Month: June 2024

  • Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib

    ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.

    “Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”, – o deyib.

    Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

  • İyunun 14-də Biləsuvar şəhərinin qaz təchizatında fasilə olacaq

    İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

    Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini
    (Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.

    Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.

  • “Kəpəz” legioner futbolçusu ilə müqavilə müddətini uzadıb

    “Kəpəz” kollektivi 2024/2025 mövsümü öncəsi legioner futbolçusu ilə yeni müqavilə bağlayıb.

    Belaruslu müdafiəçi Yeqor Xvalko ilə 1 illik sözləşmə imzalanıb.

    Qeyd edək ki, 27 yaşlı futbolçu 2022-ci ildən “Kəpəz”in şərəfini qoruyur.
    //report

  • Azərbaycan XİN Küveytə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

    Bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

    “Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

    Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır”.

  • Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Pulları alanda xəstəliyin yadına düşmürdü

    Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən Aysel Məmmədovanın istintaqa verdiyi ifadə elan olunub.

    Belə ki, o ifadəsində “Çinar Plaza”da Nuridə Seyidovaya 25 min manat pul verdiyini, Nuridə Seyidovanın da üzərinə 5 min manat qoyaraq ona 30 min manat Mərkəzi Klinikaya köçürmək üçün verdiyini deyib. Həmçinin zərərçəkən Nərgiz Mahmudovadan 9 min manat pulu alıb Toğrul adlı şəxsin yanında Nuridə Seyidovaya verdiyini bildirib.

    Hakim qeyd edib ki, Aysel Məmmədova istintaqda ifadəsində “sponsor Qalib” adlı şəxsdən danışıb. A.Məmmədova cavabında deyib ki, sözügedən adamın övladı talassemiya xəstəsidir. O, övladını Türkiyədə əməliyyat etdirmək istəyib. A.Məmmədovanın sözlərinə görə, Şəbnəm adlı xanım “sponsor Qalib”dən daha iki nəfəri də əməliyyat etdirməyi istəyib.

    “Danışığımız belə olmuşdu ki, biz xəstələri cəlb edirik, Nuridə isə Türkiyədə əməliyyat etdirirdi. Xəstələrdən aldığımız pulun üçdə bir hissəsini dörd yerə bölməli idik. Əməliyyat məbləğinin çatışmayan hissəsinin haradan gəldiyini bilmirdik. Bu barədə Nuridə bizə heç nə demirdi. Türkiyədə əməliyyat olunan üç xəstəyə görə kommisiya alsam da, dördüncü xəstəyə görə almadım. Nuridə Türkiyədə özəl şirkətlərlə müqavilə bağladığı üçün etibar qazanmışdı”, – A. Məmmədova istintaqda deyib.

    Hakim Nuridə Seyidovadan ifadə verməsini istəyib. O, xəstə olduğunu bildirib, ifadə verə bilməyəcəyini deyib.

    “Pulları alanda xəstəliyin yadına düşmürdü. İfadə verməsən, sənin istintaqa verdiyin ifadəni əsas götürəcəyik”, – hakim Nuridə Seyidovaya cavabında bildirib.

    Zərərçəkənlər N.Seyidovanın ifadə vermək istəməməsinə etiraz ediblər, həmçinin bildiriblər ki, talassemiya xəstəliyindən əziyyət çəkən, eləcə də əməliyyat olunmalı olan uşaqlardan üçü ölüb.

    Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.

    Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //Report

  • Avropa çempionatında iştirak edəcək Azərbaycanın yeniyetmə cüdoçularının adı açıqlanıb

    İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.

    “Report”un məlumatına görə, yığma yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq.

    Qızlarda Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlarda Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaq.

    Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq. Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

    Qeyd edək ki, idmançılar iyunun 27-29-da fərdi, 30-da isə komanda yarışında iştirak edəcək.

  • Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

    Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

    Binə Atçılıq Mərkəzində Malta ilə baş tutan görüşdə milli 5:0 hesablı qələbə qazanıb.

    Azərbaycan yığması iki turdan sonra mübarizə apardığı A qrupunda maksimum nəticə ilə liderdir.

    Qeyd edək ki, yığma ilk görüşdə Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Komanda A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta ilə mübarizə aparır.

  • В Азербайджане в этом году зарегистрировано 4 856 преступлений, связанных с наркотиками

    В январе-мае текущего года в Азербайджане в результате проведенных правоохранительными органами комплексных оперативно-розыскных мероприятий в сфере борьбы с наркоманией и незаконным оборотом наркотических средств выявлено в общей сложности 4 856 фактов преступлений.

    Об этом сообщили в постоянно действующей рабочей группе Государственной комиссии Азербайджана по борьбе с наркоманией и незаконным оборотом наркотических средств.

    1391 фактов были связаны с незаконной продажей наркотических средств, 3 408 – с незаконным приобретением и хранением наркотических средств, 54 – с незаконной культивацией растений, содержащих наркотические средства, 3 – с другими преступлениями из этой категории.

  • Son 5 ayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4856 cinayət faktı aşkarlanıb

    Bu ilin yanvar-may aylarında hüquq mühafizə orqanlarının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 856 cinayət faktı aşkarlanıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

    Qeyd olunub ki, onlardan 1391-i narkotik vasitələrin qanunsuz satışı, 3 408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-i isə digər cinayətlərlə bağlı olub.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854,895 qr-nı heroin, 2 ton 233 kq 579,189 qr-nı marixuana, 80 kq 405,927 qr-nı tiryək, 27 kq 561,001 qr-nı həşiş, 111 kq 149,216 qr-nı psixotrop maddələr, 8 kq 478,62 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318,8 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 79 milyon 400.000 min manat kimi qiymətləndirilir.

    Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2934 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2240 nəfər təşkil edir. Həmin şəxslərdən 2843-ü kişi, 91-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

    Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

    Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

    Ümumilikdə aşkar edilən cinayətlərin 126-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 839 kq 194,26 qr narkotik vasitə, psixotrop maddə və 4,6 qr güclü təsir edən maddə müsadirə edilib. 1118 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 613 kq 003,6 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

    Təhlil göstərir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kq 288,501 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb.

    Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 223 fakt, qrup halında olan cinayətlərin sayı isə 26 fakt artıb.

    Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 34644 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 118 nəfərdən 739 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

  • Макрон приостановил избирательную реформу в Новой Каледонии

    Президент Франции Эмманюэль Макрон объявил о приостановке избирательной реформы в Новой Каледонии.

    Об этом сообщает Median.Az со ссылкой на Reuters.

    “Конституционный проект об избирателях в Новой Каледонии приостановлен”, – сказал Макрон журналистам.

    Протесты в Новой Каледонии в 2024 году начались из-за законопроекта, расширяющего избирательные права французов, живущих на островах, и ущемляющих права местного населения.

    В апреле этого года официальный Париж решил предоставить избирательные права всем, кто живет в Новой Каледонии более 10 лет, в том числе и европейцам. Это привело к протестам, которые переросли в столкновения с полицией. Макрон принял решение ввести войска на острова.