Month: June 2024

  • В Хырдалане простились с шехидом первой Карабахской войны Ровшаном Алиевым

    В Хырдалане состоялась церемония прощания с Ровшаном Алиевым, пропавшим без вести в первой Карабахской войне.

    Как сообщает Report, Р.Алиев был похоронен как неизвестный солдат на Аллее шехидов в Тертере.

    Останки шехида перезахоронены на кладбище в Хырдалане.

    Ровшан Меджид оглу Алиев родился 20 марта 1973 года в Хырдалане. Он пропал без вести 11 ноября 1992 года в селе Тезекенд Лачынского района.

  • Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edildi

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində vida mərasimi keçirilib.

    “Report”un məlumatına görə, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

  • Şirvanda soyğunçuluq edən şəxs saxlanılıb

    Şirvanda soyğunçuluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində iki nəqliyyat vasitəsindən 160 manat pul və bir ədəd mobil telefonu açıq talama yolu ilə ələ keçirən Namiq Yahyayev saxlanılıb.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Российский космонавт установил мировой рекорд по длительности космических полетов

    Первым в истории человеком, который провел в космосе 1 000 суток, стал российский космонавт Олег Кононенко.

    Об этом сообщили в “Роскосмосе”.

    “Сегодня в 00:00:20 по московскому времени космонавт Госкорпорации “Роскосмос” Олег Кононенко, работающий на Международной космической станции (МКС), впервые в мире набрал 1 000 суток по суммарной длительности космических полетов”, – говорится в сообщении пресс-службы компании.

    Космонавт совершил свой пятый космический полет 15 сентября 2023 года, а 4 февраля 2024 года он стал рекордсменом по суммарной длительности космических полетов.

    Суммарный налет Кононенко по завершению годового полета на МКС (намечен на 23 сентября этого года) составит 1 110 суток.

    Кононенко 4 февраля побил рекорд по суммарному пребыванию в космосе. Предыдущим обладателем данного титула являлся россиянин Геннадий Падалка, который в сумме за пять полетов набрал 878 суток 11 часов 29 минут 48 секунд.

    Источник: “Известия” (Россия)

  • Kosmosda 1000 gün keçirən ilk insan kimi adını tarixə yazdı

    Rusiyalı kosmonavt Oleq Kononenko tarixdə 1000 gün kosmosda qalan ilk şəxs olub.

    Bu barədə Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) məlumat yayıb.

    Bildirilir ki, kosmonavt beşinci dəfə kosmosa uçuşunu 2023-cü il sentyabrın 15-də edib.

    Kononenkonun Beynəlxalq Kosmik Stansiyaya illik uçuşu başa çatdıqdan sonra (bu ilin 23 sentyabrına planlaşdırılıb) ümumi uçuş müddəti 1110 gün olacaq.

    Qeyd edək ki, fevralın 4-də də Kononenko kosmosda ümumi qalma rekordunu qırıb. Bu titulun əvvəlki sahibi rusiyalı Gennadi Padalka olub, onun beşdən çox uçuşu ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə olub.
    //iz.ru

  • Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin cinsi orqanı kəsilib

    “Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir”.

    Bu barədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

    Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov oxu.az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

  • Azərbaycan dili imtahanının ikinci cəhdi üçün qeydiyyat elan olunub

    Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 5-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı sabah – iyunun 6-da aktiv ediləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

    Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 30-da keçiriləcək.

    Xatırladaq ki, 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 12-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

    Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

  • Ağcabədidə qardaş bacısını bıçaqladı

    Ağcabədidə bıçaqlanma hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

    Kənd sakini S.Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı Ə.Həsənliyə kəsici-deşici alətlə xəsarət yetirib.

    Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Начал работу Бакинский энергетический форум

    В Баку проходит крупнейшее мероприятие Каспийского региона – 29-й Бакинский энергетический форум.

    Как сообщает АЗЕРТАДЖ, форум является неотъемлемой частью Бакинской энергетической недели. На мероприятии, в котором принимают участие более 600 делегатов, на повестке дня будут находиться энергетические вопросы, представляющие значимость как для Азербайджана, так и для Каспийского региона.

    Среди предстоящих к обсуждению тем – “Международное сотрудничество в области энергетической безопасности и устойчивости”, “Энергетическая безопасность 2.0”, “Возможности разведки и добычи в Каспийском регионе”, “Устойчивая энергия: потенциал зеленой энергии в Каспийском регионе”, “Новые технологии и цифровизация”, “Газовый диалог: роль поставок газа во время энергетического кризиса”, “Возможности разведки и добычи в Каспийском регионе”, “Нефтяные потоки: перекрестная логистика и развитие инфраструктуры в Азербайджане”, “Роль человеческого капитала в успешном энергетическом переходе”. В преддверии 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата – COP29 в программу Бакинского энергетического форума включена специальная сессия: “Во имя зеленого мира. Пути стратегического развития COP29”. Для участия в сессии в качестве спикеров приглашены специальные гости из других стран.

    Также будут проведены двусторонние бизнес-встречи B2B, которые позволят представителям отечественных и зарубежных компаний наладить контакты и подробно обсудить все аспекты возможного сотрудничества.

    Форум предоставит уникальную возможность встретиться с ведущими представителями энергетической промышленности, установить новые взаимовыгодные связи и расширить налаженные контакты.

    Отметим, что поддержку мероприятиям, проводимым в рамках Бакинской энергетической недели, оказывает Министерство энергетики, а основным партнером выступает Государственная нефтяная компания Азербайджанской Республики (SOCAR).

  • Bakı Enerji Forumunun ikinci günü başlayıb

    Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir.

    AZƏRTAC xəbər verir ki, forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq.

    Builki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.

    Həmçinin, yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.

    Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq.

    Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.