Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1850 manat ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Month: İyun 2024
-
Xırdabuynuzlu heyvan oğurlayan şəxslər SAXLANILDI
-
Naxçıvanda avtomobil qəzası: Ölən var
Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınıb. 67-BG-464 dövlət nömrə nişanlı “Daimler Chrysler” markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən, Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb
Elan saytlarında mopet, playstation və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatların yerləşdirildiyi və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 2001-ci il təvəllüdlü Rəşad Adışov saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. R.Adışovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
-
Bəzi ərazilərə sulu qar yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
-
Mərhum xanəndənin nəvəsinin dəhşətli şəkildə öldüyü hadisə necə baş verib?
Mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, ötən il iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində baş vermiş hadisə ilə əlaqədar müəssisənin texnoloqu, Türkiyə vətəndaşı Atıf S. təqsirləndirilib.
Məhkəmədə mərhum Nurlan Cəbrayılovun ailə üzvləri bildiriblər ki, o, müəssisədə mühafizəçi kimi işə götürülsə də, heç bir təhlükəsizlik tədbirləri görülmədən təhlükəli istehsalat prosesinə qanunsuz olaraq cəlb edilib. Həmçinin Nurlan orada üç aydan artıq müddətdə çalışsa da, onun əmək müqaviləsi hadisədən sonra elektron sistemə daxil edilib və bununla da o xeyli müddət qanunsuz olaraq işləməyə məcbur edilib. Zərərçəkən tərəf texnoloqla yanaşı, MMC-nin təsisçisi və rəhbəri olan Etibar Baloğlanovun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
O da bildirilib ki, N.Cəbrayılov hadisə vaxtı, saat 23 radələrində gübrə istehsalı məntəqəsində tək olub və Atıf telefon vasitəsilə onu yönləndirib. Bu zaman gübrə məhlulu Nurlanın üzərinə tökülüb və onun bədəninin 80 faizindən çoxu yanıb. Ağır xəsarət alan gənc Bakıdakı ixtisaslaşmış xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.
Türkiyəli mütəxəssis Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun bir il müddətə texnoloq qablaşdırıcı vəzifəsi tutması da qadağan edilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.
-
11-ci mərtəbədə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində uşaqların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən xəbər verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.
-
Hindistanda istilər səbəbindən sutkada azı 85 nəfər öldü
Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər havanın yüksək temperaturu səbəbindən ölüb.
Median.Az bu barədə TACC-a istinadən xəbər verir.
Bununla belə, ən çox ölüm halı yüksək temperaturun yüksək rütubətlə daha da ağırlaşdığı Odişa ştatındadır.
Məlumata görə, Hindistanın şərq sahilində yerləşən bu ştatda istilərin 46 qurbanı qeydə alınıb, daha onlarla şəxs xəstəxanaya yerləşdirilib.
-
Mərdəkandakı avtoqəzada xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
“Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, bir nəfər xəsarət alıb”.
Median.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, 01.06.2024-cü il tarixində saat 07:58-də Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
“Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. Üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 39 yaşlı 1 nəfər isə (kişi cinsli) döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb”.
-
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur
“Azərişıq” relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur.
Rayon ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə davam etdirilir.
Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi isə başa çatıb.
Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri dxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşmış və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi Şəhərsalma Planına əsasən həyata keçirilir.
“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər regionlarında da əsaslı təmir və yenidənqurma işlərini paralel şəkildə davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
-
Azərbaycandan çıxışına qadağa qoyulan 419 nəfərin ölkəni tərk etməsinin qarşısı alındı
Bu ilin mayında ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.









