Month: June 2024

  • Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb

    Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf sellofana bükülü, ağ rəngdə, toz halında, təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.

  • АЖД: До поселка Бина и в аэропорт будет проложена железная дорога

    В настоящее время готовится Единая транспортная стратегия, согласно которой в будущем планируется восстановить ж/д линию в Говсан.

    Как сообщает АПА, об этом сказал начальник Управления пассажироперевозок ЗАО “Азербайджанские железные дороги” (АЖД) Азер Фараджов.

    По его словам, в то же время в указанной стратегии указывается строительство железной дороги до поселка Бина и в аэропорт. Эти работы будут выполняться поэтапно.

  • Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək

    “Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır”.

    “APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

    O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.

  • Bakıda bir mənzili bir neçə nəfərə satıb 2,4 milyonluq dələduzluq etdilər

    Çoxsaylı vətəndaş narazılığına səbəb olan “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, istintaqla “FAM-88” MMC-nin təsisçisi Fəxrəddin Balaxan oğlu Hüseynovun həmin cəmiyyətin direktoru Rafiq Nərçə oğlu Tağıyev ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

    Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Пашинян: Подписание мирного соглашения с Азербайджаном может состояться в течение месяца

    В тексте мирного договора с Азербайджаном осталось скорректировать последние штрихи, потом можно подписать документ.

    Об этом журналистам в парламенте сообщил премьер-министр Армении Никол Пашинян.

    Он отметил, что нынешний текст мирного соглашения достаточно проработан, подписание может состояться в течение месяца.

    Источник: Sputnik Армения

  • Paşinyan: “Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”

    “Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir, bundan sonra sənəd imzalana bilər”.

    Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib.

    O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir.

    “Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”, – deyə o vurğulayıb.

    Mənbə: “Sputnik” Ermənistan

  • Пашинян: Армения выйдет из ОДКБ

    Армения выйдет из Организации Договора о коллективной безопасности (ОДКБ).

    Об этом заявил премьер-министр РА Никол Пашинян.

    По его словам, сроки еще не определены.

  • Paşinyan rəsmən açıqladı: “Ermənistan KTMT-dən çıxacaq”

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı və bir daha təşkilata qayıtmayacağını bildirib.

    O, bu barədə parlamentdə çıxışı zamanı deyib.

    Paşinyan ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti “köpük ittifaqı”na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.

    “Çıxacağıq, geri qayıtmayacağıq”, – deyə o, zaldan gələn replikalara cavab olaraq bildirib.

    Mənbə: Ermənistan KİV

  • Ronaldodan yeni REKORD

    Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı xəbər verir ki, rəsmi səviyyədə keçirilən oyunların sayına görə dünya rekordu Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tərəfindən müəyyən edilib.

    39 yaşlı Ronaldo çərşənbə axşamı İrlandiya ilə yoldaşlıq oyununda millinin əsas heyətində meydana çıxıb. Beləliklə, bu oyun artıq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” hücumçusu üçün ən yüksək səviyyədə olan 1226-cı oyun olub.

    IFFHS-in məlumatına görə, Ronaldo Braziliya millisinin sabiq qapıçısı Roqerio Ceninin rekordunu bir oyun fərqlə geridə qoyub.

  • Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin SAYI AÇIQLANDI – FOTO

    Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlanıb.
     
    Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
     
    Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə, buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd, təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.
     
    İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
     
    Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.