Month: June 2024

  • Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yaydı

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.

    “İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.

    Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

    Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.

    Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.

    Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.

    Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək”, – məlumatda vurğulanıb.

  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib – FOTO

    İyunun 11-12-də, əsasən, dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13,9-20,7 m/san təşkil edəcək.

  • “Abzas media” işində iki nəfərlə bağlı QƏRAR VERİLDİ

    “Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

    Qərara əsasən, H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın həbs müddəti 2 ay uzadılıb.

    Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

    Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

  • Bakıda maşın qaçıran şəxs kameraya düşdü (FOTO / VİDEO)

    Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes-Benz” markalı avtomobili qaçırılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.

    Qeyd edək ki, avtomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.

    İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.

    Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.



  • В Азербайджане сотрудник МЧС застрелил коллегу за рулем – ФОТО

    В азербайджанском городе Гяндже произошел кровавый инцидент.

    Находясь в автомобиле ВАЗ-2106 между двумя сотрудниками Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана произошел конфликт, который закончился стрельбой.

    Как сообщает Unikal, один из сотрудников министерства достал огнестрельное оружие и выстрелил в своего коллегу, находившегося за рулем автомобиля. 31-летний Мехрадж Асадов получил смертельное ранение и скончался на месте происшествия до приезда бригады скорой помощи, а транспортное средство перевернулось.

  • Azərbaycanda FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi – FOTO

    Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib.

    “Unikal”ın məlumatına görə, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib.

    1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

    Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

    Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.

  • Geomaqnit qasırğası gözlənilir

    İyunun 11-də geomaqnit qasırğası gözlənilir.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Bildirilib ki, geomaqnit sahəsi 8 iyunda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün G2 (orta), 11 iyunda isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

  • В Анкаре началась встреча Ильхама Алиева и Реджепа Тайипа Эрдогана один на один – ФОТО

    В Анкаре началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и его турецкого коллеги Реджепа Тайипа Эрдогана один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • Ankarada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb – FOTO

    Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • В Баку на проспекте Ататюрка начались ремонтные работы – ВИДЕО

    В Баку на проспекте Ататюрка начались ремонтные работы.

    Как сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана, ремонтируется участок дороги протяженностью 1,7 км от улицы Саттара Бахлулзаде до улицы Фатали хана Хойского.

    Агентство просит водителей быть внимательными при движении по проспекту, соблюдать требования временных дорожных знаков и правила дорожного движения.