Month: June 2024

  • Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşüb

    Ermənistan sərhədçisi Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndindəki kilsə yaxınlığında minaya düşüb.

    Bu barədə Ermənistan mediası xəbər yayıb.

    Bildirilir ki, hərbçi ayağından yaralanıb. Hərbçi Noyemberyandakı xəstəxanaya çatdırılıb.

  • Azərbaycanlı ilk dəfə kosmosa uçur – TARİX AÇIQLANDI (FOTO)

    Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever iyunun 8-də kosmosa yola düşəcək.

    Median.Az yerli mətbuata istinadla bildirir ki, kosmosa səyahəti barədə danışan Tuva Cihangir uçuş zamanı uniformasında Türkiyə bayrağının yanında Azərbaycan bayrağının da olacağını deyib.

    Türkiyənin Azərbaycan əsilli kosmonavtı kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.

  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi dəyişdi

    “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasının sədri olub.

    Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri Ədalət Əliyev Müşahidə Şurasının üzvləri olub.

    Dəyişiklikdən öncə, Müşahidə Şurasının sədri Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov idi.

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Asif Əzizağa oğlu Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Bakıda quldurluq edən şəxs daha sonra zərərçəkənin kartı ilə alış-veriş edib

    İyunun 5-də saat 3 radələrində Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, iki ədəd mobil telefonunu və bank kartını əlindən alıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Sahib İsmayılov saxlanılıb. S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Vergi sahəsində yeni güzəştlər

    Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə gəlir vergisindən azad fiziki şəxslərin siyahısı genişləndirilib.

    Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilib.

    Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad olunub.

    Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilib.

    Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı – 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad ediliblər.

    Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1157-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

  • Kiberdələduzlar Elşad Hacıyevi aldatmaq istədi

    Kiberdələduzlar Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyevi də aldatmaq istəyib.

    Bu barədə Elşad Hacıyev özü məlumat verib.

    Onun sözlərinə görə, kiberdələduz israrla ondan guya ölən qohumundan miras qaldığını iddia edərək şəxsi məlumatlarını ələ keçirmək istəyib.

    DİN rəsmisi kiberdələduzla yazışmasını ictimailəşdirib.

    Həmin yazışmanı təqdim edirik:

    Salam Elşad Hacıyev.

    Mən sizə tərcüməçi dili ilə yazıram. Adrian Hacıyev adlı şəxsi axtarıram. Beləliklə, mən sizin profilinizi Facebook-da görəndə bir-birimizə ən yaxşı şəkildə necə kömək edə biləcəyimizi anlaya bilmək üçün sizi əlavə etmək və bu yazını yazmaq qərarına gəldim. Adim Azara Yucil xanim, ISBANKASI-da Türkiyənin İstanbul şəhərində bank meneceri işləyirəm. Düşünürəm ki, indi görüşməyim Allahın istəyi idi. Sizinlə bölüşmək istədiyim vacib bir iş söhbətim var. Əminəm ki, adınıza/millətinizə aid olduğu üçün maraqlı tapacaqsınız və sizin üçün faydalı olacaq.

    İndi, İstanbulda burada qızıl alveri ilə məşğul olan ölkənizin vətəndaşı, məşhur cənab Adrian Hacıyevin mənim bankımda 2007-ci ildə 9.500.000.00 (doqquz milyon beş yüz) ABŞ dolları məbləğində 108 aylıq müddətli əmanəti var idi. Bu əmanətin müddəti sonuncu dəfə başa çatıb. il. Adrian Hacıyev aprelin 30-da Türkiyənin Ankara vilayətində Covid19 2020 pandemiyası nəticəsində dünyasını dəyişənlər arasında olub.

    Onun ölümündən hələ bank müdirlərimin xəbəri yoxdur, onun mühasibi olduğum üçün bilirlər. Hesabı açarkən qohumlarını/varislərini göstərməyib, nikahda olmayıb, qohum tapılmayıb. Keçən həftə bank rəhbərliyim qeyri-aktiv və tərk edilmiş depozit hesablarını nəzərdən keçirmək üçün iclas keçirdi. Bunun olacağını bilirdim, ona görə də bu vəziyyəti həll etmək üçün bir yol axtarırdım, çünki bank müdirim onun ölümünü bilsəydi, bank pulu onun müdirinə göndərərdi. Buna görə də bunun baş verməsini istəmirəm. Beləliklə, təfərrüatları görəndə sevindim.

    İndi siz onunla eyni soyad və milliyyətə sahib olduğunuz üçün özünüzü hesabda növbəti ailə üzvü/varisi kimi təqdim etmək üçün yardımınızı xahiş edirəm. Bank filialım mənim köməyimlə hesabınızın kilidini açacaq. Heç bir risk yoxdur; Əməliyyatlar sizi istənilən qanun pozuntusundan qoruyan hüquqi müqavilələr əsasında aparılır. Bankirlərin onu sovuraraq öz aralarında bölüşdürmələrinə icazə verməkdənsə, pul istəmək daha yaxşıdır. Mən acgöz adam deyiləm, ona görə də təklif edirəm ki, pulu 50/50-yə sizinlə mənim aramızda bölək. Nə düşündüyünüzü mənə bildirin və bu məlumatı məxfi saxlayın. Aşağıdakı şəxsi e-poçt ünvanıma təcili cavab alan kimi ətraflı məlumat verəcəyəm.

    E-poçt: ***********478@gmail.com

    ***
    Zəhmət olmasa, mənim e-poçt ünvanım vasitəsilə mənimlə əlaqə saxlayın ki, mən və bu əməliyyat haqqında bilməli olduğunuz bütün təfərrüatları sizə göndərim

    ***

    Əziz dostum, sənin milliyyətin azərbaycanlıdır. Ümid edirəm ki, siz mənim təklifimin məzmununu oxuyub başa düşmüsünüz. Sizi mərhum Adrian Hacıyevin yaxın qohumu/varisi kimi tanıtmaq üçün sadəcə köməyinizə ehtiyacım var, çünki onun ölümündən sonra heç bir qohum tapa bilməmişəm və heç kim iddia irəli sürməyib. Zəhmət olmasa, mənim e-poçt ünvanım vasitəsilə mənimlə əlaqə saxlayın ki, mən və bu əməliyyat haqqında bilməli olduğunuz bütün təfərrüatları sizə göndərim.

    ***

    Cavab verirəm ki, elə qohumum yoxdur və davam edir:

    Bilməlisən ki, yaxın qohum olana qədər insanla münasibət qurmaq heç də həmişə məcburi deyil. Ölümündən bu illərdən bəri ailə üzvlərini tapa bilmədiyim üçün sizin köməyinizə ehtiyacım var. iddia üçün. Mənə lazım olan tək şey sizin əməkdaşlığınızdır və bankın sizdən ehtiyac duyacağı bütün detalları sizə təqdim edəcəyəm, əməliyyat qanuni şəkildə aparılacağı üçün panikaya düşməyinizə ehtiyac yoxdur.

    ***

    İndi etdiyim şey başqasının edəcəyi şeydir və əgər uğursuz olsam, bankım/hökumətim miras üzərində əbədi oturmaq fürsətindən istifadə edəcək. Mən bu böyük fürsəti əldən buraxa bilmərəm. Nə demək istədiyimi bilməlisən. Başa düşürəm ki, bu adda başqaları da var, amma intuisiyam sizin hesabınıza pul daxil olduqdan sonra müddəti bitməyən yaxşı bir insan olduğunuza inanmağı seçdi. Mən sizi tam başa düşürəm, lakin diqqətinizi tolerantlığınıza çatdırmaq istəyirəm ki, bu qutunu heç bir şey etmədən əlinizə həvalə edərək, sizə ən böyük etimad göstərən şəxs olduğumu nəzərə alaraq, sizi bu əməliyyatda iştirak etməyə məcbur etmirəm. onu hesabınıza köçürdükdən dərhal sonra qutudan qaçmağa qərar verə biləcəyinizi bilirsiniz ki, bir insan olaraq biz bunun əksinə inanırıq və mən də sizi əmin etmək üçün vasitələrdən istifadə etmək istəyirəm ki, bu əməliyyat hüquqi prosedurlara uyğun həyata keçiriləcək. Qanunu pozmadan.

    Və cavab gözləyir…

  • Müəllimlər üçün şad xəbər – Bu halda 1300 manat maaş alacaqlar

    Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

    O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.

  • Naxçıvanda 38 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

    Naxçıvan Muxtar Respublikası ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

    Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

    Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

  • Bakıda hosteldən çürümüş qadın meyiti tapıldı

    Bakıda hosteldən qadın meyiti tapılıb.

    Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    Rayon ərazisində yerləşən hostellərdən birində 61 yaşlı Aybəniz Məmi qızı Şabanovanın çürümüş meyiti aşkar edilib.

    Məlumata əsasən, qadın həmin hosteldə yaşayırmış.

    Cəsəddə zorakılıq əlamətləri olmayıb.

    Faktla bağlı araşdırma aparılır.