Month: June 2024

  • İstirahətə gedən zaman soyuducuya QƏPİK QOYUN – SƏBƏB

    Bir neçə günlük istirahətə gedəcəksinizsə, mənzilinizdəki soyuducuya qəpik qoyun.

    Əvvəlcə sadə bir stəkan götürün, su ilə doldurun və dondurucuya qoyun.

    Stəkandakı su donduqda, qəpiyi buzun üzərinə qoymaq üçün onu dondurucudan çıxarın. Sonra yenidən dondurucuya qaytarın.

    Evə qayıtdıqdan sonra nə etməlisiniz?

    Stəkanı soyuducudan çıxarın və qəpiyin harada olduğuna baxın.

    Metal əskinas donaraq stəkanın içinə düşübsə, deməli, işlər pisdir. Çox güman ki, soyuducu söndürülüb. Ola bilsin ki, bu elektrik enerjisinin kəsilməsi səbəbindən baş verib.

    Buz əriyib, qəpik batıb və sonra şüşənin içindəkilər yenidən donub. Nəticədə əskinas buzun içinə düşüb.

    Ancaq qəpik buzda qalıbsa, siz uzaqda olduğunuz müddətdə soyuducu normal işləyib. Cihazda saxlanılan məhsulları təhlükəsiz istehlak edə bilərsiniz.
    //lent.az

  • Azərbaycanda qəribə oğurluq

    Cəlilabadda yaşayış evlərindən birinin həyətindən 700 kiloqram kartofun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

    Cəlilabad Rayon Polis Şöbəsinin əməldaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən rayon sakini, 54 yaşlı Zəfər Məmmədov saxlanılıb.

    Araşdırmalarla onun digər bir yaşayış evinin həyətindən də 17 ədəd ev quşunu oğurladığı müəyyən edilib.

    Araşdırma aparılır.

  • Российские миротворцы полностью выведены с территории Азербайджана: ИСТОРИЧЕСКИЙ МОМЕНТ в Ходжалы

    12 июня завершился процесс вывода с территории Азербайджана миротворческого контингента Российской Федерации, временно дислоцированного на территории нашей страны после 44-дневной Отечественной войны 2020 года.

    Об этом Median.Az сообщает со ссылкой на Министерство обороны АР.

    Отмечается, что личный состав, вооружение и техника миротворческого контингента полностью выведены с территории нашей страны.

    На видео, распространенном оборонным ведомством, запечатлен исторический момент поднятия государственного флага Азербайджана в аэропорту Ходжалы.

  • Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN – VİDEO

    Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
     
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     
    Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

  • Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək.

    Bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.

    Bildirilib ki, Ərdoğan 4 iyul tarixində Şuşaya səfər edəcək.

  • Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
     
    Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
     
    “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb. O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, – paylaşımda qeyd edilib.

  • Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən narkokuryer saxlanıldı

    Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən narkokuryer saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli saxlanılıb. Onun əlindəki polietilen torbadan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.

    T.Nəsirli narkotik vasitəni İran vətəndaşı Mahmud adlı şəxsin vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovdan XƏBƏR VAR

    Bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
     
    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
     
    Məlumatda qeyd olunub ki, istintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
     
    Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
     
    İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Dövlət fondunda müavinlərin sayı artırıldı – FƏRMAN

    “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliklə fondun icraçı direktorunun müavinlərinin sayı ikiyə çatdırılıb.

  • Azərbaycanda məktəb direktoru qəfil həyatını itirdi

    Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru Avtandil Abuş oğlu Novruzov vəfat edib.

    Bu barədə orta məktəbin sosial şəbəkədəki səhifəsi məlumat yayıb.

    1965-ci il təvəllüdlü A.Novruzovun dünən axşam saatlarında qəfil dünyasını dəyişdiyi bildirilir.

    Qeyd edək ki, əslən Qubadlı rayonundan olan A.Novruzov eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub.