Month: June 2024

  • Azərbaycanda dövlət xətti ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi müddəti azaldıldı

    “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliyə əsasən, Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçir və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir.

    Buna qədər bu müddət 10 gün kimi qəbul edilmişdi.

    Bundan başqa, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini davam etdirməlidir.

  • TÜRKPA-ya sədrlik Azərbaycana keçib

    TÜRKPA-ya sədrlik Azərbaycana keçib.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında qəbul edilib.

    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib.

  • Тяжелое ДТП в Азербайджане: есть погибшие и пострадавшие

    В Джалилабадском районе произошло дорожно-транспортное происшествие с участием автобуса.

    В ответ на запрос Report в лянкяранской региональной группе пресс-службы МВД заявили, что около 10:00 водитель Я.Багиров потерял управление микроавтобусом Mercedes-Benz, после чего транспортное средство опрокинулось.

    В результате пассажиры микроавтобуса С.Кязымова и К.Шукюрова погибли на месте, ещё несколько пассажиров получили различные телесные повреждения.

    Расследование по данному факту продолжается.

    * * * * *

    В селе Садатлы Джалилабадского района произошло дорожно-транспортное происшествие.

    Как передает Report, по предварительной информации, автобус, направлявшийся в центр отдыха, попал в аварию. В результате погибли 2 человека, есть множество раненых.

    Пострадавшие были госпитализированы.

    В настоящее время уточняются подробности происшествия и личности погибших и раненых.

    По данному факту ведется расследование.

  • Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var – VİDEO (Yenilənib)

    Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan oxu.az-a bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov “Mercedes-Benz” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib. İlkin ehtimala görə nəqliyyat vasitəsi yoxuş yolda əyləc sistemində yaranmış nasazlıqlıq səbəbindən arxaya doğru hərəkət edərək aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Cəlilabadda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

    Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

    Hazırda hadisənin təfərrüatı, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане директор института подал в отставку

    Директор Института фольклора Национальной академии наук Азербайджана (НАНА) Мухтар Иманов подал в отставку.

    Об этом сообщает yenisabah.az.

    По информации, вчера в конце рабочего дня он через своего помощника подал президенту НАНА заявление об уходе.

  • Azərbaycanda institut direktoru istefa verdi

    Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib.

    Bu barədə Yenisabah.az məlumat verib.

    Onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir.

  • Ильхам Алиев принял председателя Жогорку Кенеша Кыргызстана

    6 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял председателя Жогорку Кенеша Кыргызской Республики Нурланбека Шакиева.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Гусарском районе найдена женщина, которая числилась пропавшей без вести в течение 9 месяцев

    Сотрудники полиции за минувшие сутки нашли 10 человек, которые считались пропавшими без вести.

    Об этом сообщили в Министерстве внутренних дел.

    В частности, с 15 сентября 2023 года в селе Юхары Зейхур Гусарского района разыскивалась пропавшая без вести 30-летняя женщина, с 27 апреля на территории Кюрдамирского района – пропавшая с несовершеннолетним ребенком 28-летняя женщина, с 25 апреля на территории поселка Локбатан Гарадагского района Баку – 50-летний мужчина, с 15 мая в поселке Новханы Абшеронского района – 25-летняя женщина вместе с малолетним ребенком, с 27 мая в городе Гянджа – 24-летний мужчина, с 28 мая на территории Низаминского района Баку – 16-летняя девушка, с 31 мая на территории Шабранского района – 22-летняя женщина, с 3 июня на территории Хатаинского района Баку – 32-летний мужчина.

    Было отмечено, что все вышеназванные граждане были найдены.

  • Qusarda 9 aydır itkin kimi axtarışda olan qadın tapıldı

    İyunun 5-də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü il sentyabrın 15-dən Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı qadın, aprelin 25-dən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, aprelin 27-dən Kürdəmir rayonu ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 28 yaşlı qadın, mayın 15-dən Abşeron rayonunun Novxanı kəndi ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı kişi, mayın 28-dən Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız, mayın 31-dən Şabran rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 22 yaşlı qadın və iyunun 3-dən Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.