Month: June 2024

  • Симеоне решил убрать из “Атлетико” известного полузащитника

    Мадридский “Атлетико” больше не заинтересован в сотрудничестве с полузащитником Саулем Ньигесом, сообщают СМИ.

    Согласно сведениям, наставник команды Диего Симеоне является инициатором продажи игрока в летнее трансферное окно.

    Рыночная стоимость Ньигеса оценивается в 7,5 млн евро. Контракт футболиста с испанским клубом рассчитан до середины 2026 года.

    Сауль – воспитанник футбольной академии “Атлетико”. В прошедшем сезоне полузащитник принял участие в 49 поединках команды, записав на свой счет два забитых мяча и пять результативных передач.

    Источник: euro-football.ru

  • “Atletiko Madrid” ispaniyalı yarımmüdafiəçini satmaq qərarına gəlib

    İspaniyanın “Atletiko Madrid” klubu Saul Niqesi satmaq qərarına gəlib.

    Məlumata görə, Madrid “Atletiko”su təcrübəli yarımmüdafiəçinin satışından minimum 35 milyon avro qazanc əldə etmək istəyir.

    İspaniya mediasında yayılan xəbərlərə görə, Saul Niqesin yeni komandası “Jirona” klubu ola bilər.

    Qeyd edək ki, Saul Niqes “Atletiko Madrid” klubunun akademiyasının yetirməsi olub.

    Mənbə: Marca.com

  • Suraxanıda 4 narkokuryerdə 3 kq narkotik aşkarlanıb

    Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdə 3 kiloqram heroin və marixuana aşkarlanıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Suraxani Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. N.Soltanovun əlavə olaraq Suarxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub. Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Suraxanıda dörd narkokuryer ələ keçdi – VİDEO

    Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdə 3 kiloqram heroin və marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb.

    N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub. Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Yayda hansı rayonlarda dincələk? – QİYMƏTLƏR

    Yay aylarında xüsusən dağ və dağətəyi rayonlarda kirayə evlərin qiymətləri artır. Bunun əsas səbəbi insanların yay tətilində bölgələrə üz tutmasıdır. Bu da bölgələrdəki mənzil bazarında tələb artımına gətirib çıxarır.

    Median.Az xəbər verir ki, “Trend”in əməkdaşı turistlərin əsasən üz tutduğu rayonlardakı qiymətlər barədə araşdırma aparıb.

    Hazırda İsmayıllıda günlük kirayə evlərin qiyməti şəraitinə və otaq sayına görə 50-400 AZN aralığında dəyişir. Bahalı evlərin əsas fərqi həyətində hovuzu olmasıdır.

    Qubada günlük evlərin qiyməti 50 manatdan 500 manata qədər dəyişir.

    Ən bahalı gündəlik evlər isə Qəbələ rayonundadır. Qiymətlərin baha olmasının əsas səbəbi kimi ərəb turistlərin buraya daha çox səfər etməsi göstərilir. Qiymətlər 80 AZN-dən başlayıb 700 AZN-ə qədər dəyişir.
    Şəki, Qax, Zaqatala, Balakəndə də 50-300 manat aralığında dəyişir.

    Nisbətən ucuz qiymətlər isə cənub rayonlarındadır. Lənkəran, Lerik, Masallıda günlük kirayə evlərin qiyməti isə 50-300 manat arasında dəyişir.

  • Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Əlamətdar bayram – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Müstəqillik Günü Azərbaycanın qurucularının ölkənin taleyini formalaşdırmaq əzmini və uzaqgörənliyini nümayiş etdirir.

    Pakistan Azərbaycanla ortaq inanca, dəyərlərə və səylərə əsaslanan güclü qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etməsi böyük məmnunluq doğurur. Ölkələrimiz əsl qardaşlar kimi beynəlxalq forumlarda əsas maraq doğuran bütün məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

    Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır.

    2023-cü ilin iyun ayında gözəl Bakı şəhərinə səfərim zamanı apardığımız məhsuldar müzakirələri, eləcə də bu yaxınlarda Ramazan bayramı ilə əlaqədar telefon danışığımızı böyük məmnunluqla xatırlayıram. Zati-alinizin qardaşlıq əlaqələrimizi daha yüksək zirvələrə qaldırmaqla bağlı mövqeyi məni həmişə ruhlandırıb.

    Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.

    Zati-alinizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayıram.

    Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu

    Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

    Bu barədə müğənni özü məlumat yayıb.

    “Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var”.

    Xatırladaq ki, F.Kərimovanın şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı.

    Ü.Alovlu bir müddət əvvəl “Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” paylaşımını etmişdi.

    Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl müğənni Afət Fərmanqızıya da məhkəmədə qalib gəlmişdi.

  • Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

    Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edilib.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından Dekstrometorfan və Buprenorfin çıxarılıb.

    Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib. Bununla yanaşı, qanunda “Buprenorfın” sözü “Buprenorfin” sözü ilə əvəz edilib.

  • Kilian Mbappe dünyanın ən bahalı futbolçusu oldu

    Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın “Real” klubu ilə beşillik müqavilə imzaladıqdan sonra dünyanın ən bahalı futbolçusu olub.

    Məlumata görə, Mbappenin dəyəri 244 milyon avrodur. Siyahıda ikinci pillədə Madrid klubunun digər futbolçusu Cud Bellinqem qərarlaşıb (187,8 milyon avro). İlk üçlüyü isə İngiltərənin “Mançester Siti” klubunun üzvü Erlinq Holand qapayıb (186,6 milyon avro).

    “Football Benchmark”a görə ilk 10-luq belədir:

    1. Kilian Mbappe (“Real Madrid”, İspaniya) – 244,0 milyon avro;

    2. Cud Bellinqem (“Real Madrid” İspaniya) – 187,8 milyon avro;

    3. Erlinq Holand (“Mançester Siti”, İngiltərə) – 186,6 milyon avro;

    4. Vinisius Junior (“Real Madrid”, İspaniya) – 176,2 milyon avro;

    5. Fil Foden (“Mançester Siti”, İngiltərə) – 150,0 milyon avro;

    6. Bukayo Saka (“Arsenal”, İngiltərə) – 142,7 milyon avro;

    7. Camal Musiala (“Bavariya”, Almaniya) – 130,7 milyon avro;

    8. Florian Virtz (“Bayer 04”, Almaniya) – 123,5 milyon avro;

    9. Rodriqo (“Real Madrid”, İspaniya) – 121,2 milyon avro;

    10. Deklan Rays (“Arsenal”, İngiltərə) – 117,9 milyon avro.

  • İndoneziya yeni paytaxtına köçür

    Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə “batması” səbəbindən İndoneziyada yeni paytaxta köçmək üçün aparılan işlər başa çatıb.

    İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

    Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Widodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirdi.

    Nusantarada su çəninə baxış keçirən, universitet və məktəblərin təməlqoyma mərasimlərində iştirak edən Widodo, hava limanının tikintisinin avqust ayında başa çatdırılmasının gözlənildiyini də bildirib.