Month: June 2024

  • “Windows 11″də tətbiq olunan yeni funksiya kiberhücumlara qapı açır?

    Kibertəhlükəsizlik üzrə ekspert Kevin Bomont istifadəçinin kompüterdə addımlarının geniş tarixçəsini yaratmaq üçün nəzərdə tutulmuş “Windows 11 24H2″də “Recall” funksiyasını tənqid edib.

    O bildirib ki, yenilik kiberhücumlara qarşı həssas ola bilər.

    Bomont qeyd edib ki, sınaq zamanı o, “SQLite” verilənlər bazasında “Recall” funksiyasının məlumatların saxlandığını aşkar edib ki, bu da potensial olaraq təcavüzkarlara qapı aça bilər.

    “Microsoft” məlumatların yerli olaraq saxlandığı və şifrələndiyi üçün təhlükəsiz olduğunu bildirir. Lakin Bomont bu iddiaları təkzib edərək bildirib ki, verilənlər bazasına uzaqdan giriş “AppData” faylları vasitəsilə, hətta administrator hüquqları olmadan da mümkündür. İddiasını dəstəkləmək üçün o, “Recall” proqramının buraxılışdan öncəki versiyasından məlumatları çıxarıb və verilənlər bazası fayllarında axtarış etmək qabiliyyətini nümayiş etdirmək üçün vebsayt yaradıb.

    “Microsoft” şirkəti ekspertin ittihamlarına hələlik münasibət bildirməyib. “Windows 11 24H2” yeniləməsi ilə “Snapdragon X” çiplərinə əsaslanan ilk “Copilot+” notbukları iyunun 18-də satışa çıxarılacaq və digər istifadəçilər payıza yaxın yeniləməni alacaqlar.

    Mənbə: Gazeta.ru

  • Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.

    Məlumata görə, hadisə Meksikada baş verib.

    Qeyd olunub ki, Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib.

    Bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.

    Qeyd olunub ki, virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Mövcud məlumatlara əsasən, ÜST bu virusdan ümumi əhali üçün mövcud riski aşağı kimi qiymətləndirir.

    Söhbət ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayan 59 yaşlı Meksika ştatının sakinindən gedir. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, bundan əvvəl də insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilib. Lakin bəhs olunan hallar rəsmi olaraq laboratoriya tərəfindən təsdiq edilməyib.

    Mənbə: Reuters

  • Ekspertdən xəbərdarlıq: Yaddaş gücləndirici dərmanların fəsadları AÇIQLANDI – VİDEO

    İmtahanda uğur qazanmaq üçün həm abituriyentlər, həm də tələbələr yaddaş gücləndirici dərmanlara üstünlük verirlər.

    Xezerxeber.az-ın məlumatına görə, bu tendensiya son vaxtlar daha da artıb.

    Abituriyentlərlə yanaşı bəzi valideynlər də övladlarına belə dərmanlar alırlar.

    Əczaçılar bildiriblər ki, yaddaş gücləndirici dərmanlara tələbat artıb.

    Ekspertlər isə bununla bağlı xəbərdarlıq edirlər. Belə ki, yoxlamadan keçmədən bu dərmanların istifadəsi bir çox problemlərə yol aça bilər.

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev isə bildirib ki, mikroelement, mineral vitamin çatışmazlığı, xroniki yorğunluq, stress xəstədə yaddaş probleminə gətirib çıxarda bilir:

    “Bəzi insanlar isə diqqətini toplaya bilmədiyindən bunu yaddaş problemi kimi qələmə verirlər. Bu zaman bəzən psixotrop dərmanlar belə qəbul edilir. Bu da bəzilərində sonradan asılılıq yaradır. Yüksək dozada qəbul edildikdə isə gənclərdə daha ağır fəsadlara gətirib çıxara bilər. Belə problemi olanlar mütləq şəkildə həkimə müraciət etməlidirlər”.

    Ətraflı süjetdə:

  • 1961-ci ilə aid “Leyli və Məcnun” filminin çəkilişindən KADRLAR – VİDEO

    AzTV-nin “Qızıl Fond”u 1961-ci ilə məxsus nadir görüntülərini təqdim edib.

    Kadrlarda “Leyli və Məcnun” filminin çəkiliş prosesini görmək mümkündür.

    Qeyd edək ki, “Məhəbbət haqqında dastan” adlanan bu filmin ssenari müəllifi yazıçı Ənvər Məmmədxanlıdır.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda işləməyən fəvvarələr kimə lazımdır? – VİDEO

    Paytaxtda bəzi yerlərdə fontanlar işlək vəziyyətdə deyil.

    Zabitlər bağında olan fəvvarəni nümunə kimi göstərmək olar.

    Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildirilib ki, parkdakı fəvvarədə təmir işləri yekunlaşıb və iki gün ərzində işə salınacaq.

    Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədovun sözlərinə görə, Zabitlər bağı ilə Cavanşir parkında olan fəvvarələr qurumun tabeliyində deyil:

    “İdarənin xidmətində olan bütün fəvvarələr işlək vəziyyətdədir. Havaların isinməsi ilə əlaqədar olaraq fontanlar gün ərzində 10 saat işləyir”.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Kartda olan pullarımızı necə qoruyaq? – VİDEO

    Vətəndaş ona göndərilən linkə daxil olur, öz şəxsi məlumatları ilə birgə kartın üzərində olan rəqəmləri yerləşdirir və balansında olan pul çıxarılır. Son günlər ölkədə bu formada 10 minlərlə manat talanıb.

    Təkcə iki gün əvvəl bank kartı məlumatlarının daxil edildiyi, alış veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11 205 manat oğurlanıb.

    Bu problem isə insanlarda bank kartlarına olan güvəni sarsıdır.

    Paytaxt sakinlərinin əksəriyyəti isə bildiriblər ki, kartda pul saxlamırlar.

    İT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, illərdir maarifləndirici tədbirlər aparılsa da, hələ də hiylələrə aldananlar var.

    Mütəxəssis pulun oğurlanmaması üçün kartın CVV kodunu və şifrəsini gizli saxlamağı məsləhət görüb.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Valideyn bağçaya qəbul üzrə qeydiyyatdan NARAZIDIR: Növbə silinib – VİDEO

    Valideyn məktəbəqədər təhsil müəssisəsinə qeydiyyat prosesindən narazıdır.

    Belə ki, Mirrəsul Cəfərov mayın 24-də övladını qeydiyyatdan keçirmək üçün növbə gözləyirmiş.

    O bildirib ki, ötən ilin dekabr ayından qeydiyyata düşərək 11-ci sırada yer alıb. Bu yaxınlarda isə sistemdə yeri yeddinci sıranı göstərib və sonra növbə silinib.

    Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bilirilib ki, hər il may ayının sonunda sözügedən sistem müvəqqəti bağlanır:

    “Uşaqlar qrupdan-qrupa keçdiyi üçün may ayında sistem müvəqqəti bağlanır ki, bu proses daha da şəffaf keçsin”.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • “Qırmızı şeytanlar” səkkiz futbolçu ilə yolları ayırdı

    “Mançester Yunayted” klubu səkkiz futbolçusu ilə yolları ayırıb.

    Məlumata görə, “qırmızı şeytanlar” Antoni Marsyal və Rafael Varanın müqavilələrini yeniləməyiblər.

    Brendon Uilyams, Çarli Maknil, Markus Lourens və Kay Plamli azad agent statusu alıb. “Mançester Yunayted”in gənclər komandasının məşqçisi Tom Haddlstounla da müqavilə yenilənməyib. İspaniyalı Alvaro Fernandes isə Portuqaliyanın “Benfika” klubuna keçib. Mançester təmsilçisi Conni Evans, Tom Hiton və Şola Şortayrla yeni müqavilə üçün danışıqlar aparır. Bundan əlavə, klub Omari Forsona artıq öz təklifini edib.

    Qeyd edək ki, “Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünü 60 xalla səkkizinci pillədə başa vurub.

    Mənbə: Skysports.com

  • Обнародованы оптовые цены после резкого подорожания муки в Азербайджане – ФОТО

    Обнародованы оптовые цены на муку в Азербайджане.

    Как сообщает iqtisadiyyat.az, в последние дни в нашей стране наблюдается стремительное подорожание муки.

    Отмечается, что по сравнению с прошлым месяцем оптовая стоимость продукта выросла на 2-4 маната. Несмотря на отсутствие комментариев о причинах подорожания, производители уже предлагают муку по новым, более высоким ценам.

    Согласно официальным данным, в настоящее время 50-килограммовый мешок муки стоит в стране от 27,4 до 29 манатов. В прошлом месяце этот показатель составлял 24,6-26,7 маната.

    Самая низкая стоимость данного продукта – у производителя ООО Dəvəçi-Taxıl, а самая высокая – у СП Azeri-Arapoğlu U.S.və T.LTD и ООО Nural.

    Ниже, согласно данным Госслужбы по антимонопольному контролю и надзору за потребительскими рынками при Министерстве экономики, приведены актуальные оптовые цены на муку от производителей:

  • Azərbaycanda unun qiymətinin kəskin artımından sonrakı topdansatış QİYMƏTLƏRİ – FOTO

    Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.

    İqtisadiyyat.az xəbər verir ki, son günlər Azərbaycanda unun qiyməti bahalaşıb.

    Ötən ayla müqayisədə unun topdansatış qiymətində iki-dörd manat artım qeydə alınıb. Bahalaşmanın səbəbləri göstərilməsə də, istehsalçılar bu məhsulu yeni qiymətə təklif edirlər.

    Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kiloqramlıq unun topdansatış qiyməti 27,40-29 manat aralığında dəyişir. Ötən ay isə bu rəqəm 24,60-26,70 manat idi.

    Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM və “Nural” MMC tərəfindən bazara təqdim olunur.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: