Month: June 2024

  • В Джалилабаде участились случаи нападения скорпионов и змей на людей

    В мае в Джалилабадской центральной районной больнице были зарегистрированы четыре случая нападения ядовитых животных.

    Об этом Report сообщили в медучреждении.

    Отмечается, что в отделение неотложной помощи обратились четверо пострадавших от укусов змей и скорпионов.

    Среди них – мужчина 1983 (г.р.) и мальчик 2009 (г.р.), которых ужалил скорпион. Кроме того, двухлетнюю девочку и еще одного мужчину (1996 г.р.) укусила змея.

    Всем пострадавшим была оказана необходимая медицинская помощь, после чего они были выписаны из медучреждения на амбулаторное лечение

  • Cəlilabadda əqrəb və ilanlar sakinlərə hücum edirlər

    Ötən ay Cəlilabadda iki nəfəri əqrəb, iki nəfəri isə ilan sancıb.

    Bu barədə “Report”a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

    Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə dörd nəfər müxtəlif heyvanların sancması səbəbi ilə müraciət edib.

    1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbi ilə müraciət edib.

    Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

  • Президент Ильхам Алиев принял делегацию ТЮРКПА

    6 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального секретаря ТЮРКПА Мехмета Сурейю Эра, председателя Великого национального собрания Турции Нумана Куртулмуша, председателя Мажилиса парламента Казахстана Ерлана Кошанова, председателя Жогорку Кенеша Кыргызстана Нурланбека Шакиева, председателя Сената Олий Мажлиса Узбекистана Танзилю Нарбаеву, председателя Ассамблеи Турецкой Республики Северного Кипра Зорлу Торена и заместителя председателя Национального собрания Венгрии Марту Матрай.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Məhkəmə 55 min manat mənimsəyən xanım mühasiblə bağlı qərar verdi

     Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın sonuncu məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, prokuror 6 il 6 ay hökm oxunmasını tələb etsə də, məhkəmənin qərarı ilə Bahar Abışovaya 2 il müddətinə şərti cəza verilib.

    Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

  • Kərim Vəliyev Özbəkistanda rəsmi səfərdədir

    İyunun 5-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

    Bu barədə Qaynarinfo-yə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Daşkənddə Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.

    Daha sonra general-polkovnik K.Vəliyev özbəkistanlı həmkarı ilə görüşüb. Özbəkistan Respublikası Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

    Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı məlumat mübadiləsi aparıblar.

    Baş Qərargah rəisinin Özbəkistana səfəri iyunun 7-dək davam edəcək.

  • “Leyla Şıxlinskaya”dan mənəvi zərər tələb olunur

    “Leyla Medical Center” (“əLeyla Şıxlinskaya Klinikası) məhkəməyə verilib.

    Qaynarinfo-nun məlumatına görə, Kazimov Mikayil Rəşid oğlu “Leyla Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Xətai Rayon Məhkəməsinə müraciət edib.

    M.Kazimo klinika rəhbərliyi barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Mənəvi zərərin ödənilməsi” barədə iddia qaldırıb.

    İş hakim Aygün Həsənovanın icraatındadır.

    Qeyd edək ki, xəstəxana 1999-cu ildən 2019-cu ilə kimi, “Leyla Şıxlinskaya Klinikası” adı ilə, həmin ildən sonra “Leyla Medical Center” olaraq fəaliyyət göstərir. Klinikanın qanuni təmsilçisi Vahabov Elnur Ramizoviçdir.

  • Bu şirkət Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq


    “Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq”.

    Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin EVP – regional direktoru Abid Malik Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

    O bildirib ki, investisiya əsasən bərpaolunan enerji sahəsinə yatırılacaq: “Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”.

  • Mövsümündən əvvəl satışa çıxarılan qarpızın hansı zərərləri var?

    İqtisadi və biznes əlaqələrinin genişlənməsi səbəbi ilə marketlərdə mövsümə uyğun olmayan meyvə-tərəvəz satılır. Məsələn, mövsümün başlamasına xeyli zaman qalsa da, artıq uzun müddətdir ki, marketlərdə qarpız satılır. Mütəxəssislər bildirirlər ki, mövsümündən əvvəl yetişdirilən qarpızlara stimuledici maddələr vurulur.

    Məsələn, bu bostan bitkilərinin daha tez böyüməsi üçün onların becərilməsində amonium şorasından (seletra) çox istifadə olunur. Ona görə də indi satılan qarpızların tərkibində külli miqdarda nitrat olur. Bu maddələr orqanizmdə hemoqlabini qeyri-aktiv formaya çevirə bilir. Bu da hüceyrələrin tənəffüsünü pozur. Toxumalar və orqanlar hipoksiya yaşayır.

    Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, hazırda marketlərdə satılan qarpızdan ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır:

    “Bu, onların həyatı üçün böyük risk yaradır. Ümumilikdə isə mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir. Ona görə də indiki vaxtda qarpızın istehlakı məsləhət deyil”.

    Vaqif Qarayev onu da əlavə edib ki, indi satışa çıxarılan bostan bitkilərinin genetik modifikasiya olunmuş məhsul (GMO) olma ehtimalı da böyükdür:

    “GMO məhsulları isə bütün hallarda ziyanlıdır. Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik”.
    Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı bunları deyib:

    “Qarpızın yetişdirilməsində digər hormonlardan istifadə edilir ki, buna da fitohormonlar adı verilib. Bunlar da insan orqanizmində böyük fəsadlara yol açır. Qarpız zəhərlənməsi özünü birdən-birə soyuq tər basması, qusma, ishal, gözlərə qaranlıq çökməsi və başgicəllənmə kimi hallarla göstərir. Əgər zəhərlənən şəxsdə təzyiq aşağı düşübsə və onu soyuq tər basıbsa, mütləq başı aşağı saxlamaq, mümkün qədər çoxlu maye qəbul etməsini təmin etmək və dərhal həkimə müraciət etmək lazımdır”.

    Qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirib ki, xüsusilə də, həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hətta hamilə qadınlar üçün daha təhlükəlidir:

    “Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızı mövsümdən əvvəl yemək məsləhət görülmür”.

  • “GMO məhsulu becərənlər həbs edilməlidir” – Ekspert

    “Bu gün bazarlarda satılan meyvə və tərəvəzlərin əksəriyyəti geni dəyişdirilmiş məhsullardır”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
     
    Onun sözlərinə görə, tərəvəzlərdən pomidor, qarğıdalı, bibər, badımcana baxanda uzaqdan onun GMO olduğu hiss olunur:

    “Meyvələrdən ən çox armudda bu dəyişiklik görünür. Çünki armud uzun müddət qalır, formasını dəyişmir. Bazarda görnüşü gözəl, hamısı bir boyda olan meyvələrdir. Kəsirsən çəkirdəyi yox, ya da çox kiçik çərdəyi var. GMO məhsulların heç birində qurd yoxdur. Ötən il bir qarpızı kəsəndə ondan 15 çəkirdək tapmaq olmurdu. Ona görə də onlardan götürülən toxumlar nəsil vermir. Əkirsən bitmir”.

    Akif Nəsirli GMO məhsulların satışının bütün dünyada qadağan edildiyini xatırladıb:
     
    “Nəinki satışı, hətta becərilməsi belə qadağandır. İnzibati Xətalar Məcəlləsində bunun üçün ayrıca maddə təyin edilib. Hardasa 3 min manat cərimə, iki ilə yaxında həbs cəzası göstərilib. Buna baxmayaraq, bazarlarda hər kəs GMO məhsullarını rahat şəkildə satır. Heç kim də bir söz demir. Çox ciddi qanun qəbul edilib, qida əlavəsi olaraq onun istifadəsi qadağandır”.

    Akif Nəsirli bir müddət bundan əvvəl Azərbaycanda həmin məhsullarla bağlı böyük reklam kampaniyasının aparıldığını vurğulayıb:

    “Həmin məhsulların görünüşü gözəldir, çox da bar verir, standart ölçülərə malikdir. Uzun müddət piştaxtalarda qalır, xarab olmur. Satıcılara və istehsalçılara daha sərfəlidir. Yəni asan yolla yüksək məhsuldarlıq əldə edilir. Alıcını uzaqdan özünə çəkir, aldadıcı gözəlliklərə malikdir. Buna görə GMO məhsullarını yetişdirməkdə hər kəs maraqlıdır. Digər tərəfdən isə bu sahədə cəzasızlıq mühiti var”.

    Ekspert hesab edir ki, qanun qəbul olunmasına baxmayaraq, hələ heç kimi GMO məhsulu yetişdirdiyinə və satdığına görə nə cəzalanıb, nə də həbs olunub:

    “Bu mühit ölkədə belə bir şərait yaradıb. Amma bu meyvələr çox təhlükəli və zərərlidir. GMO məhsulların tərkibində vitamin mineral kasadlığı var. Həmin məhsullar insanın genetik kodlarına təsir edir”.