Month: June 2024

  • В Мексике 90 человек умерли от рекордной жары с середины марта

    По меньшей мере 90 человек погибли в Мексике с 17 марта от рекордной жары.

    Об этом говорится в опубликованном мексиканским Минздравом еженедельном отчете о надзоре за экстремальными температурами.

    “В текущий жаркий сезон (с 17 марта по 5 октября) зарегистрировано [связанных с высокими температурами] 90 смертей”, – отметили в ведомстве.

    К последствиям влияния высоких температур мексиканцы относят тепловые удары, обезвоживание и ожоги. Больше всего человек – 25 – умерло в штате Веракрус на побережье Мексиканского залива и в соседним с ним штате Табаско (15 человек).

    В Минздраве также прогнозируют, что в ближайшие дни в стране продолжится волна экстремально высоких температур. В штатах Баха Калифорния и Сонора столбики термометров превысят отместку 45 градусов.

  • Meksikada rekord istilərdən 90 nəfər ölüb

    Martın 17-dən bu günədək Meksikada azı 90 nəfər rekord istilərdən ölüb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyinin ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatında deyilir.

    “Cari isti mövsümdə (17 mart – 5 oktyabr) (yüksək hərarətlə əlaqəli) 90 ölüm faktı qeydə alınıb”, – qurumdan bildirilib.

    Yüksək temperaturun fəsadlarına günvurmalar, susuzlaşma və yanıqlar daxildir. Ən çox insan körfəz sahilindəki Verakruz (25 nəfər) və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.

    Səhiyyə Nazirliyi yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Bax Kaliforniya və Sonoran ştatlarında hərarət 45 dərəcəni keçəcək.

  • Azərbaycanda rəis vəzifəsindən azad olundu: Yeni təyinat var

    Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub, yeni rəis təyin edilib.

    Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov vəzifəsindən azad olunub.

    Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.

    Digər sərəncama əsasən, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Anar Həziyev işdən azad olunub. İdarənin yeni rəisi Arzu Qurbanov təyin edilib.

  • Rusiya FIDE üzvlüyündən çıxarılıb

    Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Komissiyası Rusiya Şahmat Federasiyasını (RŞF) iki il müddətinə təşkilata üzvlükdən məhrum edib.

    Bu qərara səbəb Rusiya Şahmat Federasiyasına sanksiyalar altında olan şəxslərin daxil olması olub. Diskvalifikasiyaya RŞF-nin Krımda turnirlər və tədbirlər keçirməsi də təsir edib.

    Sonuncu məqam isə siyasi neytrallığa əməl edilməməsi olub.

    Bundan əlavə, FIDE prezidenti Arkadi Dvorkoviç RŞF Himayəçilər Şurasının üzvü olmasına görə töhmət alıb.

    Qeyd edək ki, sözügedən qərar 60 gün sonra qüvvəyə minəcək.

    Mənbə: Dw.com

  • Goranboyda güclü sel: Bəzi kəndlərə gediş-gəliş dayandı – Rəsmi şəxslər ezam olundular

    Güclü yağışdan sonra Goranboya sel gəlib.

    APA-nın məlumatına görə, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.

    Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.

    Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.

  • Türkiyənin azərbaycanlı astronavtı kosmosa uçub

    Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

    Uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

    Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

    Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

    Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.
     
    ///report

  • Yeni Kaledoniyada iğtişaşlar: Ölənlərin sayı 8 nəfərə çatıb

    Yeni Kaledoniyada iğtişaşlar nəticəsində daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.

    AZƏRTAC xəbər verir ki, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.

    Prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib.

    Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə – 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

    Fransa parlamenti tərəfindən sözügedən islahata baxılması ərəfəsində yeni Kaledoniyada iğtişaşlar və jandarmların müstəqillik tərəfdarları ilə ilk toqquşmaları başlayıb. Səlahiyyətli orqanlar “misli görünməmiş zorakılıqlar” barədə məlumat veriblər. Arxipelaq ərazisində fövqəladə vəziyyət elan edilib, “TikTok” bloklanıb, Parisdən hərbi dəstək göndərilib.

  • Qəbiristanlıqda narkotik əkib-becərən tutuldu

    Qaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Qela Vasilyeviçin Saknelaşvili saxlanılıb.

    Median.Az lent.az-a istinadən bildirir ki, onun rayonun Qaxingiloy kəndində yerləşən qəbiristanlıqda aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Стивен Сигал прилетел в Баку – ВИДЕО

    Cтивен Сигал прилетел в Баку по приглашению Эмина Агаларова.

    Об этом сообщают местные Telegram-каналы.

    Отметим, что 10 июня состоится закладка звезды Cтивена Сигала.

    Стивен Фредерик Сигал – американский актер, кинопродюсер, сценарист, кинорежиссер, музыкант и мастер айкидо.

  • Stiven Siqal Bakıda – VİDEO

    Məşhur Hollivud ulduzu Stiven Siqal Azərbaycanın Xalq Artisti Emin Ağalarovun dəvəti ilə Bakıya uçub.

    İyunun 10-da Stiven Siqalın adı yazılmış ulduzun həkk olunması mərasimi baş tutacaq.

    Qeyd edək ki, Stiven Frederik Siqal amerikalı aktyor, prodüser, ssenarist, kinorejissor, musiqiçi və aykido ustası kimi tanınır.