Month: June 2024

  • Azərbaycanın XİN başçısı ukraynalı həmkarı ilə humanitar yardımı müzakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitro Kuleba ilə humanitar yardım daxil olmaqla bir sıra məsələləri müzakirə edib.

    Median.Az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

    “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Nazirlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, nəqliyyat və əlaqə sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığını müzakirə ediblər. Həmçinin son regional vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşması prosesi, onun son prosesləri və etimadın yaradılması istiqamətində görülən tədbirlərə də toxunulub.”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.

  • Rusiya sülhməramlıları Xocalını tərk edir

    Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

    “Report”un əldə etdiyi görüntülərə əsasən, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

    Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.

    Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

  • UNESCO-dakı daimi nümayəndə: Bakı iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır

    COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır.

    Report xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyasının iştirakçısı olan Dövlətlərin Baş Assambleyasının 10-cu sessiyasında bildirib.

    “İqlim dəyişikliyinin Qeyri-maddi mədəni irsə təsiri Azərbaycan üçün mühüm məsələdir. Bu ilin noyabrında keçiriləcək COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin çovqan, muğam kimi maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət yetirir”, – Elman Abdullayev vurğulayıb.

    Onun sözlərinə görə, Bakı daim elm və mədəniyyət qurumunun “potensialın artırılması proqramlarını dəstəkləyib”:

    “Azərbaycan fövqəladə hallar, o cümlədən silahlı münaqişələr, köçkünlük halları və Kamerundakı qaçqın düşərgəsində pilot tətbiq üçün hazırlanmış təbii fəlakətlər kontekstində qeyri-maddi mədəni irsin qorunması üzrə yeni potensialın yaradılması materiallarının hazırlanmasına məqsədyönlü töhfə verib”.

    Bundan başqa, daimi nümayəndə “Azərbaycan xalqının Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində uzun müddət öz qeyri-maddi mədəni irsini ifadə edə bilməkdən məhrum olduğuna, bunun isə mədəni irsə çıxışı əngəllədiyinə” diqqət çəkib.

    “İşğaldan azad edildikdən sonra biz mədəni həyatın nəzərəçarpacaq dərəcədə canlanmasının və çoxşaxəli mədəni irsimizin bərpasının şahidi oluruq. Tarixi yerlərin dirçəldilməsi, mədəniyyət müəssisələrinin yenidən açılması və ənənəvi təcrübələrin canlanması bu ərazilərdə mədəni irsimizin bərpası və qorunub saxlanılmasının mühüm mərhələləridir”, – o qeyd edib.

  • Azərbaycanın U-21 millisi növbəti yoldaşlıq matçını keçirib

    Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirib.

    “Report” xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşıb.

    “Liv Bona Dea Arena”da baş tutan matçda hesab açılmayıb – 0:0.

    Qeyd edək ki, komanda iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.

  • Göyçayda elektrikin verilişində fasilələr yaranacaq

    Göyçayda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

    Bu barədə “Report’un Yuxarı Şirvan bürosuna Göyçay elektrik şəbəkəsinin baş mühəndisi Mövsüm Ağayev bildirib.

    Belə ki, 12 iyun səhər saat 10:00-dan 15:00-dək rayonunun Bığır kəndi ərazisində yerləşən yarımstansıyada aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonun 8 yaşayış məntəqəsi üzrə (Ləkçılpaq, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli, Yalman və Qaraman kəndləri) 2 600 abonentin elektrik enerjisi ilə təchizatının verilişində fasilə olacaq.

    Qeyd edək ki, rayonda qəzalı vəziyyətdə olan yarımstansiyaların təmiri işləri növbəli şəkildə və rayonun bir neçə ərazisində keçirilməsi nəzərdə tutulur.

  • II və III ixtisas qrupları üzrə qəbul imtahanında 1 994 nəfər iştirak etməyib, 16-ı xaric olunub

    Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

    “Report” xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1 994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib.

    İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

  • Muxtar Babayev Britaniya səfiri ilə COP29-a hazırlıq məsələlərini müzakirə edib

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Üç manat borcunu ödəyib özünü asdı

    Kürdəmirdə gənc oğlan intihar edib.

    Lent.az-ın məlumatına görə, hadisə Xırdapay kəndində qeydə alınıb.

    17 yaşlı E.Yusifov xalasının evinin həyətində çardaqdan özünü asaraq, canına qəsd edib.

    Məlumata görə, Saatlı rayon Məzrəli kənd sakini olan yeniyetmənin nənəsi bir neçə il əvvəl dünyasını dəyişib. Bundan sonra o, Xırdapay kəndində tək yaşayan xalası ilə qalıb. Başqa bir məlumata görə, onun kənddə paltar satan bir qadına az miqdarda, təxminən üç-beş manat borcu olub.

    İddiaya əsasən, E.Yusifov borclu qalmasın deyə həmin borcunu ödəyib və daha sonra özünü öldürüb.

    İntiharın hansı səbəbdən baş verdiyi isə bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • AVRO-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq

    Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçından əvvəl əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad olunacaq.

    Median.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi ölkə ilə Şotlandiya arasında baş tutacaq ilk oyundan öncə Almaniya milli komandasının sabiq kapitanları Yurqen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.

    Mərasimdə AVRO-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi iştirak edəcək.

    Qeyd edək ki, F.Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və dünya çempionu olub.

  • Rusiya klubunun 12 yaşlı hokkeyçisi dünyasını dəyişib

    Rusiyanın “Kristall” klubunun 12 yaşlı hokkeyçisi Makar Kirienko dünyasını dəyişib.
     
    Median.Az 
    “Report”a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    İyunun 8-də Berdskdə (Novosibirsk vilayəti) həyatını itirən yeniyetmə hokkeyçinin ölüm səbəbi açıqlanmayıb.