Month: June 2024

  • FHN rəsmisi: Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub

    Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub.
     
    Median.Az
     xəbər verir ki, bunu report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin rəisi Ramin Orucov deyib.
     
    Onun sözlərinə görə, intensiv yağıntı Yevlax şəhərində və rayonun bəzi kəndlərində ciddi fəsadlar törədib:
     
    “Ötən gecədən başlayaraq intensiv yağışlar nəticəsində Yevlax rayonu ərazisində bir sıra fərdi evlərə və təsərrüfat obyektlərinə ziyan dəymişdi. Yağış suları nəticəsində Yevlax rayonunun Nərimanabad kəndi ərazisindən keçən magistral yolda körpünü uçurmuşdu.
     
    Eyni zamanda, şəhərin bəzi ərazilərində yağış sularının gölməçə yaratması müşahidə olunur. Bu da həm nəqliyyatın, həm də sakinlərin hərəkətini məhdudlaşdırıb”.
     
    R. Orucov qeyd edib ki, yağış sularının rayon ərazisində ən çox ziyan vurduğu yer şəhər xəstəxanası olub.
     
    “Yağış suları ən çox Yevlax mərkəzi xəstəxanasına ziyan vurub. Əhalinin təxliyəsi tam təmin edilib. Hadisə yerlərinə Rayon İcra Hakimiyyətinin, həmçinin FHN Aran regional mərkəzinin texnika və canlı qüvvəsi, o cümlədən, nazirliyin Gəncə regional mərkəzinin bir ədəd texnikası və beş nəfərlik şəxsi heyəti, beş ədəd su nasosu, yanğından mühafizə hissəsinin şəxsi heyəti və üç ədəd su nasosu cəlb edilib. Hazırda sel sularının çəkilməsi işləri davam etdirilir. Əlavə olaraq bildirim ki, tərəfimizdən Mingəçevir şəhərinə də su nasosları və canlı qüvvə göndərilib”, – R.Orucov bildirib.

  • Пашинян: Если народ Армении захочет смену власти, то наши граждане осуществят это

    Я десятки раз говорил, что если народ Армении захочет смены власти, то наши граждане осуществят это.

    Как сообщают армянские СМИ, об этом заявил премьер-министр РА Никол Пашинян, комментируя возможность своей отставки.

  • Paşinyan: “Ermənistan xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək”

    “Ermənistan xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan istefası ilə bağlı irəli sürülən şərtlərə münasibət bildirərkən deyib.

    “Azı on dəfə demişəm, Ermənistan xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək”, – deyə o, istefa tələblərini cavablandırıb.

    Mənbə: Ermənistan KİV

  • Laçında sel fəlakəti: Rəsmilər hadisə yerində

    Laçın rayonunda sel fəlakəti ilə bağlı Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birgə məlumat yayıb.

    Bir neçə gündür dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.

    Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər.

    Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir.

  • Meteohəssas insanlar üçün PROQNOZ

    İyunun 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Azərbaycanda bahalaşan və ucuzlaşan MƏHSULLAR

    2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb.
     
    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
     
    Bildirilib ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
     
    2024-cü ilin may ayında qeyri-qida malları 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox artım şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
     
    2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, azalma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Prokuror Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə iş istəyib

    Prokuror Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə iş istəyib.
     
    Median.Az 
    report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Azər Məmmədovun 20 il, Dəyanət Qüdrətovun ömürlük, İbrahim İbrahimovun 20 il, Səbuhi Qurbanovun 20 il, Babək İsgəndərovun 6 il, Rövşən İsmayılovavun isə 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
     
    Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.
     
    Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
     
    Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
     
    Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
     
    Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
     
    İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
     
    Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
     
    R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

  • Пашинян: Считаю возможным открытие коммуникаций с Азербайджаном до подписания мирного договора

    Премьер Армении Никол Пашинян считает возможным открытие сообщения с Азербайджаном до подписания мирного договора.

    Как сообщают армянские СМИ, об этом армянский премьер заявил журналистам в парламенте.

    Он отметил, что открытие региональных коммуникаций может произойти раньше, чем подписание мирного договора.

  • Paşinyan sülh sazişi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab edir

    Baş nazir Nikol Paşinyan sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab edir.

    Bu barədə Paşinyan parlamentdə jurnalistlərə bildirib.

    O qeyd edib ki, regional kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasından daha tez ola bilər.

    Mənbə: Ermənistan KİV

  • Əfsanəvi boksçu karyerasını bərpa edəcək

    Səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu filippinli Menni Pakyao karyerasını 2024-cü ildə bərpa etmək niyyətindədir.

    “Menni bu il karyerasını bərpa edəcək. Onun 45 yaşı var, amma enerji ilə doludur. O, çempionluq titulunu qazanmaq istəyir”, – lent.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda boksçuya yaxın mənbə məlumat verib.

    Bu yay 45 yaşlı boksçu Yaponiyanın MMA promosyonunun çempionu Rizin Tihiro Sudzuki ilə sərgi döyüşü keçirəcək. Döyüş iyulun 28-də Saytamada baş tutacaq.

    Pakyao Las-Veqasda amerikalı Mario Barrios ilə orta ağır çəkidə WBC (66,7 kiloqramaa qədər) titulu uğrunda döyüşəcəyini gözləyir. Bu döyüş hələ rəsmi olaraq təsdiqlənməyib.

    Pakyaonun son döyüşü 2021-ci ilin avqustunda kubalı Yordenis Uqasa qarşı olub. Filippin hakimlərin yekdil qərarı ilə məğlub elan edilib, lakin 12 raund ərzində 815 yumruq atmağı bacarıb. Bu, onun 2010-cu ildən bəri ən yüksək göstəricisidir.

    2021-ci ilin payızında Pakyao peşəkar boksdan getdiyini elan edib və bütün diqqətini siyasi karyerasına yönəldib. 2022-ci ilin mayında o, Filippində keçirilən prezident seçkilərində iştirak edib və bu seçkilərdə xalqın 6,81 faizinin səsini toplayaraq üçüncü yeri tutub.

    Bu il Pakyao Paris Olimpiadasına getməyə çalışıb, lakin 40 yaş məhdudiyyətini pozduğuna görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istəyindən imtina edilib.

    Menni Pakyao tarixdə səkkiz çəki dərəcəsində titul qazanan yeganə boksçudur. 1995-ci ildən peşəkar rinqdə çıxış edir. Ümumilikdə o, 72 döyüş keçirib, səkkiz məğlubiyyət və iki heç-heçə ilə 62 qələbə (39 nokaut) qazanıb.