Month: June 2024

  • “Demet” və daha 2 nəfər narkotiklə saxlanıldı – VİDEO

    Xətai rayonunda saxlanılan üç kuryerdən 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

    Median.Az
     DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb.

    Onlardan külli miqdarda heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb.

    Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxslərdən biri cinsi azlıq nümayəndəsidir və Bakıda “Demet” adı ilə tanınır.

  • Baş Prokurorluqda yeni təyinat olub

    Baş prokuror Kamran Əliyev əmrinə əsasən, prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

  • “Tərtər işi”ndə təqsirli bilinən şəxslərə hökm oxunub

    Sumqayıt Məhkəmə Kompleksində İyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Ruslan Mikayılov 6 il 10 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

  • Ağdamda qızlarını döyüb qətlə yetirməkdə şübhəli bilinən valideynlərin məhkəməsi başlayır

    Ağdamda dörd il əvvəl 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanı dəmir parçası ilə döydükdən sonra boğaraq öldürməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfovanın məhkəməsi başlayır.

    “Report” xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda baxılacaq.

    Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

  • Türkiyədə mədən çökdü: Ölən və yaralanan var

    Türkiyənin Zonquldak vilayətində mədən çöküb.

    Məlumata görə, baş verən çökmə nəticəsində iki nəfər yerin altında qalıb. Onlardan biri xəstəxanada ölüb, xəsarətdən sağ çıxan digər şəxs isə xəstəxanada müalicə alır.

    Mənbə: gunes.com

  • Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb

    “50 qəpik” restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şəbəkənin yığılmış vergi borcu 68 500 manatı ötüb.

    Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

    Qeyd edək ki, “50 qəpik yemək bazarı” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rəşid Süleyman oğlu Dadaşovdur.

    Xatırladaq ki, şəbəkənin paytaxt ərazisində bir neçə restoranı mövcuddur.

  • Azərbaycanda meyxanaçının yeni doğulmuş körpəsi həyatını itirdi – YENİLƏNİB (FOTO)

    Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçının övladı imiş.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub.

    Körpənin ölümü ilə bağlı araşdırma aparılır.


    * * * * * *

    Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Perinatal Mərkəzdə qeydə alınıb.

    Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb.

    Daha sonra səhhətində problem yaranan körpə dərhal əməliyyata götürülüb və orada ölüb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Qazaxın azad edilmiş kəndlərində dövlət sərhədinin mühafizə və müdafiəsi təşkil olunub

    İşğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik məharəti, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının növbəti ali tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.

  • Yayda dəriyə necə qulluq etmək lazımdır? – Həkim TÖVSİYƏSİ

    Yay ayları dəriyə xüsusi qulluq göstərməyi tələb edən dövrdür. İsti hava, günəş şüaları dəri sağlamlığı üçün bir sıra risklər yaradır.
     
    Bəs dərimizi isti havadan və günəş şüasından necə qoruya bilərik?
     
    Mövzu ilə bağlısfera.az-a danışan dermatoloq Nigar Abdullayeva bildirib ki, günəşdən qoruyucu kremlər yayda dərini qorumağın ən təsirli üsullarından biridir.
     
    “Günəş şüasının təsirinin güclü olduğu dövrlərdə bu qoruyucular hər iki saatdan bir yenilənməlidir. Həmin məhsulların seçimi zamanı diqqətli olmaq lazımdır. Bu məhsullar həm ultrabənövşəyi A, həm də ultrabənövşəyi B xüsusiyyətlərinə malik olmalıdır. Ultrabənövşəyi B, əsasən, dəri xərçəngi və yanıqlarla, ultrabənövşəyi A isə dərinin qocalmasına qarşı mübarizə aparır. Ona görə də hər ikisini ehtiva edən günəş kremi seçmək vacibdir. Ayrıca həkimin tövsiyəsi ilə dərinin ehtiyaclarına uyğun olaraq nəmləndiricinin altına çəkilən yüngül zərdablar da parlaq bir dəri üçün faydalı ola bilər”.
     
    Dermatoloq qeyd edib ki, insanların əksəriyyəti yorğunluq səbəbindən üz dərisini təmizləmədən yatmağa meyilli olur.
     
    “Lakin bu, düzgün deyil. Makiyaj həm dərinin tez qocalmasına, həm də səpgilərin yaranmasına səbəb olur. Bununla belə, dərini hər gün təmizləmək, nəmləndirmək və günəş kremindən istifadə etmək vacibdir. Dərinin gözəlliyi sadəcə xarici qulluqdan asılı deyil. Yediyimiz qidaların da dəriyə təsiri var. Bu baxımdan sağlam qidalanmaq da vacib faktorlardan biridir”.

  • Bu problemi olanlar fıstıq YEMƏLİDİR

    Fısdıq E, B1, B6 vitaminləri, sink, maqnezium və potasium kimi vitamin və minerallarla zəngindir. Həmçinin insan sağlamlığı üçün bir sıra möhtəşəm faydaları olan qida məhsuludur.
     
    Median.Az xarici mediaya istinadən fıstığın faydalarını təqdim edir:
     
    – Ürək xəstəlikləri riskini azaldır
     
    – Öd daşı əmələ gəlməsinin qarşısını alır
     
    – Çəkini idarə etməyə kömək edir
     
    – Hamiləlik zamanı lazım olan biotinlə zəngindir
     
    – Ürək, əzələ və sinir sisteminin fəaliyyəti üçün vacib olan tiamin ehtiva edir
     
    – Fıstıq yaxşı bir protein mənbəyidir
     
    – Tərkibindəki kollagen sayəsində beyin inkişafını dəstəkləyir və dəri üçün faydalıdır
     
    – Xərçəng riskini azaltmağa kömək edir.
     
    (metbuat.az)