Month: June 2024

  • В Азербайджане изменяется порядок наложения штрафа за перегруз автомобиля

    В Азербайджане изменяется порядок наложения штрафа посредством камер за перегруз автомобиля.

    В связи с этим предлагается внести изменения в Кодекс об административных правонарушениях.

    В документе предлагается вести производство по делам об административных правонарушениях при управлении крупногабаритными транспортными средствами (к требованиям допустимой массы или нагрузки на ось) на автомобильных дорогах общего пользования через соответствующие информационные системы и выносить электронное решение об административном взыскании.

    Согласно изменению, за управление крупногабаритными транспортными средствами на автомобильных дорогах общего пользования с превышением допустимой массы или нагрузки на ось (5 процентов и более), физические лица будут оштрафованы на сумму 600 манатов.

    В то же время за управление крупногабаритными транспортными средствами на автомобильных дорогах общего пользования с нарушением требований к допустимым габаритным параметрам (0,15 метра и более по ширине, 0,20 метра и более по длине, 0,20 метра и более по высоте) физические лица будут оштрафованы в размере 200 манатов.

  • Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir

    Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

    Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.

    Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.

    Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.

    Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.

    Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur.

    Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.

    Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

    Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

    Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək.

  • “Bavariya” klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb

    Almaniyanın “Bavariya” klubu ölkənin cənubunda baş verən daşqın qurbanlarına 1 milyon avro bağışlayıb.

    Bundesliqa təmsilçisi Bavariya və Baden-Vyurtemberq əyalətlərində zərərçəkənlərə yardım üçün vəsait göndərib.

    Qeyd edək ki, Almaniyanın cənubunda baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, nəqliyyat kommunikasiyalarında fasilələr yaranıb və təxliyyə işləri aparılır.

  • Назначен новый министр экологии и природных ресурсов Нахчыванской АР

    Назначен новый министр экологии и природных ресурсов Нахчыванской Автономной Республики.

    Согласно распоряжению, подписанному заместителем председателя Верховного Меджлиса Нахчыванской АР Анаром Ибрагимовым, Ханлар Афтандил оглу Мустафаев назначен министром экологии и природных ресурсов Нахчыванской АР.

  • Naxçıvana yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib

    Naxçıvan Muxtar Respublikasına yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 04 iyun 2024-cü il tarixli sərəncama əsasən Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

  • Турция желает присоединиться к БРИКС

    Турция хотела бы присоединиться к БРИКС.

    Как передает Median.Az со ссылкой на ТАСС, с таким заявлением выступил глава МИД Турции Хакан Фидан, находящийся с визитом в Китае.

    “Конечно, мы хотели бы стать членом БРИКС. Посмотрим, чего нам удастся добиться в этом году”, – сказал министр, слова которого приводит газета South China Morning Post (SCMP).

    Этот вопрос будет обсуждаться на министерской встрече в Нижнем Новгороде.

    Фидан в ходе мероприятия в Пекине также заявил, что рассчитывает посетить встречу министров БРИКС в России. На этом заседании, как ожидается, одной из тем на повестке дня станет возможность присоединения к БРИКС Турции, которая входит в НАТО, пишет газета.

  • Türkiyə BRICS-ə qoşulmaq istəyir

    Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.

    Bunu Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

    “Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik”, – o bildirib.

    Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.

    H.Fidan bildirib ki, Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyir. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRICS-ə qoşulması ola bilər.

  • “Səbail” klubu yeni mövsüm üçün ilk transferini açıqlayıb

    “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

    Son olaraq “Turan Tovuz”da çıxış edən Fərid Nəbiyevlə müqavilə imzalanıb.

    24 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 1 illikdir.

    O, karyerasında “Slaviya” (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya” (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.

    Qeyd edək ki, bu “Səbail”in yeni mövsüm üçün ilk transferidir.

  • Завтра температура воздуха в Азербайджане повысится до 38 градусов

    5 июня в Баку и на Абшеронском полуострове преимущественно будет без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, будет преобладать умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 19-24°, днем 31-36° тепла. Атмосферное давление будет в пределах нормы – 760 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-65%, днем 40-50%.

    В районах Азербайджана преимущественно будет без осадков. Однако днем в некоторых горных районах возможны кратковременные интенсивные дожди, грозы, град. Ночью и утром временами ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 18-23°, днем 33-38° тепла, в горах ночью 8-13°, днем 16-21°, местами до 26° тепла.

  • Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq

    Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.