Month: June 2024

  • İlham Əliyev bəzi şəxsləri təltif etdi

    Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    “Şöhrət” ordeni ilə

    Aslanov Rafiq Sabir oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Babayev Ədalət Rəşid oğlu

    Əhmədov Sabir Niyazı oğlu

    Qasımov Qasım Əlibala oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Əliqulu Şöyüb oğlu

    Babayev Atakişi Abbasəli oğlu

    Babayev Eyvaz Əvəz oğlu

    Bayramov Abid Xalid oğlu

    Cabbarov Anar Ramiz oğlu

    Cəfərov Qalib Qaraş oğlu

    Dərgahov Məzahir Həbib oğlu

    Əhmədov Fazil Mayıl oğlu

    Əliyev Araz İsbal oğlu

    Əliyev Fazil Hatəm oğlu

    Əliyev Lətif Mehdi oğlu

    Əsgərov Ədalət Həzrətqulu oğlu

    Əşrəfov Zakir Əli oğlu

    Həsənov Məlik Həsən oğlu

    Həsənov Məmmədhəsən Hüseynağa oğlu

    Hüseynov Elşən Rəşid oğlu

    Hüseynov Ramiz Mikayıl oğlu

    Hüseynova Kəmalə Məhəmmədəli qızı

    Xalıqov Elman İmanalı oğlu

    İmanov Asif Adil oğlu

    Qarayev Qabil Musa oğlu

    Qədirov Fuad Akif oğlu

    Qurbanov Daşqın Lətif oğlu

    Mehnətov Pənah Sabir oğlu

    Məmmədov Mübariz Ramiz oğlu

    Məmmədov Nazim Məmmədağa oğlu

    Məmmədov Rüfət Bayram oğlu

    Minibayeva Tatyana Sabitovna

    Mirzəcanov Nasir Bəydulla oğlu

    Muxtarov Nizam Mirzəbala oğlu

    Nağıyev Nazim Bülbül oğlu

    Nağıyev Zahid Abbasqulu oğlu

    Nəbiyeva Aidə Fərəc qızı

    Rüstəmov Elşən Nəsrəddin oğlu

    Rüstəmov Rüstəm Rafiq oğlu

    Salmanov Sədrəddin Tapdıq oğlu.

  • DİQQƏT! – Sabahdan bu yolda təmir başlayır

    Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.

  • ABŞ Güləni MİT-ə təslim etdi: FETÖ lideri Türkiyəyə gətirilir?

    FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılması ilə bağlı yayılan xəbərlərdən sonra yeni iddia gündəmə gəlib.

    Fətullah Gülənin Türkiyəyə gətirildiyinə dair iddia ortaya atılıb.

    Əvvəlki iddialara görə, FETÖ-nün Pensilvaniyadakı malikəsində evlər boşaldılıb, müəyyən ərazilər satışa çıxarılıb və təşkilat daxilində çəkişmələr başlayıb.

    Keçən həftə Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülən “hoca”mızı qaçırdılar” deyərək Cevdet Türkyolu, Mustafa Özcan, Barbaros Kocakurt, Adil Öksüz və Əkrəm Dumanlının başçılıq etdiyi “baş ucalar” qruplaşmasını ittiham edib. Həmçinin Gülənin öldüyünə dair də iddialar yayılıb.

    Qeyd edək ki, FETÖ-nün daxilindəki “baş ucalar” və “mollalar” qrupları arasında “hakimiyyət” mübarizəsi gedir.

    Bu xəbərlər fonunda türkiyəli jurnalist Müyesser Yıldız öz yazısında Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib:

    “Günlərdir Pensilvaniya ştatındakı malikanəsi boşaldılan və oradan uzaqlaşdırılan Fətullah Gülənin sağlamlıq vəziyyəti müzakirə olunur. “Ölür”, “öldü” kimi ifadələr ortaya atılır. Bu gündən gündəmə gələn son iddia isə ABŞ-nin Güləni “Milli İstihbarat Teşkilatı”na (MİT) (Milli Kəşfiyyat Təşkilatı – red.) təhvil verdiyi, təyyarəsinin Türkiyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır”.

    Yayılan bu xəbərlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına sual ünvanlanıb. Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay belə bir məlumata sahib olmadıqlarını bildirib.

    Mənbə: TAKVİM

  • “WhatsApp”da hər kəsi sevindirəcək YENİLİK – FOTO

    “WhatsApp” messenceri istifadəçilərə yeni funksiyanı açıqlayıb.

    Median.Az bu barədə “WABetaInfo” portalına istinadən xəbər verir.

    Bəs yenilik nədir?

    “WhatsApp” paylaşılan statuslara daxil olmadan önizləməyə imkan verəcək funksiya üzərində işləyir. Bu da istifadəçilərə hər statusu açmağa ehtiyac olmadan onlara əvvəlcədən baxmaq imkanı verir.

    Qeyd etmək çox vacibdir ki, yeni status yeniləmələri lövhəsi istifadəçilərə status yeniləmələrinin önizləməsini böyük eskiz vasitəsilə görməyə imkan verəcək. Bu təkmilləşdirmə istifadəçilərin hər bir yeniləməni ayrı-ayrılıqda açmaq ehtiyacını aradan qaldıraraq, istifadəçilərin işini asanlaşdıracaq.

    Bildirilir ki, yenilk bəzi “WhatsApp” istifadəçiləri üçün əlçatandır və onlar yaxın günlərdə daha çox istifadəçiyə təqdim ediləcək.

  • Rusiya sərhədçiləri Ermənistanın Nerkin-And kəndinin ərazisini tərk ediblər

    Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki Nerkin-And kəndinin ərazisini tərk ediblər.

    Bu barədə Sünik (Zəngəzur – red.) qubernatoru Robert Qukasyan jurnalistlərə danışıb.

    “44 günlük müharibədən sonra yerləşdirildikləri əraziləri, həmçinin də Nerkin-Andı tərk ediblər. İndi orada Rusiya sərhədçiləri yoxdur”, – deyə qubernator bildirib.

    Mənbə: aysor.am

  • Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA

    Azərbaycanda Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib.

    Bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

    Qeyd edilib ki, həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin tarifləri , o cümlədən taksi xidmətlərinin tarifləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.

    Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.

    Bununla belə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.

    Qeyd edək ki, gələn ayın 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Sosial şəbəkələrdə və KİV-də bununla əlaqədar paytaxtdakı taksi şirkətlərinin qiymətləri kəskin artırdıqları bildirilir.

  • Bakıda məşhur cibgir tutuldu – FOTO

    Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.

    Qeyd edək ki, Vüqar Həsənov (“Cibgir Vüqar”) əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.

    Araşdırmalar aparılır.

  • “Yaxın günlərdə temperatur bir az da yüksələcək”

    “İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    N.Mahmudov qeyd edib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur:

    “Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

    Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”.

    Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

  • Pensiyaların ödənəcəyi tarix açıqlandı

    İyunun 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

    Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyev dəfn edilib

    Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevlə Beyləqan rayonunun Milabad qəsəbəsində vida mərasimi keçirilib.

    “Report”un məlumatına görə, şəhidin nəşi Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.