Month: June 2024

  • Azərbaycan və İran birgə antiterror təlimləri keçiriblər

    Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində birgə antiterror təlimləri keçiriblər.

    Bu barədə İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini, general-mayor Kərim Çeşak məlumat verib.

    “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmalara əsasən, terrorçu qruplar tərəfindən təhlükə altında olan Araz çayı bəndinin təhlükəsizliyini təmin etmək məqsədilə Qərbi Azərbaycan əyalətində xüsusi təyinatlılar batalyonunun iştirakı ilə bir günlük antiterror təlimi keçirilib”, – o bildirib.

    General-mayor qeyd edib ki, təlim pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı ilə kəşfiyyat əməliyyatı, sərhəd patrul əməliyyatları, pusquların təşkili, artilleriya və hava zərbələrinin tətbiqi ilə bağlı dörd mərhələdən ibarət olub.

    “Bu manevrlərin həyata keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına kömək edir”, – o əlavə edib.

    Xatırladaq ki, mayın 19-da İran və Azərbaycan Prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə İran-Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız-Qalası” su elektrik kompleksləri istifadəyə verilib.

    Mənbə: TASS

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

    3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    4. Tbilisi prospekti, hər iki istiqamətdə;

    5. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

    6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    11. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    12. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    13. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    16. “20 Yanvar” dairəsində;

    17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur

  • Hadi Rəcəblinin ailəsinə məxsus obyekt cərimələndi

    Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

    “Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonunda keçirilən tədbir zamanı “Panarama” və “Bulvar Lənkəran” restoranlarından çirkab suyun dənizə axıdılması müəyyən edilib. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Palıdlı” istirahət mərkəzində isə məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.

    Çirkab suyun dənizə axıdılmasına görə həmin restoranların məsul əməkdaşları, istirahət mərkəzində məişət tullantılarını yandırdığına və 2 ağacı kəsdiyinə görə isə “Türkan” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Lerik rayonu ərazisində keçirilən digər tədbir zamanı isə Perzəküjə kəndinin meşə zolağında 32 ədəd fıstıq ağacının kəsildiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi mərhum deputat Hadi Rəcəbliyə məxsus olub və hazırda onun ailəsi tərəfindən idarə edilir.

  • Cərimələrin artırılması nəyi dəyişəcək? – Ekspert

    “Bakıda əllillər üçün xüsusi parklama zolaqları mövcud deyil”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Aslan Əsədov İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı təklifləri şərh edərkən deyib.

    Ekspert İXM-də bir neçə bəndə əlavə və dəyişiklik edildiyini bildirib:

    “Məsələn, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ödəyəcəklər. Hazırda bu məbləğ 10 manatdır. Bu nə deməkdir? Əgər xüsusi ayrılmış zolağı bir müddətdən sonra heç bir ödəniş etmədən tərk edirsənsə, deməli bu dayanma-durmanın pozulması kimi qiymətləndiriləcək və buna görə cərimələr artırılacaq”.

    Aslan Əsədov vurğulayıb ki, təkliflərdə maraqlı məsələ əlillər üçün ayrılmış parklanma zonalarına digər şəxslərin daxil olmasıdır:

    “Biz bu günə kimi Bakıda əlilliyi olan şəxslər üçün hər hansı parklanma zolağına rast gəlməmişik, varsa da xüsusi bir lövhədə əks olunmayıb. Düşünürəm ki, əlilliyi olan şəxslər üçün ayrılmış zolaqlarla bağlı yaxın günlərdə infastruktur qurulacaq. Cərimələrlə iş yekunlaşmır, infrastruktur formalaşdırılmalıdır”.

    Ekspert bildirib ki, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətini başlatmayan sürücülər 20 manat məbləğində cərimə olunacaq. Hazırda bu məbləğ 10 manatdır.

    Qeyd edək ki, Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.

  • Anası tərəfindən qeyri-etik görüntüsü yayılan uşaq sığınacağa yerləşdirildi

    Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

    Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

    Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.

  • Kameranı görən qəssab piştaxtanın altına girdi – VİDEO

    Paytaxt ərazisində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) keçirilən reyd zamanı maraqlı hal yaşanıb.

    Median.Az “ARB 24”-ə istinadən xəbər verir ki, heyvan kəsim məntəqələrinin birində televiziya əməkdaşlarının iştirakı ilə keçirilən reyddə qəssablardan biri kameraya düşməmək üçün piştaxtanın altında gizlənib.

    AQTA nümayəndəsinin onu görməsindən sonra gizləndiyi yerdən çıxmağa vadar olan şəxs qəssab olmadığını deyərək uzaqlaşıb.

    Həmin məntəqədə standartlara uyğun olmadan kəsim aparılması halı aşkarlanıb.

    Sözügedən kadrları təqdim edirik:

  • Messi karyerasını bitirəndən sonra məşqçi işləyəcək? – Özü açıqladı

    Argentina millisinin hücumçusu Lionel Messi Paris Olimpiadasına getməyəcəyini bildirib.

    Qaynarinfo bu barədə ESPN-ə istinadən xəbər verir.

    “Hazırda Olimpiada haqqında düşünmək çətindir, çünki biz Amerika Kubokundayıq. İki-üç ay ard-arda klubda olmayacam. Mən hər yerdə oynamaq yaşımda deyiləm”, deyə Messi bildirib.

    Argentinalı futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləməyəcəyini bildirib.

    “Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir”, deyə Messi əlavə edib.

    Qeyd edək ki, bundan əvvəl “Barselona” və PSJ-də çıxış edən Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.

  • Беларусь отзывает посла в Армении для консультаций

    Беларусь отзывает своего посла в Армении для консультаций, заявил журналистам в четверг пресс-секретарь МИД республики Анатолий Глаз.

    “Учитывая развитие ситуации, наш посол из Еревана в ближайшее время также прибудет в Минск”, – сказал представитель белорусского внешнеполитического ведомства, которого цитирует госагентство БелТА.

    “Мы все видим, насколько сложная внутриполитическая ситуация складывается сегодня в Армении, как стремительно обостряется противостояние внутри страны. И у разных людей, конечно, разная резистентность к серьезным эмоциональным нагрузкам. Это мы можем понять. Но мы не понимаем – при чем здесь Беларусь?” – отметил пресс-секретарь МИД.

    По его словам, представитель посольства Армении был вызван в МИД, “чтобы попытаться разъяснить этот вопрос”. Глаз подчеркнул, что “если кто-то в Армении решил отвлечь внимание от внутренних проблем образом внешнего врага, то это весьма недальновидная позиция”.

    Пресс-секретарь МИД Беларуси также заявил, что республика не собирается ухудшать отношения с Арменией.

    “Важно понимать, что с Арменией нас связывают давние близкие, дружеские отношения и общая история, а на сегодняшний день еще и взаимовыгодная торговля, а также тесные деловые контакты. Мы не собираемся эти отношения ухудшать, сколько бы армянское руководство к этому не подталкивали внешние игроки”, – сказал Глаз.

  • Rəsmi Minskdən Paşinyana cavab: “Səfir geri çağırılacaq”

    Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk yaxın zamanlarda Minskə geri çağırılacaq.

    Bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyi (XİN) yayıb.

    Qeyd olunur ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.

    “Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik”, – deyə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz bildirib.

  • Hikmət Hacıyev NATO-da bir sıra görüşlər keçirib

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.

    Median.Az Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

    İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

    Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bildirib və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir edilib.

    Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.

    Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.

    Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.