səbəbindən böhran yaşayır

    Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır, çünki Fransa ölkəni remilitarizasiya edir və bu da psixoloji və sosial aspektlərdə cəmiyyətimizə mənfi təsir göstərir.

    Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

    “Bizim üçün, yəni kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, Yeni Koledoniya Fransanın müstəmləkəyə çevirdiyi ərazidir”, – o bildirib.

    M.Forrest vurğulayıb ki, kanak xalqı müqəddəratını təyin etmək hüququna hörmət tələb edir.

  • Обнародован прогноз погоды в Азербайджане на праздничные дни

    В предстоящие праздничные дни в Азербайджане пройдет преимущественно без осадков, однако в некоторых горных и предгорных районах временами ожидаются дожди и грозы.

    Об этом сообщил начальник Национальной службы гидрометеорологии Назим Махмудов.

    По его словам, в горных районах ожидается выпадение града и повышение уровня водности в реках.

    “По этой причине мы рекомендуем гражданам, планирующим в праздничные дни поездку в регионы, внимательно следить за информацией о погоде и строить планы путешествий в соответствии с прогнозом. Необходимо строго соблюдать правила безопасности на автомагистралях”, – отметил начальник службы.

  • Bayram günlərinin havası açıqlanıb

    Qarşıdan gələn bayram günlərində Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O bildirib ki, bu günlər ərzində dolu düşəcəyi, çaylarda sululuğun artacağı da ehtimal edilir.

    “Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etməl etsinlər”, – deyə Xidmətinin rəisi qeyd edib.

  • Ferstappen “Formula 1” tarixinin ən yaxşı beş pilotunun adını açıqlayıb

    “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen “Formula 1” tarixinin ən yaxşı beş pilotunun adını açıqlayıb.

    O, almaniyalı Mixael Şumaxer, braziliyalı Ayrton Senna, ingiltərəli Luis Hemilton, ispaniyalı Fernando Alonso və argentinalı Xuan Manuel Fanxionun adını çəkib.

    Karyerasında 3 çempionluq (2021, 2022, 2023) qazanmasına baxmayaraq, M.Ferstappen özünü bu siyahıya daxil etməyib və hələ çox gənc olduğunu qeyd edib.
    //report

  • Андреева: Со дня избрания Азербайджана хозяином COP29 наблюдается значительная мобилизация в различных секторах

    С тех пор как Азербайджан был выбран страной-председателем на COP29, наблюдается значительная мобилизация ресурсов в различных секторах.

    Об этом заявила резидент-координатор ООН в Азербайджане Владанка Андреева в ходе мероприятия “Десятая беседа из цикла 29 бесед о климате: Путь к COP29”, организованного совместно UNFPA и Министерством труда и социальной защиты населения.

    “Представительство ООН в Азербайджане продолжает поддерживать страну и заинтересованные стороны для успешного проведения COP29”,- сказала она.

    По словам Андреевой, сегодняшнее мероприятие очень важно, так как климатические изменения оказывают влияние на демографическую динамику во всем мире.

  • Vladanka Andreyeva: COP29-un uğurlu olması üçün Azərbaycana və maraqlı tərəflərə dəstəyimizi davam etdiririk

    Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədr seçiləndən bəri müxtəlif sektorlarda resursların əhəmiyyətli dərəcədə səfərbər edilməsi müşahidə olunur.

    Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.

    “BMT-nin Azərbaycandakı nümayəndəliyi COP29-un uğurlu olması üçün ölkəyə və maraqlı tərəflərə dəstəyini davam etdirir”, – o bildirib.

    V.Andreyevanın sözlərinə görə, bugünkü tədbir çox vacibdir, çünki iqlim dəyişikliyi dünyada demoqrafik dinamikaya təsir göstərir.

  • Bu il 43 317 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib

    2024-cü ilin ilk beş ayında (yanvar-may) uşağın anadan olmasına görə 43 317 nəfərə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub.

    Bu barədə “Report”a Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST) məlumat verilib.

    Bildirilib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an, yəni, uşağa doğum haqqında şəhadətnaməsi alındıqdan sonra proaktiv təyin olunur və valideynlərdən birinin (ata və ya ananın) adına olan mobil nömrəyə sms bildiriş göndərilir.

    Qeyd edək ki, uşağın anadan olmasına görə müavinət hazırda 500 manatdır.