Month: June 2024

  • Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında daha çox qələbə qazana bilərdik

    Biz bu turnirdə daha çox oyunda qalib gələ bilərdik.

    Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Anastasiya Baydyuk Qızıl Avropa Liqasındakı çıxışları barədə danışarkən deyib.

    Oyunçu qarşıdakı yarışlarda daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: “Təəssüflər olsun ki, bu dəfə qalibiyyətlərimiz müxtəlif səbəblərdən az oldu. Buna görə məyusuq. Lakin işləməyə davam etməliyik. Çünki yaxşı nəticələr əldə etmək niyyətindəyik. Hələ hər şey irəlidədir”.

    O, zədədən sonra yenidən yığmaya qayıtdığı üçün şad olduğunu söyləyib.

    Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında keçirdiyi 6 matçın 4-də məğlub olub, 2-də qələbə qazanıb. Faiq Qarayevin yetirmələri 12 komanda arasında 7 xalla 8-ci olub.

  • İran XİN ABŞ Prezidentini təhqir edib

    İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri ABŞ Prezidenti Cozef Baydeni təhqir edib.

    Bu barədə İran İnqilab Keşikçilərinin sosial şəbəkədəki hesabında məlumat verilib.

    “Prezident Bayden sözləri çox nadir hallarda ciddi qəbul ediləcək axmaqdır”, – o vurğulayıb.

  • İspaniya klubu 41 yaşlı qapıçı ilə yolları ayırıb

    İspaniyanın “Vilyarreal” klubu 41 yaşlı qapıçı Xose Reyna ilə yolları ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, Reyna İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olub. Həmçinin o, yığma ilə birlikdə Avropa çempionatının ikiqat (2008, 2012) qalibidir. Reyna “Bavariya” klubunun heyətində Almaniya Bundesliqasının (2014/2015 mövsümü), o cümlədən İngiltərə “Liverpul”unda UEFA Superkuboku (2005/2006 mövsümü) və ölkə kubokunun qalibi (2006-cı il) adını qazanıb.

  • По железным дорогам в Азербайджане перевезено 700 тыс. пассажиров в мае

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) перевезло 687 943 пассажира в мае этого года.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    Из них 96,1% или 661 208 человек были перевезены по Абшеронской кольцевой железной дороге, 3,5% или 24 217 человек – по маршруту Баку-Агстафа-Баку, 0,4% или 2 518 человек – по маршруту Баку-Габала-Баку.

  • “Azərbaycan Dəmir Yolları” ötən ay 700 minə yaxın sərnişin daşıyıb

    Bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 687 943 sərnişin daşıyıb.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, bunun 96,1 %-i və yaxud 661 208 nəfəri Abşeron dairəvi, 3,5 %-i və yaxud 24 217 nəfəri Bakı-Ağstafa-Bakı, 0,4 %-i və yaxud 2 518 nəfəri isə Bakı-Qəbələ-Bakı marşrutu ilə daşınıb.

  • Dəniz suyundan hansı xəstəliklərə yoluxa bilərik? – VİDEO

    “Dəniz suyunun çirkli olması insanlarda vəba, sibir xorası kimi xəstəliklərinin və pandemiya qorxusunu yarada bilər”.

    Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində professor Adil Qeybulla deyib.

    O, sahilyanı zonalarda olan çürümüş heyvan qalıqları, dənizə atılmış zibil və müxtəlif cür infeksiyaların insan orqanizminə təsir edərək müxtəlif xəstəliklər yaratdığnı bildirib:

    “Dəniz suyunda olan toksik maddələr insan orqanizminə ilk zamanlar təsir etməsə də, müxtəlif vaxtlarda sərbəst radikallar kimi öz mənfi təsirlərini büruzə verir”, – deyə Adil Qeybulla qeyd edib.

    Ətraflı videomaterialda:

  • В Лянкяране машина насмерть сбила пешехода

    В Лянкяране совершен наезд на двух пешеходов, один из них погиб, другой получил ранения.

    Инцидент произошел в селе Гирдани Лянкяранского района.

    Легковой автомобиль сбил жителей села Гусейнова Эльмара Эльдар оглу (1995 г.р.) и Агаева Магеррамали Видади оглу (2000 г.р.).

    Пострадавшие были доставлены в отделение неотложной помощи Лянкяранской районной центральной больницы.

    Эльмар Гусейнов скончался в больнице.

    По факту ведется расследование.

  • Lənkəranda piyadanı maşın vuraraq öldürüb

    Lənkəranda iki piyadanı avtomobil vurub, onlardan biri ölüb, digəri yaralanıb.

    Hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

    Belə ki, Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi minik avtomobili vurub. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

    Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

    Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. E.Hüseynovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • На севере Израиля начался пожар после бомбардировки со стороны “Хезболлах”

    Пожары начались на севере Израиля в результате атак ракет и беспилотников, запущенных с территории Ливана движением “Хезболлах”.

    Об этом передает Median.Az со ссылкой на израильские Ynet и The Times of Israel, а также пресс-службу ЦАХАЛ.

    Пожарно-спасательная служба страны сообщила, что в городе Кирьят-Шмоне и кибуце Кфар-Гилади сгорело несколько домов. Кроме того, очаги возгорания зафиксированы в приграничном с Ливаном регионе Галилеи. Всего к тушению пожара было привлечено более 30 пожарных расчетов.

    “В настоящее время на месте находится пожарный батальон Командования МТО ЦАХАЛ, они оказывают помощь пожарным и спасателям. Нам удалось взять пожары под контроль, в настоящее время угрозы для жизни людей нет”, – отметили в пресс-службе израильской армии.

    Согласно информации, шестеро солдат резерва ЦАХАЛ отравились дымом во время тушения пожара.

  • İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb

    Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan altı əsgəri zərər çəkib.

    Bu barədə “Report” “Ynet” və “The Times of Israel”, habelə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Ölkənin Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qalileya bölgəsində də alovlanma ocaqları qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

    “Hazırda İMQ Maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən taboru hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərir. Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, – İsrail ordusunun mətbuat xidməti açıqlayıb.

    İMQ-in bildirdiyinə görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən zərər çəkib. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.