4 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял министра промышленности и передовых технологий Объединенных Арабских Эмиратов Султана бен Ахмеда аль-Джабера.
Об этом сообщает АЗЕРТАДЖ.
Bakıda dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru vəzifəsindən azad edilib.
Bu barədə “Report”un Muğan bürosuna Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə də yoxlama və monitorinqlər həyata keçirilir. Yoxlama və monitorinqlər, əsasən, müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.
Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, iki müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və doqquz təhsil işçisi, ümumilikdə 15 nəfər işdən azad edilib.
Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.
Qeyd edək ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.
Xaçmaz rayonunda bıçaqlanma olub.
APA xəbər verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi A.B.-nin sinif yoldaşı D.R.-ə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.
Türkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.
Nəticədə iki pilotun şəhid olduğu bildirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat verib.
Məlumata görə, hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib, axtarış-xilasetmə işlərinə başlanılıb.
“Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus “SF-260D” tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə məlumatda bildirilib.
Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 4-də ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
“Report” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Sonra Şəhidlər xiyabanına gələn Qırğızıstan nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.
A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.
Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini – Quru Qoşunların Komandanı təyin edilib.

Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü və bir neçə gün öncə itkin düşdüyü bildirilən oğlu Orxan Nadirovunun səs yazısı ortaya çıxıb.
ARB-də yayımlanan “Səni axtarıram” verilişində Orxanın itkin düşməzdən əvvəl lentə alınan sonuncu səsyazısı təqdim olunub.
O, izlənilərkən dostlarından birinə göndərdiyi yazıda “Elə də edəcəyəm, narahat olma. Getdiyim yolu geri qayıdıram, heç bir qarşıma çıxmadı. Onlar məni parkın içində itirdilər” deyib.
Orxanın doğma anası Lalə xanım da həmin səs yazısının Orxana məxsus olduğunu təsdiqləyib.
Ətraflı videoda: