Month: June 2024

  • Bakı həbsxanasında məhkum öldü

    Bakıda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Fuad Oruc oğlu Əliyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • Bakıda blokun girişi çökdü, qadın yaralandı – VİDEO

    Bakının Xətai rayonunda yaşayış binasında giriş blokunun önü çöküb. Hadisə Köhnə Günəşli qəsəbəsindəki Mehmandarov küçəsində baş verib.

    Sakinlər hadisə yerindən çəkdikləri görüntüləri “Qafqazinfo”ya göndəriblər.

    Görüntülərdə vətəndaşların xəsarət alan bir şəxsə kömək etdikləri görünür.

    Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, çökmə qeydə alınandan sonra əraziyə tibbi yardım briqadası cəlb olunub: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.06.2024-cü il tarixində saat 10:10 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 74, blok 8 ünvanında balkonun çökməsi və bir nəfərin (qadın cinsli) xəsarət alması səbəbilə müraciət daxil olub.
    Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 58 yaşlı şəxsə diz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. O, hospitalizasiyadan imtina edib”.

  • Narkotikin təsiri altında olan sürücünün sərnişinindən də marixuana aşkarlandı

    Lerikdə narkotikin təsiri altında maşın idarə edən şəxs saxlanıldı.

    “Toyota Prius” markalı avtomobillə Lerik şəhəri ərazisində hərəkətdə olan sürücü İlqar Ağayev işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona rayon polis şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

    Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə İ.Ağayevin narkotik vasitə istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan Furqan Səfərovdan marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

  • Paşinyan COP29 üçün Bakıya gələcək?

    Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 zirvəsində iştirakı ilə bağlı şayiələr təkzib edilib.

    Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib:

    “Belə bir səfər planlaşdırılmayıb”.

    Qeyd edək ki, buna qədər Ermənistan KİV-də Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi.

    Mənbə: Sputnik Ermənistan

  • Meteohəssas insanlar üçün vacib MƏLUMAT

    İyunun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Oman Sultanlığına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirimiz kimdir? – DOSYE

    Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Median.Az yeni təyin olunan səfirin dosyesini təqdim edir:

    Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib.

    1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

    2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib.

    1996-2003-cü illərdə Həyat Qeyri Hökümət Təşkilatının Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

    2003-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı”nın layihə rəhbəri olub. “Milli Sosial Müdafiə Sisteminin İnkişaf Proqramı”nın koordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasının hazırlanmasında yaxından iştirak edib.

    2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC-də biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya-Azərbaycan Ticarət Palatasının rəhbəri olub.

    2009-2010-cu illərdə Bank VTB-də (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olub.

    2011-2015-ci illərdə SOCAR – “Ekol Mühəndislik Xidmətləri” QSC-də baş direktorun müavini olub.

    10.09.2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

    07.02.2018 tarixində Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

    Evlidir, iki övladı var.

    İngilis, türk və rus dillərini bilir.

  • Эмине Эрдоган: Сессия COP29 в Баку станет важным саммитом, итоги которого запомнятся

    В Турции очень рады тому, что лидеры всего мира соберутся в нынешнем году в жемчужине тюркского мира – братском Азербайджане с целью обсуждения темы климатических изменений.

    Об этом заявила супруга президента Турции Эмине Эрдоган, обращаясь в режиме видеоконференции к участникам второго заседания Консультативного совета высокого уровня ООН по нулевым отходам.

    По ее словам, Азербайджан обладает древней культурой и богатыми традициями, в основе которых лежат принципы уважения к окружающей среде.

    “Уверена, что сессия COP29 в Баку станет важным саммитом, итоги которого запомнятся. Хотелось бы также подчеркнуть, что вместе с моим другом – Первым вице-президентом Азербайджана Мехрибан Алиевой готовы к совместным усилиям по расширению рамок экологических инициатив в тюркском мире”, – отметила она.

    Источник: “Анадолу”

  • Əminə Ərdoğan: “Bakıda keçiriləcək COP29-un nəticələri yaddaşlarda qalacaq”

    “İqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən COP zirvəsinin bu il türk dünyasının incisi olan qardaş ölkəmiz Azərbaycanda keçirilməsindən çox xoşbəxtik”.

    Bu sözləri Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin “Sıfır tullantı” üzrə Yüksəksəviyyəli Məşvərət Şurasının ikinci iclasının iştirakçıları qarşısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

    O, Azərbaycanın qədim mədəniyyətə və ətraf mühitə hörmət prinsiplərinə əsaslanan zəngin ənənələrə malik olduğunu vurğulayıb.

    “Əminəm ki, COP29-un Bakıda keçiriləcək sessiyası mühüm sammit olacaq və onun nəticələri yaddaşlarda qalacaq. COP29 sammiti münasibətilə biz Məşvərət Şurasının 3-cü rəsmi iclasını Azərbaycanın paytaxtında üzbəüz keçirmək istəyirik. Eyni zamanda, biz “sıfır tullantı” gündəliyinin sammit proqramına inteqrasiyası istiqamətində təşəbbüslərimizi davam etdiririk. Onu da bildirmək istəyirəm ki, Birinci vitse-prezident, dostum Mehriban Əliyeva ilə türk dünyasında ekoloji araşdırmaları gücləndirəcək əməkdaşlıq etmək niyyətindəyik”, – deyə Türkiyə liderinin xanımı vurğulayıb.

    Mənbə: “Anadolu” Agentliyi

  • Azərbaycanın Omandakı səfiri dəyişdirildi – SƏRƏNCAM

    Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Azərbaycanda üç xanım yüksək vəzifəyə təyin edilib

    Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.

    Məlumat üçün bildirilir ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan Şəhər Prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

    Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.