Month: June 2024

  • Azərbaycanda nikah yaşı bağlı YENİLİK

    Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

    “Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

    Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

    Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

  • Naxçıvanda yüksəkvəzifəli şəxs işdən ÇIXARILDI

    Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi işdən azad olunub.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, idarənin rəisi Zəka Seyidov işdən azad olunub.

    Digər sərəncamla İlham Rüstəmli idarəyə yeni rəis təyin edilib.

  • Лукашенко: Мы с удовольствием будет участвовать в возрождении освобожденных территорий Азербайджана

    Республика Беларусь будет участвовать в возрождении освобожденных территорий Азербайджана.

    Как передают белорусские СМИ, об этом президент страны Александр Лукашенко заявил в ходе встречи с председателем Милли Меджлиса АР Сахибой Гафаровой.

    Глава белорусского государства отметил, что с теплотой вспоминает свою недавнюю поездку в Азербайджан и, в частности, посещение освобожденных территорий, экскурсию по которым провел сам Президент Ильхам Алиев.

    “В Шуше я сказал ему: “Вы живете в раю”. Такого места я нигде не видел, побывав во многих местах нашей планеты: чистый воздух, прекрасная природа. Я уверен, вы совершите очередной подвиг, восстановив жизнь на этих территориях. Мы будем с удовольствием участвовать в этих работах, определили направления. Препятствий никаких нет”, – заявил Лукашенко.

  • Lukaşenko: “Belarus Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında məmnuniyyətlə iştirak edəcək”

    “Belarus Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək”.

    Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

    Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə birgə səfərini xoş təəssüratla xatırlayır.

    “Şuşada ona dedim: Siz cənnətdə yaşayırsınız. Mən heç yerdə belə gözəlliklə rastlaşmamışam. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə məmnuniyyətlə iştirak edəcəyik. Heç bir maneə yoxdur”, – o bildirib.

    Mənbə: Belarus KİV

  • Bakıda məktəbdə mühafizəçi şagirdi döydü – VİDEO

    Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

    Teleqraf.com xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.

    Baş verən hadisənin görüntülərini təqdim edirik:

  • Xəzər dənizi sahilində iki iaşə obyekti çirkab sularını küçəyə və dənizə axıdıb – RƏSMİ

    Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Bundan başqa. rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materialları da aşkarlanıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Мирзоян: Есть реальная возможность для завершения подготовки проекта мирного договора

    Глава МИД Армении Арарат Мирзоян заявил об историческом моменте в вопросе подписания мирного договора с Азербайджаном.

    “Есть реальная возможность, исторический момент для завершения подготовки проекта мирного договора, подписание которого может открыть новую дверь для долговременного мира в регионе”, – сказал министр в ходе второго заседания Стратегического диалога Армения-США в Ереване.

    Источник: Sputnik Армения

  • Mirzoyan: “Sülh müqaviləsi layihəsinin tamamlanması üçün tarixi imkan var”

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb.

    Bu barədə o, İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında bəyan edib.

    “Sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real bir imkan, tarixi məqam var və onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça bilər”, – deyə nazir bildirib.

    Mirzoyan vurğulayıb ki, Ermənistan həm də suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır.

    Tədbirdə iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen həmçinin bildirib ki, Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir.

    “Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini dəstəkləyirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səyləri dəstəkləməkdən məmnunuq “, – deyə dövlət katibinin müavini bildirib.

    Mənbə: “Sputnik” Ermənistan

  • İranda seçkiqabağı kampaniya başlayıb

    Bu gündən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayıb.

    Məlumata görə, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.

    Bu gün ilk olaraq təbliğata üç namizəd – Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq.

    Seçkiqabağı təbliğat kampaniyası iyunun 27-dək davam edəcək.

    Xatırladaq ki, İranda prezidentliyə altı namizəd var – parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İranın Təhlükəsizlik Şurasındakı ali rəhbər ayətullah Əli Xameneinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkian.

    İyunun 28-də İranda prezident seçkisi günüdür.

    Mənbə: Tasnim

  • В Баку погибла упавшая с девятого этажа школьница

    В Баку трагически погибла школьница.

    Как сообщает lent.az, инцидент произошел в жилом доме, расположенном на улице Джафара Хандана.

    Проживавшая там Нармин Алиева (2015 г.р.) упала с балкона квартиры на 9-м этаже.

    От полученных травм она скончалась на месте.

    По данному факту ведется расследование.