Month: June 2024

  • Bilirdinizmi? – Bu qidada yumurtadan 10 qat çox protein var

    İdmançılar üçün protein əzələlərin bərpası və böyüməsi üçün vacib bir qidadır.

    İdman fəaliyyəti zamanı əzələ lifləri gərilir və zədələnir ki, onları bərpa etmək üçün də idmandan sonra kifayət qədər protein qəbul etmək lazımdır.

    Bədənin proteinə olan tələbatını təmin etmək üçün idmançılar bir çox hallarda protein tozundan istifadə edirlər ki, onun da zərərli olub-olmadığı hər zaman müzakirə mövzusu olub və məsələ ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.

    Bəs proteinə olan tələbatımızı necə ödəyə bilərik? Aparılan araşdırmalar göstərir ki, bu zaman kəsmik sağlam həyat üçün mühüm qida qaynağı kimi önə çıxır. Təzyiq xəstələri də daxil olmaqla səhhətində müxtəlif problemləri olan şəxslərin belə heç bir problem olmadan istehlak edə biləcəyi kəsmik, tərkibindəki zülallar sayəsində bədənin proteinə olan tələbatını ödəməklə yanaşı həm də immun sistemini gücləndirir.
    //lent.az

  • Bakıda Türkiyə vətəndaşlarını aldadan qadın tutuldu

    Bakıda Türkiyə vətəndaşlarına qarşı dələduzluq edilib.

    Bu barədə polisə müraciət daxil olub.

    Keçirilən əməliyyat tədbirləri ilə Türkiyə vətəndaşı olan 3 nəfər qarşı dələduzluq etmiş Bakı şəhər sakini 50 yaşlı Afaq Sadıqova saxlanılıb.

  • Naxçıvanda bəzi vəzifəli şəxslər işdən azad olunub

    Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub.

    Bbununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.

    Artıq onun yerinə təyinat da var. Belə ki, Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.

    Digər sərəncama əsasən, Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi Anar Həziyev işdən azad olunub. İdarənin yeni rəisi Arzu Qurbanov təyin edilib.

  • КНДР снова запустила шары с мусором в Южную Корею

    КНДР снова запустила шары с мусором на территорию Республики Корея.

    Об этом сообщило агентство Yonhap со ссылкой на Комитет начальников штабов Вооруженных сил Республики Корея.

    “Северная Корея снова запустила шары с мусором”, – говорится в сообщении.

    Ранее заместитель министра обороны КНДР Ким Ган Иль сказал, что временно прекращается отправка шаров, поскольку эта мера носила ответный характер. 10 мая активисты-перебежчики отправили листовки в КНДР.

    Замминистра обещал стократный ответ в случае продолжения “заброса мусора и макулатуры” с южнокорейской стороны.

  • Şimali Koreya Cənubi Koreyaya yenidən içərisində zibil olan balonlar buraxıb

    Koreya Xalq Demokratik Respublikası (KXDR) yenidən Koreya Respublikasının ərazisinə içərisində zibil olan balonlar buraxıb.

    Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

    Qeyd edək ki, KXDR mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb.

  • Шейх Аль-Азхара подтвердил свое участие в СОР29

    Шейхом Аль-Азхара, верховный имам Ахмед Мухаммад Ат-Тайеб на встрече с президентом Азербайджана Ильхамом Алиевым в Египте поблагодарил за приглашение на 29-ю сессию Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) и сказал, что с удовольствием примет участие в этом мероприятии.

    Духовный лидер выразил удовлетворение тем, что Азербайджан полностью обеспечил свою территориальную целостность и суверенитет.

    Напомнив о проведении в Баку II Саммита религиозных лидеров мира, шейх Аль-Азхара выразил президенту Ильхаму Алиеву личную признательность за вклад Азербайджана в исламскую солидарность. Он отметил, что проводится совместная работа для организации в рамках СОР29 встречи религиозных лидеров.

    Верховный имам Ахмед Мухаммад Ат-Тайеб также сказал, что Аль-Азхар готов оказать поддержку преподаванию арабского языка в Азербайджане, довел до внимания, что в Аль-Азхаре обучаются и азербайджанские студенты.

  • Əl-Əzhəri Şərifin şeyxi COP29-da iştirak edəcəyini təsdiqləyib

    “Misirlə Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir”.

    Bunu Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

    O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.

    Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd etdi.

  • “Azərbaycan” gəmi-bərəsi Pekin-Paris ralli iştirakçılarını Bakıya gətirib

    Ənənəvi Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakı Limanına çatıb.

    Median.Az bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, ümumilikdə gəmiyə 92 ədəd unikal avtomobil yüklənib. Bu avtomobillərin orta yaşı 88-dir, ən köhnə avtomobilin isə 110 yaşı var.

    “İştirakçılar Bakıya bu gün çatıblar, buradan onlar Gürcüstana yola düşəcəklər. Bundan sonrakı marşrut xətti isə, Türkiyə, Yunanıstan, İtaliya və Fransa olacaq”, – Bakı Limanı bildirib.

    Qeyd edək ki, ilk dəfə 1907-ci ildə təşkil olunmuş ralli 14 000 km məsafəni əhatə edir.

  • США намерены продлить срок эксплуатации атомных подлодок класса Ohio

    Администрация Соединенных Штатов намерена продлить срок эксплуатации атомных подлодок класса Ohio, продолжать заниматься вопросами производства новой модификации ядерной бомбы B61 под обозначением B61-13.

    Об этом сообщил специальный помощник президента США, старший директор по контролю над вооружениями, разоружению и нераспространению в Совете национальной безопасности Белого дома Пранай Вадди.

    “Мы приняли решение о разработке гравитационной бомбы B61-13, которая обеспечит дополнительный потенциал для поражения некоторых труднодоступных и крупных военных целей и позволит нам выйти за пределы устаревшей бомбы B83-1, которую мы стремимся снять с вооружения. Мы также намерены продлить срок службы некоторых подводных лодок с баллистическими ракетами класса Ohio, чтобы обеспечить дополнительный задел при переходе от устаревших к современным возможностям в рамках всей триады”, – сказал он, выступая на ежегодном заседании вашингтонской Ассоциации по контролю над вооружениями.

  • ABŞ “Ohio” atom sualtı qayığının istifadə müddətini artırmaq niyyətindədir

    Amerika Birləşmiş Ştatları Administrasiyası “Ohio” sinfinə aid nüvə sualtı qayıqlarının istismar müddətini uzatmaq və B61-13 təyinatı ilə B61 nüvə bombasının yeni modifikasiyasının istehsalı üzərində işi davam etdirmək niyyətindədir.

    Bu barədə ABŞ Prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasında silahlara nəzarət, onların tərksilahı və yayılmaması üzrə baş direktor Pranay Vaddi bildirib.

    “Biz B61-13 qravitasiya bombasının hazırlanması barədə qərar qəbul etdik ki, bu da bəzi əlçatmaz və böyük hərbi hədəfləri vurmaq üçün əlavə potensial təmin edəcək və bizə silahlanmadan çıxarmaq istədiyimiz köhnəlmiş b83-1 bombasından kənara çıxmağa imkan verəcək. Həmçinin “Ohio” sinifli bəzi ballistik raket sualtı qayıqlarının xidmət müddətini uzatmaq niyyətindəyik ki, triadada köhnədən müasir imkanlara keçiddə əlavə irəliləyiş təmin edək”, – o, Vaşinqtonun Silahlara Nəzarət Assosiasiyasının illik iclasında çıxış edərkən deyib.