Month: June 2024

  • Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 770 milyon manata çatıb

    Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb.

    “APA-Economics”in əldə etdiyi məlumata görə, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

    Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.

    Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. “Tekfen İnşaat” bundan əvvəl, “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib.

  • Azərbaycanda neçə məktəbdə alman və ya fransız dili tədris olunur?

    Ölkə üzrə alman və ya fransız dillərinin tədris olunduğu müəssisələrin, həmçinin həmin müəssisələrdə bu xarici dilləri tədris edən müəllimlərin sayı açıqlanıb.

    Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən qurumun rəsmi qəzetinə məlumat verilib.

    Qeyd olunub ki, ölkə üzrə bu məktəblərin sayı 483-dür, alman və fransız dili tədris edən müəllimlər isə 821 nəfər təşkil edir.

    “Bakıda alman və fransız dili 76 məktəbdə tədris olunur. Alman dilinin tədris olunduğu məktəblərin sayı 46, fransız dilinin tədris edildiyi məktəblərin sayı isə 36-dır. Həmçinin Bakı məktəblərində 91 alman, 87 fransız dili müəllimi fəaliyyət göstərir” – deyə bildirilib.

     
    Məlumatda, həmçinin qeyd olunub ki, sözügedən xarici dillərin tədris olunduğu məktəblərin 407-si regionlarda yerləşir və ümumilikdə, region məktəblərində alman və fransız dili tədris edən müəllimlərin sayı 643 nəfərdir.

    “Regionlarda alman dili 173, fransız dili isə 237 məktəbdə tədris olunur. Region məktəblərində çalışan alman dili müəllimlərinin sayı 256, fransız dili tədris edənlərin sayı isə 387 nəfərdir” – deyə cavabda qeyd olunub.

    Əlavə edilib ki, hələ XX əsrdə formalaşmış ənənəyə əsasən, Azərbaycan məktəblərində xarici dil kimi 6 dildən (ingilis, alman, fransız, rus, ərəb, fars) biri tədris edilir. Bu seçimdə həm dünyadakı mövcud dil prioritetləri (sadalanmış 6 dildən 4-ü BMT-nin rəsmi dilləri sırasındadır), həm də ölkəmizin coğrafi mövqeyi nəzərə alınıb. Bundan əlavə, V-XI siniflərdə təhsilalanlara həftədə 1 saat olmaqla ikinci xarici dil fənni də tədris edilir ki, bu dil də verilmiş siyahıdan seçilir

    Xatırladaq ki, müəllimlərin builki sertifikatlaşdırılmasında xarici dilləri tədris edən müəllimlər də iştirak edəcəklər.

  • В Анталье вспыхнул лесной пожар

    В провинции Анталья, считающейся основным центром туризма Турции, вспыхнул лесной пожар.

    Как сообщает Median.Az со ссылкой на TRT Haber, пожар вспыхнул в районе Аксу, причины возгорания пока не установлены.

    В настоящий момент продолжаются работы по локализации пожара.

    К тушению пожара привлечены 2 вертолета, 2 пожарных самолета, 12 водовозов и живая сила.

  • Antalyada meşə yanğını başlayıb

    Türkiyənin əsas turizm mərkəzi sayılan Antalya vilayətində meşə yanğını baş verib.

    Aksu ərazisində yanğın baş verib, yanğının səbəbi hələ müəyyən edilməyib.

    Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

    Yanğının söndürülməsinə 2 helikopter, 2 yanğınsöndürən təyyarə, 12 sudaşıyıcı və canlı qüvvə cəlb olunub.

  • Qaluzin: Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir

    Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.

    Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

    “Ermənistan 2022-ci ildə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, bu gün üzləşdiyi risklərin bir çoxu azala bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”, – Qaluzin qeyd edib.

    Qaluzin vurğulayıb ki, KTMT məsələsində söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən və sərhəd qoşunlarının hazırlanmasında yardımdan gedirdi.

  • Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb – VİDEO

    Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 4 ədəd top mərmisi, 1 ədəd minaatanın minası və 1 ədəd qumbaraatan mərmisinin hissəsi olduğu müəyyən edilib.

    Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək

    Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək.

    Bu barədə jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

    O, görüşün iyunun 5-də Sankt-Peterburqda baş tutacağını bildirib.

    Qeyd edək ki, bu, uzun illərdir ki, TASS-ın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil etdiyi ənənəvi tədbirdir.

  • Mayda 46 aptekdə yoxlama aparılıb, beşində nöqsanlar aşkarlanıb

    Ötən ay üçü plandankənar olmaqla 46 aptekdə yoxlama aparılıb, beşində nöqsanlar aşkarlanıb.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

    Bildirilib ki, yoxlama Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17 aptekdə olub.

  • Ekspert: “Azərbaycan “yaşıl enerji” sahəsində yeni eraya qədəm qoyur”

    Bakı Enerji Həftəsi çərçivəsində bu gün təməli qoyulan layihələr bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilməlidir.

    Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Amal Həsənli deyib.

    Onun sözlərinə görə, dünyanın enerji sənayesi sahəsini təmsil edən lider oyunçuların Bakıya toplanması ölkənin qlobal aktor rolunun bariz nümunəsidir:

    “Bildiyimiz kimi builki tədbir Azərbaycan tarixində xüsusi çəkiyə və müstəsna rola malik hadisəyə təsadüf edir. Belə ki, “Əsrin müqaviləsi”nin imzalanmasından tam 30 il ötür. Bu sənəd Azərbaycanın neft tarixində yeni dövrün təməlini qoymaqla ölkəmizi enerji sahəsində qlobal oyunçuya çevirib. Son illər ölkəmiz “yaşıl enerji” gündəmini fəal şəkildə inkişaf etdirir. Azərbaycan bərpa olunan enerji sahəsindəki geniş potensialından çıxış edərək bu sahədə bir sıra layihələr həyata keçirir. Əminliklə demək olar ki, Enerji Həftəsi Çərçivəsində təməli qoyulan layihələr yeni eranın başlanğıcı olmaqla yanaşı, ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu əhəmiyyətli dərəcədə artırmış olacaq”.

    ABŞ prezidenti Cozef Baydenin tədbirlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktuba diqqət çəkən ekspert bunu ABŞ-nin Azərbaycana verdiyi yüksək dəyərin göstəricisi kimi dəyərləndirib.

    “Prezident Bayden, Azərbaycanın, xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qaldığını, ölkənin təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara biləcəyini vurğulayıb. O, möhkəm ikitərəfli əlaqələrə yeni təkan vermək imkanını alqışlayıb və COP29 tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusunu ifadə edib. Cozef Baydenin bir həftə ərzində Azərbaycan Prezidentinə artıq ikinci məktub ünvanlaması ABŞ-Azərbaycan münasibətlərinin soyuması barədə sayıqlayan başda erməni lobbisi olmaqla Azərbaycan əleyhinə olan bütün qüvvələrə tutarlı bir cavabdır. Azərbaycan qlobal enerji bazarının fəal, regionun lider ölkələrindən biridir. İlk növbədə ölkələrinin marağını düşünən qlobal oyunçular bununla hesablaşmaya bilməzlər. Ölkəmizin artan nüfuzu qarşısında heç kəs milli maraqlarını kiminsə tarixi sayaqlamalarına qurban verməyəcək. Bu baxımdan ABŞ-nin bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qoruması, iki ölkə arasından əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək”,-deyə A. Həsənli qeyd edib.

    Xatırladaq ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

    Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək yeni stansiyalar, 496 milyon kubmetr təbii qaza qənaət etməyə, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının almağa imkan verəcək.

  • Baqratın kriminal dəstəkçiləri – Koçaryanın cinayətkar qohumları İrəvanda – TƏHLİL

    Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bir müddətdir başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatı sönməyə doğru üz tutub. Bir müddət paytaxt İrəvanda itaətsizlik aksiyaları keçirən erməni keşiş sıralarını genişləndirə bilmədiyi üçün artıq turist cildinə girib. Ona qoşulan başıpozuq dəstəni dövlət qurumlarının qarşısına sürükləyən Baqrat əslində çarəsiz, plansız olduğunu büruzə verir. Bunu onun verdiyi mənasız və rabitəsiz, bir-birini təkzib edən bəyanatlardan da anlamaq olar. Misal olaraq, Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən arxiyepiskopun agent olması barədə şayiələrin əsassız olması barədə açıqlaması, sonuncunu xeyli ürəkləndirib. Bəlkə də elə bu səbəbdən də xəbəri yayan şəxslərin hamısını həbsə atdıracağı barədə gurultulu bəyanat səsləndirib. Qalstanyan MTN-nin açıqlamasından o qədər ürəklənib ki, artıq açıqlamanın da dozasını qaçırıb. Belə ki, KİV nümayəndələri ilə görüşündə qeyd edib ki, sabiq prezidentlərdən təkcə Serj Sarqsyanla görüşüb. Digərləri onunla görüşmək istəməyib. Bu, onun artıq Serjlə ciddi ittifaq halında olmasından xəbər verir.

    Eyni zamanda bir müddət əvvəl kameraların qarşısında “Yerevan Place” otelində Ermənistanın üçüncü prezidenti Robert Koçaryanla görüşünü deyəsən unudub. Bununla yanaşı, sabiqlərlə görüş barədə “Kirants hadisələrindən 15 gün əvvəl keçmiş prezident Levon Ter-Petrosyanla görüşdüm. Sonra isə məlum hadisələrə başladım” etirafı da bir sıra mətləblərdən xəbər verir. Görəsən, Paşinyanın xaç atası sayılan Petrosyan şagirdinin hərəkətlərindən narazıdır? Bəlkə Baqratla görüşdə belə bir hərəkata başlamağı məhz sabiq prezident məsləhət görüb? Bəlkə də bu hərəkatın başlanması hansısa planın tərkib hissəsidir?

    Eyni zamanda keşişin “hərəkatın sönməsini istəmirsinizsə, ona qoşulun” tipli yalvarışlarını da özü bilmədən aksiyaların sonunun yaxınlaşdığına işarə etmək kimi dəyərləndirmək olar.

    Bununla yanaşı, onun cərgələrinə qoşulan son şəxslər və onu himayə edənlər arasında qalmaqallı iki şəxs peyda olub. Bu, Fransanın təsir dairəsində olan Ruanda və bir dövrlər İngiltərənin müstəmləkəsi olan Keniyada 2000-ci illərdə böyük qalmaqala səbəb olan Artur qardaşları adlanan və əslində doğma qardaş olmayan, sadəcə hər ikisinin adı Artur olan iki cinayətkardır. İşin maraqlı tərəfi odur ki, bu iki şəxs Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın qohumlarıdır və onların Baqratı dəstəkləmələri də təsadüfi deyil. Bəlkə də erməni keşiş oteldə Robertlə görüşünü etiraf etməkdən məhz bu qardaşlara görə çəkinib. Amma bu iki şəxsin, Afrika ölkələrində, Maldiv adalarında narkotik alverindən tutmuş, insan alveri, sifarişli qətllər, dövlət çevrilişi ilə adları hallanan quldurların “Vətən uğrunda Tavuş” hərəkatını dəstəkləməsi hadisələrin hansı ssenaridə davam edəcəyinə bir işarədir. Görünür, arxiyepiskop yaxın günlərdə hərəkat iştirakçılarını sürprizlər gözləyir deyəndə məhz bu şəxslərlə olan hansısa planına işarə edirmiş.

    Əslində qardaş olmayan bu şəxslərin sözügedən ölkələrdə kriminal qruplaşma yaradaraq, biznes qurmaq, müxtəlif siyasi sifarişləri həyata keçirmək kimi mərəzləri var. Qeyd etmək yerinə düşər ki, heç bir yerdə uğur qazana bilməyən kriminal elementlər bir sıra ölkələrdən qovulublar. Yeri gəlmişkən, Keniya parlamentinin keçmiş spikeri Frensis Ole Kaparo bildirib ki, amerikalı diplomatdan aldığı məlumata görə, muzdlu qatil olan qardaşlar Keniyaya yerləşdiriliblər və hakimiyyətə yaxın insanları qorumaqla məşğul olublar. Maraqlı faktdır ki, Artur qardaşlarının Keniyaya səfəri yüksək miqdarda narkotik maddənin tranziti ilə eyni vaxtda təsadüf edib.

    Artur Sarqsyan və Artur Marqaryan adlı kriminal elementlərə qarşı 6 il əvvəl Ruandada dövlət çevrilişi cəhdi ilə bağlı cinayət işi açılıb. Keniya müxalifətinin liderlərindən biri Raila Odinqa erməni qardaşları Keniya hakimiyyəti tərəfindən bəzi media orqanlarına hücumlar həyata keçirmək üçün muzdlu kimi istifadə etməkdə ittiham edib. 2000-ci illərin ortalarında Keniyada sirli fəaliyyətləri və yüksək rütbəli dövlət məmurları ilə əlaqələri sayəsində məşhurlaşdılar. Onlar Keniyaya 2005-ci ilin dekabrında guya investor kimi gəliblər və tez bir zamanda Keniya pasportları və iş icazələri alıblar. Lakin onların faktiki fəaliyyəti qanuni biznesdən uzaq idi. Qardaşlar çoxsaylı mübahisəli fəaliyyətlərdə, o cümlədən 2006-cı ilin martında Standard Group-un ofislərinə basqın etməklə, orada avadanlıqların dağıdılmasında və qəzetlərin oğurlanmasında iştirak ediblər. Basqının ovaxtkı prezidentin şəxsi həyatı ilə bağlı xəbəri sildirmək cəhdləri ilə əlaqəli olduğu iddia edilir. Onlar həmçinin yüksək səviyyəli dövlət məmurları ilə əlaqələrə malik idilər, polis mühafizəsi əldə edə bilirdilər və Jomo Kenyatta Beynəlxalq Hava Limanında VIP ərazilərə çıxış əldə edirdilər. 2006-cı ildə hava limanında gömrük əməkdaşına hücum etdikdən sonra deportasiya ediliblər. Onların fəaliyyətləri və aldıqları müdafiə ilə bağlı aparılan araşdırmalar Keniya hökuməti daxilində əhəmiyyətli korrupsiya və şərikliyi üzə çıxardı. Onların hərəkətlərini araşdırmaq üçün komissiya yaradılmasına baxmayaraq, nəticələr heç vaxt ictimaiyyətə açıqlanmadı, bu da davamlı şübhələrə və şəffaflıq və hesabatlılıq tələblərinə səbəb oldu.

    Hələ 2023-cü ildə İrəvan meriyasına seçkilər zamanı peyda olan Artur qardaşları müxalifət partiyası “Demokratik Birliy”in lideri Suren Petrosyanla görüşüb onu dəstəklədikləri də məlumdur. Suren Petrosyan isə hazırda Baqrat Qalstanyanın ən yaxın tərəfdaşı sayılır və onu hər yerə müşayiət edir. 1 il sonra yenidən bu kriminal elementlərin İrəvanda ortaya çıxması, Suren Petrosyan vasitəsilə Baqrata yaxınlaşması müəyyən mətləblərdən xəbər verir. İlk olaraq, söyləmək lazımdır ki, bu kriminal elementlərin hərəkatın sönüklüyə doğru getdiyi bir vaxtda ortaya atılmaları heç də təsadüf deyil.

    Çox güman ki, “Vətən uğrunda Tavuş” hərəkatının ömrünü uzatmaq üçün müəyyən radikal addımlar atıla bilər. Afrika ölkələrindəki bir sıra təcrübələrini məhz İrəvanda da reallaşdırmaqdan çəkinməyəcəklərini ehtimal etmək olar. İkincisi, sabiq prezident Robert Köçəryana olan qohumluq münasibətləri də onları bu işə sürükləyə bilər. Düşünmək olar ki, keçmiş siyasi kriminal qohumları vasitəsilə hansısa təxribatı planlaşdırır və əgər plan uğurlu alınsa, yenidən siyasi arenaya atılmağı düşünür. Üçüncüsü, bir sıra ölkələrdə axtarışda olan Artur qardaşlarının Ermənistanda da kifayət qədər gəlirli biznes qurumları var. Əgər Afrika ölkələri və Maldiv adalarındakı biznes fəaliyyətlərini nəzərə alsaq, bu şəxslərin erməni dövlətində hansı iş macəralarının olduğunu düşünmək o qədər də çətin deyil. Ehtimal etmək olar ki, hərəkatı dəstəkləməklə özlərini sığortalamaq, anarxiya və qarışıqlıqdan istifadə edərək, bizneslərini “çiçəkləndirmək” məqsədini güdürlər.

    İstənilən halda, bir sıra ölkədə “ad-san qazanmış” bu kriminal elementlərin İrəvanda peyda olması, hökumət əleyhinə keçirilən aksiyaları dəstəkləmələri çox güman ki, hüquq-mühafizə orqanları tərəfindən də izlənilir. Çünki fəaliyyət göstərdikləri ölkələrdə qanunazidd əməllər, insan güllələmək, dövlət məmuruna silahlı hücum kimi hərəkətlər bu şəxslər üçün adi hala çevrilib. Bu səbəbdən də ehtimal etmək olar “Vətən uğrunda Tavuş” hərəkatı qanlı addımlarını məhz Artur qardaşları sayəsində atacaq. Bu, hər iki tərəfə sərf edir. Əgər aksiyalarda qan tökülsə, Baqrat və dəstəsi bundan xalqı ətrafına cəlb etmək üçün istifadə edəcək. Analoji hal Artur qardaşlarının kirminal çevrələrdə daha da nüfuz sahibi olmalarına xidmət edə bilər. Erməni keşiş ətrafına beynəlxalq kriminal elementləri yığmaqla, məqsədinə nail olmaq üçün bütün yollara əl atacağını sübuta yetirir.
    //report.az