Month: June 2024

  • Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda seysmik ocaqlar aktivləşə bilər

    Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.

    Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.

    Bəs, bunun Azərbaycana təsiri ola bilərmi?

    Mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək:

    “Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər”.

  • Şamaxıda yeniyetmə söyüşə görə QAN TÖKDÜ

    Şamaxıda bıçaqlanma hadisəsi olub.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saat 23 radələrində Şamaxı şəhərində baş verib.

    Şəhər sakini 16 yaşlı M.Ələkbərov xuliqanlıq zəminində həmyaşıdı K.Piriyevə bıçaqla xəsarət yetirib.

    Xəstəxanaya yerləşdirilmiş K.Piriyevin vəziyyəti qənaətbəxşdir.

    Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə törədilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı araşdırmalara başlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb.

  • Bayden Ukraynaya 225 milyon dollarlıq hərbi yardım ayırıb

    ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə həmin ölkəyə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.

    Bayden bildirib ki, yeni yardım paketi ordunun silah-sursat, eləcə də hərbi texnika ilə təchizatına sərf olunacaq.
     

  • Azərbaycanda qarayara təhlükəsi ilə bağlı dövlət qurumları hərəkətə keçdilər

    “Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:

    “Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.

  • Şəki sakini kombaynın altında qalaraq öldü

    Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.

    Hadisə rayonun Sarıca kəndində baş verib.

    Belə ki, Qayabaşı kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən nəqliyyat hadisəsi hərəkətə gəlib. Nəticədə o, kombaynın altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi

    Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliyə əsasən, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri siyahıdan çıxarılıb.

  • Bəhreyn kralı Prezident İlham Əliyevi təbrik edib

    Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

    Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq. Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk”.

  • Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib – FOTO

    Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi vəfat edib.

    Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, məktəbin fəal və nümunəvi şagirdi olan Leyla Anar qızı Nurməmmədova xəstəlik səbəbindən dünyasını dəyişib.

  • Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüsal Muradov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış zamanı külli miqdarda heroin və marixuana, eləcə də narkotik tərkibli həblər aşkarlanıb.

    Araşdırmalar zamanı V.Muradovun narkotik vasitə və həbləri sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirdən aldığı müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi

    Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.

    APA xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan-Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.